Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (9-05-2023, 19:47)
Müxalifət artıq mayın 14-də qələbə qazanacağına inanmır - Elman Nəsirov

 Müxalifət artıq mayın 14-də qələbə çalmağına özü inanmır. Lakin Ərdoğan və onun arxasında dayanan xalq isə Ərdoğanın qazanacağına inanır.
AzerPress xəbər verir ki, bu sözləri saytımıza özəl açıqlamasında millət vəkili Elman Nəsirov deyib.
O bildirib ki, son 20 il ərzində möhtəşəm inkişaf yolunda Ərdoğanın rolu danılmazdır:
"Türkiyə bu gün dünyanın mühüm güc mərkəzlərindən biridir. Bugün Türkiyə öz hərbi gücünə görə, NATO-da ikinci yerdədir. Avropa ittifaqı çərçivəsində 6-7ci yerdədir. Dünyanın 16-17ci iqtisadiyyatdır. Bütün əldə olunan nailiyyətlər məhz cənab Ərdoğanın prezidentliyi dövründə baş verib. Bu gün Türkiyə prezidenti sözün həqiqi mənasında müstəqil siyasət həyata keçirir və müstəqil beynəlxalq sülhün və təhlükəsizliyin təminatına olduqca böyük töhfələr verir. Xüsusilə Rusiya- Ukrayna müharibəsi çərçivəsində taxıl dəhlizinin yaradılması birbaşa cənab Ərdoğanın misilsiz fəaliyyətinin nəticəsi idi ki, bununla yaxın şərq və Afrikanın çoxsaylı ölkələri faktiki aclıq fəlakətindən xilas edilmiş oldu.
Cənab Ərdoğanın fəaliyyəti nəticəsində Rusiya və Ukraynada əsirlərin qarşılıqlı deyişməsi baş verib. Təsadüfi deyil ki, artıq müasir dünyamızda Cənab Ərdoğan ən nüfuzlu siyasi liderlərdən sayılır və bütün dünya onu məhz belə qəbul edir.
Millət vəkili Kılıçdaroğlunun ətrafında 6 siyasi partiya birləşərək seçkilərdə qalib gəlmək niyyətini ortaya qoyduğunu da vurğulayıb:
"Xüsusilə də Türkiyədə baş vermiş zəlzələ və onun ağır nəticələrindən onlar siyasi diviney kimi istifadə etmək istəyirlər. Türkiyədə prezidentliyə namizədlərin hər birinin Azərbaycana olan yüksək münasibəti onlara 10% səs gətirə bilər. Onun əksi isə 10%ə qədər səsin itirilməsi anlamına gəlir.
Türkiyədə prezidentliyə namizəd Kılıçdaroğlu son günlər elə bir açıqlama ilə çıxış etdi ki, bu hesab edirəm ki, seçkilər zamanı onun məğlubiyyətini şərtləndirən həlledici amillərdən biri ola bilər. Belə ki, o yeni ipək yolu layihəsindən bəhs edib. Yeni ipək yolunun xəritəsini icad edib və onu bəyan edib. Həmin xəritəyə görə, Türkiyədə ixrac olunan mallar Təbriz və Tehrandan gedir İrana, növbəti məntəqə olur Türkmənistan, Aşqabad oradan isə Özbəkistan, Daşkəndə gedir və sonrakı məntəqə isə Çin olur. Fikir verəsinizsə, strateji bu proseslərdən Azərbaycan kənarda qalır. Bu həm də, Kılıçdaroğlunun Zəngəzur dəhlizinə olan münasibətdir. Deməli bu yanaşma ilə Kılıçdaroğlu Zəngəzur Dəhlizini böyük ipək yolunun tərkib hissəsi kimi görmür ona qarşı çıxış edir. Bu isə erməni maraqlarına xidmət etmək anlamındadır. Bu reallıqlar fonunda Cənab Ərdoğanın elə birinci turda qalib gəlməsi labüd görünür. Bu gün Azərbaycan xalqı birmənalı şəkildə Ərdoğanın qalib gəlməsini istəyir. Çünki ikinci Qarabağ müharibəsində qazanılan möhtəşəm zəfərin əldə edilməsində cənab Ərdoğanın və onun rəhbərlik etdiyi Türk xalqının müstəsna xidmətləri oldu.
Müharibənin ilk dəqiqələrindən Türkiyə Azərbaycanın yanında oldu. Azərbaycana böyük mənəvi və siyasi dəstək göstərdi. Burada Ərdoğanın xidmətləri misilsizdir. hesab edirəm ki, Ərdoğanın göstərdiyi fəaliyyəti onun müstəsna növbəti qələbəsini şərh edəcək",- deyə Elman Nəsirov bildirib.шаблоны для dle 11.2

Xəbər lenti
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
6 05 2025
6 05 2025
6 05 2025