Siyasət / Slayd (16-05-2023, 14:21)
Proses finişə çatır: Əliyevlə Paşinyanın mövqeyi yaxınlaşıb - Zəngəzur dəhlizi...
"2020-ci ildən əvvəlki vəziyyətdən fərqli olaraq, Qarabağ mövzusu Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması məsələsi ilə əvəzlənib. Əgər keçmişdə Fransa vasitəçi kimi Avropa Birliyinin mövqeyini təmsil edirdisə, indiki durumda vasitəçilik missiyasını Brüssel özü üzərinə götürüb".
Bu barədə Ermənistanın “Past” qəzeti yazır.
Erməni nəşrinin iddiasına görə, Vaşinqton Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması ilə bağlı əsas vasitəçilik səylərini də Brüsselə həvalə edib.
Qəzet mayın 14-də Brüsseldə Avropa Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında keçirilən görüşə diqqət çəkib:
“Dörd saatlıq danışıqlardan sonra Şarl Mişel müzakirələrin nəticələrini ümumiləşdirdi. O bildirdi ki, Ermənistan və Azərbaycan liderləri 1991-ci il Almatı Bəyannaməsi əsasında qarşılıqlı ərazi bütövlüyünün tanınmasını təsdiqləyiblər, daha sonra Azərbaycanı keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin əhalisinin təhlükəsizliyini və hüquqlarını təmin etməyə çağırıblar. Bu o deməkdir ki, Ermənistanın nəhayət Qarabağdan (Azərbaycana qarşı separatçı iddiadan) imtina etdiyi sənəd hazırlanır, xüsusən də Mişel Ermənistan və Azərbaycan ərazilərinin konkret ölçülərini göstərdi. Əvəzində yalnız keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin əhalisinin təhlükəsizliyi və hüquqları məsələsinə baxılır”.
Qəzet qeyd edib ki, bəyanatda Qarabağ erməniləri ilə bağlı “status” və ya “öz müqəddəratını təyinetmə hüququ” adlı məsələlərlə bağlı bir kəlmə də yoxdur. Yəni Azərbaycanın Laçın yolunun başlanğıcında qurduğu nəzarət-buraxılış məntəqəsi sənəd üzərində də tanınır və Qarabağ ermənilərinə heç bir “status” da nəzərdə tutulmur.
Mişel onu da qeyd edib ki, Naxçıvanla dəmir yolu xəttinin yenidən açılması ilə bağlı Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın mövqeləri artıq çox yaxındır.
“Past” bildirir ki, Naxçıvana yol məsələsi Azərbaycan üçün xüsusi önəm kəsb edir, Bakı bu yolla Zəngəzur dəhlizi məsələni həll edə bilər. Ümumilikdə Mişel çıxışında qeyd edib ki, tərəflərin mövqelərinin yaxınlaşması istiqamətində irəliləyişlər var.
Görüşdən sonra Şarl Mişel onu da dedi ki, Əliyevlə Paşinyan arasında növbəti görüş iyulda Brüsseldə keçiriləcək. Erməni nəşri vurğulayıb ki, tərəflər iyulda Brüsseldə bəzi məsələlərdə müəyyən irəliləyiş əldə edə bilərlər. //Teleqraf.com//
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024