Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (8-06-2023, 20:52)
Ermənistanın müharibə CİNAYƏTLƏRİ: Savaşdakı zəfər informasiya sahəsinə necə daşınır? - TƏHLİL

 





Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində dövlətimiz sistemli şəkildə fəaliyyət göstərir. 30 il ərzində Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində maddi-mədəni, tarixi abidələri məhv edib, yararsız hala salıb. Bu müddət çərçivəsində ermənilər çoxsaylı hərbi cinayətlər törədərək 70-ə yaxın məscidi viran edib. Şəhər və kəndlər isə tamamilə dağıdılıb. Ölkəmiz müvafiq beynəlxalq təşkilatları məlumatlandıraraq ermənilərin məqsədli şəkildə törətdiyi cinayət fəaliyyətinin qarşısının alınmasını tələb edib. “Vətən müharibəsi”ndə əldə etdiyimiz qələbə ermənilərin 30 il ərzində torpaqlarımızda hansı vəhşiliklər törətdiyinin əyani şəkildə şahidi ola bilməyimiz üçün zəmin yaratdı.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Elman Nəsirov Yenicag.az-a açıqlamasında müharibənin bitməsinə baxmayaraq Ermənistanın hələ də ölkəmizə qarşı iki istiqamətdə münaqişəni davam etdirdiyini deyib:
 








“Bunlardan birincisi informasiya, ikincisi isə mina müharibəsidir. İnformasiya müharibəsinin üzərində xüsusilə dayanmaq istəyirəm. Müasir dünyada qlobal təhdid mənbələrindən birinə çevrilən amil məhz informasiya müharibəsidir.
Özünəxas PUA-ları, Leopardları, raketdən müdafiə sistemləri mövcud olan informasiya müharibəsi bir çox hallarda silahlarla edilən müharibədən irəlidə olması ilə qələbəni şərtləndirə biləcək amilə çevrilib. Lakin burada ən mühüm silah təəssüf ki, dezinformasiyadır. Bu gün informasiya müharibəsində Ermənistan Azərbaycana qarşı 7/24 dezinformasiya silahından istifadə edir.
Mövcud reallıqları nəzərə alaraq Azərbaycan dövləti və müvafiq qurumlar dezinformasiyalara adekvat cavab vermək qabiliyətinə malikdir. 44 günlük “Vətən müharibəsi”nin gedişatında Müzəffər Ali Baş Komandan İlham Əliyev dünyanın 30-a qədər ən nüfuzlu kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrdə təxribatçı sual verən jurnalistləri tərksilah edib. Bu isə doğru və düzgün şəkildə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında çox mühüm rol oynayır.
İlham Əliyevin siyasi təcrübəsi Ermənistanın Azərbaycana qarşı formalaşdırdığı informasiya blokadası siyasətini darmadağın etdi. Bu həm də müvafiq dövlət qurumların işinin daha keyfiyyətli həyata keçirilməsi üçün münbit şərait yaratdı.
Alman ekspertlərinin informasiya müharibəsi ilə bağlı çox mühüm fikirləri vardır: Vacib informasiya əldə etmək hakimiyyətə malik olmaq deməkdir. Vacib informasiyanı qeyri-vacib informasiyadan ayırmağı bacarmaq isə ikiqat hakimiyyətə malik olmaq deməkdir. Vacib informasiyanı yaymaq və yaxud susmaq qabiliyyəti olması isə üçqat hakimiyyətə malik olmaq deməkdir.
Gördüyümüz kimi, müasir dünyamızda informasiyanın nə qədər böyük rolu var. İnformasiya müharibəsində də “ən yaxşı müdafiə hücumdur” taktikası daha səmərəlidir. Düşmənin bir çox hallarda informasiya hücumuna qarşı müdafiə təşkil etmək yox, tam əksi, hücumda olmaq və öz şərtlərini diqtə etmək əsas amillərdən biridir.
Beynəlxalq ictimaiyyətə Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərin çatıdırılmasında Heydər Əliyev Fondunun fəaliyyəti xüsusilə önəmlidir. Vitse-prezident Mehriban Əliyevanın Ermənistanın Azərbaycan qarşı törətdiyi insanlıq əleyhinə müharibə cinayətlərinin ifşası kontekstində “Xocalı” soyqırımının fəlakətli nəticələrinin beynəlxalq icitmaiyyətə çatıdırılmasında müstəsna xidmətləri var.
“Xocalıya ədalət” kampaniyası, demək olar ki, dünyanın bütün qitələrində geniş fəaliyyət göstərir. İlham Əliyev və xanımı Mehriban Əliyeva səfər etdiyi bütün ölkələrdə Ermənistanın Azərbaycana qarşı cinayətkar fəaliyyətini faktlarla, arqumetnlərlə beynəlxalq ictimaiyyətə çatdırıb.
Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərin beynəlxalq ictimaiyyətə çatıdırılması XİN-in səlahiyyətində olan məsələdir. Bu qurum müxtəlif ölkələrdə təbliğat işlərini həyata keçirir. Lakin təbliğat-təşviqat işləri yalnız konkret qurumların və ya şəxslərin fəaliyyət sahəsi olmamalıdır. Hər bir azərbaycanlı fikirləşməlidir ki, tarixi qələbəmizin əldə edilməsi çox böyük hadisədir.
Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında hər kəs öz gücü, potensialı daxilində mövqe ortaya qoymalıdır. Bu mövzu deputatların da əsas istiqamət fəaliyyətlərindən biridir. Biz tez-tez xarici ölkələrdə iştirak etdiyimiz beynəlxalq tədbirlərdə ilk növbədə Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi cinayətlərin bəşəri məzmun kəsb etdiyini vurğulayırıq.
Dünya ictimaiyyəti 30 il ərzində Azərbaycanın hansı bəşəri cinayət və cinayətkarlarla üz-üzə qaldığını bilməlidir. Bu istiqamətdə işlər sistemli şəkildə həyata keçirilməlidir. Hər hansı çatışmazlıq varsa, aradan qaldırılmalıdır. Ən əsasI isə bilmək lazımdır ki, bizim işimiz haqq işidir. Lakin haqlı olmaq beynəlxalq birliyin səni haqlı qəbul edəcəyi demək deyil. Bunun üçün çox güclü təbliğat-təşviqat işləri aparılmalıdır. Yorulmadan, hədəfə çatana qədər bu işləri davam etdirmək lazımdır”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024