Siyasət (1-06-2023, 17:29)
Türk dövlətləri təşkilatının bundan sonra ortaq maliyyə vəsaiti olacaq - Elman Nəsirov

Bu sözləri AzerPress-ə özəl açıqlamasında millət vəkili Elman Nəsirov deyib.
O bildirib ki, Türk investisiya fondunun beş təchizatçısı var.
“Onlar Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızısatan dövlətləridir. Bu fondun yaradılması ilə bağlı 2022-ci ilin noyabr ayında Türk dövlətləri təşkilatının Səmərqənddə keçirilən toplantısında ilk addımlar atılıb.
Türk investisiya fondunun nizamnamə kapitalının beş yüz milyon dollar olması nəzərdə tutulub. Bu rəqəmlərin özü də təsadüfi deyil. Türk dövləti təşkilatının hər biri yüz milyon dollar nizamnamə kapitalının formalaşması üçün vəsait ayırmaq öhdəliyi götürmüşdür”, - deyə millət vəkili qeyd edib.
E.Nəsirovun sözlərinə görə, Qazaxıstan və Türkiyənin ardınca Azərbaycan parlamenti də Türk investisiya fondunun yaradılması ilə bağlı sazişi təsdiqləyib.
“Bu investisya fondunun yaradılmasında əsas məqsəd, Türk dövlətləri təşkilatına daxil olan beş dövlətin arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi, birgə layihələrin həyata keçirilməsi üçün maliyyə imkanlarının səfərbər edilməsi, investisiya qoyuluşu məsələləri diqqət mərkəzində olunmasıdır. Beləliklə bu fondun yaradılması Türk dövlətləri təşkilatı daha çox siyasi, iqtisadi, humanitar, mədəni tədbirlərin və əməkdaşlığın inkişafı üçün addımlar atır və həmin addımların maliyyə tutumunun yaradılması bu istiqamətdə ortaq yanaşmaların üzə çıxarılması baxımından xüsusi əhəmiyyət kəsb edir”,- deyə Nəsirov qeyd edib.
O, Türk dövlətləri təşkilatının bundan sonra ortaq maliyyə vəsaiti olacağını da bildirib.
“Belə bir fondun yaradılması Türk dövlətləri təşkilatı arasındakı əməkdaşlıq mühitinin daha da genişlənməsinə xidmət göstərəcəkdir”,- deyə millət vəkili əlavə edib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
Lisenziyasız işləyən Xəyalə İsmayılova rüşvət hesabına məsuliyyətdən yayındığını etiraf etdi - VİDEO
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025