Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (9-06-2023, 14:06)
Avropa Birliyindən Bakıya qəfil hücum - Şarl Mişelin missiyası təhlükədə...

 








AB-nin ATƏT-dəki nümayəndəliyindən Azərbaycan hakimiyyətinə  ittihamlar: həm media, həm partiyalarla bağlı qanunların qəbulunda iradlar bildirilir, ərazi vahidi kimi mövcud olmayan Dağlıq Qarabağ erməniləri ilə bağlı yoxlanılmamış, Ermənistan yalanlarına istinad olunur; AB Brüssel masasına öz əli ilə zərbə vurur?

Avropa Birliyinin ATƏT-dəki nümayəndəliyi xarici işlər naziri Ceyhun Bayramovun bu qurumun Daimi Şurasının xüsusi iclasındakı çıxışına cavab verib. “Turan”ın məlumatına görə, bəyanatda AB Azərbaycanı energetika sahəsində mühüm tərəfdaş hesab etdiyini vurğulayır, 2022-ci ilin iyulunda Bakıda Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandığı qeyd edilir.
Sənədin bundan sonrakı hissəsində isə Azərbaycana yönəlik irad və tənqidlər yer alır: “Mayın 22-23-də Brüsseldə keçirilən Ədliyyə, Azadlıq, Təhlükəsizlik və İnsan Haqları və Demokratiya üzrə Alt Komitənin iclasında Aİ Azərbaycanın məhkəmə sisteminin gücləndirilməsi, korrupsiyaya qarşı mübarizənin effektiv mexanizmlərinin yaradılması və Aİ standartlarına uyğun olaraq şəffaflığı təmin etmək üçün dövlət idarəçiliyinin modernləşdirilməsi istiqamətində addımlar atmaq öhdəliyini təqdir edib. Eyni zamanda, Aİ Azərbaycanın məhkəmə sisteminin müstəqilliyinin və qərəzsizliyinin təmin olunması üçün əlavə addımların atılmasının vacibliyini qeyd edib və müstəqil səslərin (şəxslərin) davamlı təqib olunmasından narahatlığını ifadə edib. AB həmçinin Venesiya Komissiyasının 2022-ci il Media və Siyasi Partiyalar haqqında yeni qanunlarla bağlı 2023-cü il rəyini xatırladıb və bu qanunların Azərbaycanda siyasi plüralizmə və toplaşmaq azadlığından istifadəyə təsir göstərə biləcəyindən narahatlığını bildirib”.
Bundan əlavə, AB cavab bəyanatında mövcud olmayan Dağlıq Qarabağla bağlı məsələyə də toxunub. “Nəticə etibarı ilə, dialoqda davamlılıq və konkret nəticələr proses üçün həlledici əhəmiyyət kəsb edir və biz Bakının 21 iyulda Aİ-nin vasitəçiliyi ilə keçiriləcək növbəti iclasında iştirakını təqdir edirik və burada daha da irəliləyiş əldə olunmalıdır. Biz Azərbaycanı Dağlıq Qarabağdakı erməni əhalisinin hüquqlarını və təhlükəsizliyini qoruyan müsbət gündəm hazırlamağa çağırırıq. Mövcud vəziyyət narahatedicidir və mənfi humanitar təsir göstərir, çünki etnik erməni əhalisi əsas enerji və rabitə xidmətlərində dəfələrlə fasilələrlə üzləşib, atəşkəsin tez-tez pozulması xəbərləri isə onların rifahı ilə bağlı ciddi narahatlıq yaradır. Əgər bu belədirsə, biz Bakını sabit enerji təchizatını təmin etməklə və elektrik şəbəkəsində texniki xidmətin aparılmasına icazə verməklə, etnik erməni əhalisinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq üçün konkret addımlar atmağa çağırırıq. Eyni zamanda, biz bütün tərəfləri düşmənçilik ritorikasından çəkinməyə və bunun əvəzinə etimad yaradan və sülh danışıqları üçün əlverişli mühit yaradan narrativi təbliğ etməyə çağırırıq. Xüsusilə, saxlanılanların azad edilməsi ilə bağlı əlavə etimad yaradıcı tədbirlər də həyata keçirilməlidir”.
Bəyanatdan göründüyü kimi, Bakının ünvanına yenə də əsassız ittihamlar var. Həm media, həm partiyalarla bağlı qanunların qəbulunda iradlar bildirilir. Ən əsası isə ərazi vahidi kimi mövcud olmayan Dağlıq Qarabağ erməniləri ilə bağlı birtərəfli, yoxlanılmamış, daha doğrusu, Ermənistanın yalanlarının bəyanatda əks olunmasıdır. AB açıq şəkildə qərəzli mövqe tutaraq guya etnik erməni əhalisi əsas enerji və rabitə xidmətlərindən guya məhrum edildiyini, hətta atəşkəsin tez-tez pozulması xəbərlərinin “onların rifahı ilə bağlı ciddi narahatlıq yaratması” barədə deyilənlərdir. Avropa Birliyindən Bakıya gözlənilməz hücumun arxasında hansı səbəblər dura bilər? Bu bəyanat Brüsselin danışıqlarda tərəfsiz mövqeyinə ciddi zərbə hesab oluna bilərmi? Aİ-nin ATƏT-dəki nümayəndəliyinin bu bəyanatını qurumun mövqeyindən ayırmaq olarmı?
 

















