Siyasət / Slayd (1-10-2023, 11:06)
Azərbaycanda hərbi xidmətə çağırış başladı

Mediatv.az xəbər verir ki, artıq bu gündən çağırışçıların müəyyən edilən qrafik əsasında xidmət yerlərinə göndərilməsinə başlanılıb.
Belə ki, 2005-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1988-2004-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınması oktyabrın 30-dək davam edəcək.
Qeyd edək ki, Prezident İlham Əliyev bu il avqustun 16-da "Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında" sərəncam imzalayıb.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
Azər Məmmədovun başında dayandığı İDXAL İMPERİYASI -Dövlət büdcəmizin anası belə ağlar günə qalır...
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025