Siyasət (23-05-2023, 12:49)
Azərbaycan Avropa ölkələrinə qaz ixracını artırmağı planlaşdırır

Mediatv.az eurointegration.com.ua-ya istinadən xəbər verir ki, Azərbaycan 2027-ci ilə qədər tədarükünü ən azı 20 milyard kubmetrə çatdırmaq üçün Avropa ölkələrinə qaz ixracının həcmini artırmağa hazırlaşır.
“Evropeyskaya Pravda” Azərbaycan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Vilnüsdə keçirilən Azərbaycan-Litva biznes forumunda çıxışı zamanı deyib.
Əliyev xatırladıb ki, ötən ilin iyulunda Avropa Komissiyası ilə Azərbaycan arasında enerji sektorunda strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
“Bu memoranduma əsasən, biz 2027-ci ilə qədər Avropaya təbii qaz tədarükümüzü iki dəfə artırmalıyıq.
2021-ci ildə Avropaya təbii qaz tədarükümüz 8 milyard kubmetr təşkil edirdisə, bu il bu rəqəm 12 milyard kubmetr, 2027-ci ilə qədər isə məncə 20 milyard kubmetr olacaq və hesab edirəm ki, bu, minimumdur, çünki potensial var”, - deyə, İlham Əliyev bildirib.
O vurğulayıb ki, ölkə mövcud yataqlardan daha çox təbii qaz hasil edir və tezliklə Xəzərdəki əsas yataqlardan birindən mühüm hasilatı elan edəcək.
“Azərbaycan Avropaya etibarlı təchizatçı kimi bu gün neft, təbii qaz və elektrik enerjisi ixrac edir.
Biz hidrogeni, xüsusən də “yaşıl” hidrogeni ixrac etməyi planlaşdırırıq, bütün bunlar Avropa İttifaqı ilə əməkdaşlığımızın ümumi strateji çərçivəsinin bir hissəsidir və biz litvalı dostlarımıza və tərəfdaşlarımıza Azərbaycanın səylərinə davamlı dəstəyə görə minnətdarıq. Avropa Komissiyasının səyləri yaxınlaşmağa yönəlib”, - deyə o, bildirib.
Ötən ilin sentyabrında Əliyev Türkiyə vasitəsilə Avropaya qaz nəql edən Trans-Anadolu qaz kəməri TANAP-ın ötürmə qabiliyyətini iki dəfə - 32 milyard kubmetrə qədər artırmaq niyyətində olduğunu bəyan edib.
TANAP kəməri “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub.
Tərcümə: Səadət Sultan

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
Lisenziyasız işləyən Xəyalə İsmayılova rüşvət hesabına məsuliyyətdən yayındığını etiraf etdi - VİDEO
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025