Elman Nəsirov 
Deputat Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, AB-nin son bəyanatı təəccüb və təəssüf doğurur. Onun fikrincə, Aİ ilə münasibətlərdə dinamik inkişaf var: “Düzdür, onun bir qolu olan Avropa Parlamenti qərəzli qətnamələr qəbul edir, amma bu qurum tək ondan ibarət deyil, onun Avropa Komissiyası da var və enerji sahəsində əlaqələr yüksək səviyyədədir, 9 Avropa Birliyi ölkəsi ilə strateji tərəfdaşlıq sənədi imzalamışıq. Amma birdən-birə Avropa İttifaqının Azərbaycana ittihamlar irəli sürməsi, guya Qarabağdakı ermənilərin qaz, elektrik təminatında problem yaratmağımız, onların rahatlığını pozmağımız kimi absurd fikirlər səslənir. Deyəsən, avropalı komissarlar avropalı deputatlar olub, bəlkə yerlərini dəyişiblər? Ümumiyyətlə. Bu məsələdə ziddiyyətli məqamlar var”.
E.Nəsirov hesab edir ki, Brüssel danışıqlar prosesində vasitəçi kimi fəaldır: “Bəlkə Moskva-Brüssel rəqabəti fonunda baş verir? Yəni bizə deyirlər ki, üzümüzü bir mərkəzə tutaq, digər oyunçular olmasın, ola bilsin belə bir təzyiq var. Əgər bu mövqedirsə, yanlış yanaşmadır. Bu məsələdə Prezident İlham Əliyevin aydın mövqeyi var - Qarabağ münaqişəsi başa çatıb, indi söhbət Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsindən gedir. Burada kim səmimidirsə vasitəçilik etsin, əks halda mane olmasınlar. Yəni ağıla gələn versiya budur ki, Avropa İttifaqı bir mərkəzin vasitəçi olmasını istəyir. Belə desək, Bakı Moskvanın vasitəçiliyini dəstəkləməsin. Bu məqsədlə təzyiq xarakterli bəyanat qəbul edilə bilər. Ola bilsin ki, başqa variantlar da var, amma əlimizdə geniş informasiyalar yoxdur. Hər halda bu bəyanat olmamalı idi. Əgər Avropa Parlamenti  bəyanatı qəbul etsəydi, onda anlaşılardı, amma Avropa Birliyinin açıqlamasıdır”.
 


























Fuad Əliyev 
Siyasi ekspert Fuad Əliyev AB-nin ATƏT-dəki nümayəndəliyinin mövqeyini anlaşılmaz qiymətləndirir. Onun sözlərinə görə, bu bəyanatdan Minsk Qrupunun üslubu hiss olunur. Bununla belə, siyasi şərhçi hesab edir ki, Azərbaycandakı siyasi azadlıqlar, eləcə də Qarabağın erməni əhalisi haqda dilə gətirilmiş ittihamlar əlaqələrə kölgə salır: “Bəyanatda daha çox çağırış ab-havası var. İyulda Mişelin vasitəçiliyi ilə növbəti görüş keçiriləcəyi halda, bu bəyanatın qəbul edilməsinə heç bir zərurət yoxdur. Azərbaycan ermənilərin təhlükəsizliyinə zəmanət verib. Hazırda Brüssel danışıqları davam etdirilir və prosesin korlanması Rusiyanın təşəbbüsü ələ almasına gətirib çıxara bilər. Avropa İttifaqı bilməlidir ki, bu mövqe ilə Bakını narazı salır və nəticədə Brüssel masasına etimad azala bilər”. F.Əliyev danışıqların uzanacağından narahatdır: “30 il acı bağırsaq kimi müzakirələr aparıldı, Ordunun hesabına işğala son qoyuldu. İndi də Avropa İttifaqı özünə tərəf çəkir, Moskva özünə dartır, hiss olunur ki, sülh sazişinin bağlanması üstündə yarış gedir. Bizə belə bəyanatlar lazım deyil, konkret olaraq vasitəçilik edərək problemə son qoyulsun. Bu cür qərəzli bəyanatlar danışıqlara töhfə verə bilməz. Bakı Qarabağ ermənilərinin nə işığını kəsir, nə qazını. Amma kəsib özümüz təmin edəcəyik, Ermənistandan gəlməli deyil. Buna qədər isə reinteqrasiya davam edəcək, pasportumuzu daşımalı olacaqlar. Başqa yol çıxıb getməkdir. Hətta separatçıların saxta parlamentinin bir üzvü də təsdiqləyib ki, Azərbaycan reinteqrasiyanın birinci mərhələsindədir”.шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024