Siyasət / Slayd (14-08-2023, 18:17)
Türkiyə XİN-dən Laçın yolu ilə bağlı - Bəyanat
Mediatv.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in yaydığı bəyanatda deyilir.
“Təəssüflər olsun ki, Azərbaycanın uzun müddətdir dilə gətirdiyi bu narahatlıqlar diqqətə alınmayıb və nəticədə Azərbaycan öz suveren haqları çərçivəsində uyğun bildiyi tədbirləri görüb. Türkiyə Laçın yolu mövzusunda Azərbaycana qarşı tənqidlərin əsasının olmadığı qənaətindədir. Hazırda Laçın yolundan tibbi məqsədli keçidlərin təmin edilməsi, eləcə də məhsulların daşınması üçün uyğun olan digər marşrutların təsis edilməsi Azərbaycanın maksimum səy nümayiş etdirdiyini göstərir”, - deyə bəyanatda qeyd olunub.
Həmçinin bildirilib ki, Türkiyənin Ermənistandan gözləntisi ölkənin təxribatlardan çəkinməsi, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıması, Qarabağda olan erməni əhalinin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi və digər alternativ yollardan istifadə olunmasına, eləcə də erməni əhalinin Azərbaycana reinteqrasiya prosesinə dəstək verməsidir.