Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (10-08-2023, 13:11)
Laçında terrorçulara yol olmayacaq - Bakı qərarlıdır

Laçında terrorçulara yol olmayacaq
Azərbaycana qarşı işğalçı müharibənin bir qrup iştirakçısı və hərbi cinayətkarlar Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçiriblər. Təxribatçılar Ermənistan hakimiyyətindən "Laçın yolunun açılması" üçün addımlar atmağı tələb edib, lazım gələrsə, hökumətin onları silahlandırmasını istəyiblər. Aksiyada “Səlibçilər” adlı terror qruplaşmasının rəhbəri Sərkis Poqosyan da iştirak edib. O deyib ki, Ermənistan TIR-ları Qarabağa daxil olmazsa, Laçın yolunu müharibə ilə də açmağa hazırdırlar. Məlumat üçün bildirək ki, Ermənistan rəhbərliyi Azərbaycan hökumətinin icazəsi olmadan Qarabağ ermənilərinə “humanitar yardım” göndərmək barədə qərar qəbul edib və yük maşınlarını yola salıb. Amma Azərbaycan təxribata və qarşıdurmanı körükləməyə xidmət edən addımın atılmasına icazə verməyib. Yüklərin çatdırılması üçün Ağdam-Xankəndi yolu təklif edilib. Qarşı tərəf isə öz təxribatçı məqsədinə nail olmaq üçün bundan imtina edir. Separatçılara “yardım” gətirən TIR-lar günlərdir sərhəddə gözləyir. Laçın yoluna gəlincə, bu yol humanitar məqsədlər üçün daim açıqdır. Ermənilərin arzusu isə bu yoldan əvvəllər olduğu kimi, Azərbaycan ərazilərinə sərbəst şəkildə silah-sursat və qüvvə daşımağa nail olmaqdır.Mediatv.az -ın məlumatına görə, Azad Vətən Partiyasının sədri Akif Nağı "Sherg.az"a açıqlamasında bildirib ki, Ermənistan heç vaxt öz ağlı, iradəsi ilə hərəkət etməyib və hər zaman kənar güclər tərəfindən idarə olunub. Partiya rəhbərinin sözlərinə görə, bu gün də həmin asılı siyasət davam etdirilir: "Qarabağda bir neçə dəfə "yürüş", "aksiya" keçirən separatçı ünsürlərin hay-küyü faydasız oldu. Bunu görən Ermənistandakı revanşistlər Qarabağdakı separatçılara dəstək üçün hökumətə etiraz aksiyaları təşkil etdilər. Ancaq özləri də yaxşı bilir ki, belə aksiyalar rəsmi Bakının haqlı və prinsipial mövqeyində heç bir dəyişikliyə səbəb olmayacaq. Azərbaycan hökuməti öz mövqeyində qətidir. Dünyaya, beynəlxalq təşkilatlara video-görüntülərlə sübut edirik ki, Laçın yolu açıqdır və ermənilər oradan sərbəst istifadə edirlər. Bu yol terrorçuların, təxribatçıların üzünə qapalıdır. Erməni tərəfinin "Laçın yolu blokadadır" iddiası uydurmadır, yalandır. Kim tələb edə bilər ki, yolu terrorçular və təxribatçılar üçün açaq?! Bəzi ölkələrin və təşkilatların qərəzli bəyanatları əhəmiyyətsizdir.

“Səlibçilər” adlı terror qruplaşmasının üzvləri aksiya keçirməklə özlərini ifşa edirlər. "Səlibçi" dünyada kütləvi qırğınlar törədənlərə verilən addır. Bu hərəkat nəinki müsəlman, heç xristian dünyasında da qəbul olunmur. Xristian dünyası "səlib" yürüşlərini utanaraq, xəcalət çəkərək xatırlayır. Uğursuzluğa və fəlakətlərə düçar olmuş bir hərəkatı təbliğ edən erməni toplumundan nə gözləmək olar?".

A.Nağı vurğulayıb ki, İrəvanda hökumət evi qarşısında keçirilən aksiyaların əsas məqsədlərindən biri Ermənistan daxilində onsuz da mövcud olan gərginliyi daha da artırmaqdır: "Nikol Paşinyan hökumətinə təzyiq göstərmək istəyirlər. Hətta ola bilər ki, məqsədləri hakimiyyəti devirməkdir. Özlərini "ermənilərin haqqını müdafiə edən" qruplaşma kimi təqdim edən qaniçən terror təşkilatının üzvləri Ermənistanda qarşıdurma, qarışıqlıq yaratmaq niyyəti güdürlər. Bu da Rusiyanın sifarişi ilə həyata keçirilir".
шаблоны для dle 11.2

Xəbər lenti
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025