Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (16-08-2023, 08:49)
Sülh imkanları tükəndi: Ordu zərbə endirməlidir – General

 Qarabağ bölgəsində Ermənistan və separatçıların, eyni zamanda öz maraqları üçün sülhün əldə olunmasına əngəl törədən ölkələrin əvvəlcədən də bildiyimiz teatr və kinosayağı fəaliyyətləri, oyunları artaraq davam edir. Hadisələrin görünən və pərdəarxası tərəfləri var. Ona görə də baş verən prosesləri kiçik və genişmiqyaslı formada dəyərləndirmək mümkündür.
Bu sözləri Axar.az-a Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.
General rus sülhməramlıların nəzarəti altında Xocalı hava limanından Qarabağdakı erməni terrorçularına silah daşındığını qeyd edib:
“Əvvəlcə kiçikmiqyaslı dəyərləndirmədən başlayaq. 10 noyabr bəyanatının imzalanmasından artıq 33 ay keçib. Bəyanatın şərtlərinə görə sülhün təminatçısı olan rus sülhməramlılar Qarabağdakı erməni terrorçuları və Ermənistan ordusunun qalıqlarını tamamilə Azərbaycan ərazisindən çıxarmalı, eyni zamanda Laçın yoluna paralel şəkildə Zəngəzur dəhlizi açılmalı idi. Artıq üç ilə yaxın müddət keçməsinə baxmayaraq, nə Ermənistanın, nə də terrorçu qrupların təxribatları səngiyir. Əksinə biz həm sərhəddə, həm də rus sülhməramlıların Qarabağdakı müvəqqəti məsuliyyət bölgəsində topların, HHM sistemlərinin yığıldığını, eyni zamanda yeni döyüş mövqelərinin hazırlandığını, istehkam qurğularının möhkəmləndirildiyini, mina döşəndiyini müşahidə edirik. Öncə Azərbaycanın xoş niyyətindən istifadə edib rus sülhməramlıların gözü qarşısında Laçın yolundan silah, narkotik və faydalı qazıntıları daşıdılar, ancaq sərhəd-buraxılış məntəqəsinin qurulması ilə planları alt-üst oldu. İndi isə Qarabağdakı terrorçulara silahlar rus sülhməramlıların nəzarətindəki Xocalı hava limanı üzərindən daşınır. Yəni bütün bunlar rus sülhməramlıların birbaşa dəstəyi və nəzarəti altında həyata keçirilir. Baş verənlərin hamısı haqqında da nöqtə-vergülünə kimi məlumatları var. Brüssel, Vaşinqton və Moskvadakı danışıqlara rəğmən Kəlbəcər istiqamətində Azərbaycan mövqelərinin atəşə tutulması, hərbi və terrorçu fəaliyyətlərin artması qarşı tərəfin ağıllanmadığını, yenə yumruq istədiyini göstərir”.
Yücel Karauz Rusiyanın Qarabağdakı separatçıları dəstəkləməklə əslində özünə quyu qazdığını bildirib:
“Böyükmiqyaslı dəyərləndirməyə görə isə məsələ budur ki, əgər Rusiya istəsəydi, Türkiyə ilə birlikdə 10 noyabr bəyanatını ən qısa zamanda sülh müqaviləsinə çevirə bilərdi. Rusiya beş il boyunca Qarabağın sülhməramlılar vasitəsilə yalnız öz nəzarətində qalacağını düşünürək yanıldı və bu, davam edir. Bəyanat sülh müqaviləsinə çevrilmədiyi üçün də zamanla prosesə Brüssel, ABŞ, heç vaxt münaqişənin bitməsini istəməyən Fransa, İran kimi dövlətlər inteqrasiya etdi. Yəni əslində Rusiya özünü tələyə saldı və hadisələrin gedişatı daha qarışıq, çoxtərəfli mahiyyət daşımağa başladı. Artıq ölkələr Üçüncü Dünya müharibəsinə doğru sürətlə irəliləyir. İstər Ukrayna müharibəsi, istər digər toqquşma bölgələri, istərsə də Afrikada başlayan gərginlik bunun göstəriciləridir. Cənubi Qafqaz da Qərbin, Rusiyanın, Çinin, Hindistanın və digərlərinin maraqlarının toqquşduğu nöqtədir. Qarşıda gözlənilən müharibə isə yalnız bir bölgədə meydana gələn toqquşma ilə başlamayacaq. Moskva vaxt itirmədən 10 noyabr bəyanatının sülh sazişinə çevrilməsini təmin etmək üçün öhdəliklərini yerinə yetirməlidir. Xocalı hava limanından terrorçulara silah-sursat daşımağın, onları ora-bura aparıb gətirməyin Moskvaya heç bir faydası yoxdur”.
General artıq vəziyyətin öz axarından çıxdığını, antiterror əməliyyatından başqa yol olmadığını vurğulayıb:
“Fikrimcə, Azərbaycan sivil ölkə kimi bütün dünyaya öz torpağında başqasının ordusunu, silahlı qruplarını görmək istəmədiyini elan etməlidir. Ondan sonra Moskva və İrəvana bütün yarımçıq qalan işlərin yerinə yetirilməsi üçün 31 dekabra kimi vaxt verməli, təxribatların, Xocalı havalimanından daşınmaların davam etməsi halında isə Ermənistan və Qarabağdakı terrorçuların hərbi nöqtələri Şanlı Azərbaycan Ordusu tərəfindən yerlə-yeksan olunmalıdır. Bu, beynəlxalq hüquq baxımından da Azəbaycanın haqqıdır. Problemi kökündən həll etmək üçün başqa yol yoxdur. Hazırda xoş niyyət göstərmək, sülhə şans tanımaq, diplomatik yolla həll kimi vasitələrdən istifadə şansı demək olar ki, tükənib və vəziyyət öz məcrasından çıxıb. Növbəti dəmir yumruğun vaxtı çatıb. Bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan dövləti dünyaya öz xəbərdarlığını etməli və hərəkətə keçərək antiterror əməliyyatı ilə bütün legitim hədəfləri məhv edərək Qarabağda terrorçuların, Ermənistan ordusunun qalıqlarının varlığına son qoymalıdır, ondan sonra sülh müqaviləsi imzalanacaq”.шаблоны для dle 11.2

Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024