Siyasət / Slayd (16-08-2023, 08:58)
Rəsmi Bakıdan Parisə kəskin etiraz
Mediatv.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.Qeyd olunub ki, məhz bu alternativ yollardan istifadə ilə bağlı Ermənistanın və onun tabeliyində olan separatçı rejimin əldə olunmuş razılaşmanı pozmasına Fransa tərəfinin heç bir reaksiya verməməsi, bu ölkənin bölgədə gərginliyi daha da artırmaq səylərindən xəbər verir.“Ermənistanın beynəlxalq hüququn bütün norma və prinsiplərini, eləcə də əldə edilmiş razılıqlar çərçivəsində öhdəliklərini kobud şəkildə pozaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı hərbi-siyasi təxribatlarını davam etdirməsinə, Azərbaycanın ərazilərindən hələ də öz silahlı qüvvələrini tam olaraq çıxarmamasına Fransanın göz yummasının sülh prosesinə əsl maneə olduğunu da Fransa tərəfinə xatırlatmaq yerinə düşər.Fransız nazirin Ermənistanın saxta təbliğatına inanaraq, Avropa İttifaqının Ermənistandakı Missiyası tərəfindən də yanlış olaraq dəyərləndirilən guya missiyaya qarşı atəş açılması barədə dezinformasiyaya öz açıqlamasında istinad etməsi də Fransanın bölgədə sülh və sabitliyin bərqərar olmasında maraqlı olmadığını bir daha sübut edir”, bəyanatda vurğulanıb