Siyasət / Slayd (20-10-2023, 13:06)
Sülhməramlılar Tərtər-Bərdə yolu ilə Azərbaycandan çıxır
“Ümumilikdə, 2023-cü il sentyabrın 19-dan etibarən tərəflərin keçmiş təmas xətti boyunca Əsgəran, Ağdərə, Xocavənd və Şuşa rayonlarında Rusiya sülhməramlılarının səkkiz müşahidə məntəqəsi və 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb. Hərəkətin təhlükəsizliyini təmin etmək üçün yollarda 14, o cümlədən Azərbaycan tərəfi ilə birgə səkkiz nəzarət-buraxılış məntəqəsi yaradılıb. Rusiya sülhməramlılarının iştirakı ilə Qarabağın yaşayış məntəqələrinə elektrik enerjisi və qazın verilməsinin bərpası istiqamətində işlər davam etdirilir”.
Rusiya Müdafiə Nazirliyinin oktyabrın 18-ə olan informasiya bülletenində belə deyilir. Bağlanan müşahidə məntəqələrinin sayının hər gün artdığını nəzərə alsaq, həmin postlarda müvəqqəti yerləşdirilmiş sülhməramlıların dislokasiyası zərurəti yaranır. Lakin onların başqa postlara yerləşdirilməsi ilə bağlı məlumat verilmir. Hətta mətbuatda Rusiya hərbi kontingentinin Azərbaycan ərazisini tərk etdiyinə dair məlumatlar yayılmağa başlayıb.
Rusiya və Azərbaycan hərbçilərinin birgə nəzarət-buraxılış məntəqələrinin yaradılması sülhməramlı missiyanın öz yerini tədricən Azərbaycan Ordusuna təhvil verdiyini deməyə əsas yaradır. Ancaq sülhməramlı kontingentin Ermənistandakı 102 saylı Rusiya hərbi bazasına qayıtdığı, yoxsa Rusiya ərazisinə göndərildiyi də məlum deyil.
Xatırladaq ki, Baş nazir Nikol Paşinyan sülhməramlı kontingentin Ermənistana qayıtmasına etiraz edib və onların Rusiyaya getməli olduğunu bildirib. Rusiya Prezidenti Vladimir Putin isə Azərbaycanın dövlət başçısı İlham Əliyevlə oktyabrın 12-də Bişkekdə keçirilən görüşündən sonra sülhməramlı qüvvələrin 2025-ci ilə qədər Qarabağda qalacağını deyib. Ona görə də sülhməramlıların çıxarılması ilə bağlı xəbərlər bir sıra sualların meydana çıxmasına səbəb olub.
Mediatv.az xəbər verir ki, hərbi ekspert Ədalət Verdiyev “Cümhuriyət” qəzetinə açıqlamasında Rusiya hərbi kontingentinin Azərbaycandan çıxarılması ilə bağlı rəsmi məlumatın olmadığını deyib. Lakin ekspert bu barədə yayılan məlumatları təkzib etməyib:
“Qeyri-rəsmi məlumatlara görə, sülhməramlı kontingent Tərtər-Bərdə marşrutu ilə dəmir yolu istiqamətində bəzi daşımaları həyata keçirib. Sülhməramlılar Tərtər-Bərdə istiqamətində hərəkət etdiyi üçün çıxarılan hərbi texnika, avadanlıq və vasitələrin Rusiyaya daşınması ehtimalı daha böyükdür. Çünki Bərdə ilə Ermənistan arasında dəmir yolu əlaqəsi hələlik mövcud deyil. Azərbaycan öz fəaliyyətini nə Rusiya hərbi kontingentinin, nə Vladimir Putinin bəyanatına görə müəyyən edir. Sülhməramlıların artıq Qarabağda görəcəyi bir iş qalmayıb. Biz öz fəaliyyətimizi dövlət və milli maraqlar çərçivəsində müəyyən edərək həyata keçiririk.
Ona görə də Rusiya hərbi kontintingentinə Qarabağda ehtiyac yoxdur. Onlar atəşkəsə nəzarət funksiyasını həyata keçirirdi. Artıq bu missiyaya zərurət qalmayıb. Çünki Qarabağda qanunsuz erməni silahlı birləşmələri qalmayıb. Onların ləğvi və tərksilah edilməsi sülhməramlı qüvvələr tərəfindən həyata keçirməli olsa da, bu vəzifəni Azərbaycan yerinə yetirməli oldu. Ona görə də Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxması 2025-ci ilin payızından daha tez baş tuta bilər”.
Qeyd edək ki, sentyabrın 19-20-də həyata keçirilmiş antiterror əməliyyatından sonra zərərsizləşdirilmiş və təslim olmuş erməni terrorçularındasn götürülmüş silahların sülhməramlılara verildiyinə dair təsdiqini tapmamış məlumatlar var. Ədalət Verdiyevin sözlərinə görə, qanunsuz erməni silahlı birləşmələrinin demilitizasiyası zamanı yığılmış bütün silah, sursat, zirehli texnika və digər döyüş vasitələri Azərbaycanın hərbi qənimətidir. Ona görə də bütün bu döyüş vasitələri Azərbaycan ordusuna təhfil verilib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024