Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (18-04-2023, 12:32)
Ulu öndər Heydər Əliyev və Azərbaycan hüquq sistemindəki islahatlar

 
















Hər bir demokratik dövlətdə, hakimiyyət bölgüsü prinsipi əsasında qurulmuş
dövlətdə qanunvericilik fəaliyyəti çox mühüm əhəmiyyət kəsb edir”
Heydər Əliyev                                                   



 Ümummilli lider Heydər Əliyevin 1969-cu ildə Respublikamıza rəhbər seçildikdən sonra Azərbaycan xalqının taleyində yeni bir mərhələ başlandı. Xalqımızın milli-mənəvi və əxlaqi dəyərlərinə söykənən geniş miqyaslı tədbirlər həyata keçirildi və bunun nəticəsi kimi insanlarda milli ruh, özünüdərkin oyanışı formalaşmağa başladı. Respublikamızda bütün sahələrdə gedən proseslərdə yüksəlişə təkan verildi. H.Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra ölkədə hüquqi dövlət quruculuğu sahəsində ardıcıl, sistemli və gələcəyə hesablanan islahatlara start verildi. Milli qürur hissinin və  milli şüurun yüksəlməsi həm sosial-iqtisadi, həm elmi və mədəni, həm də ictimai həyatın bütün digər sahələrinin dirçəlişinə bünövrə oldu. Bütün bunlar xalq ruhuna dərindən bələd olan Ümummilli liderin uzaqgörən fəaliyyətinin nəticəsi idi.
Ulu öndər Heydər Əliyevin o illərdə həyata keçirdiyi islahatlar sonradan milli dövlətçilik ideyalarının əsasında duran ana xəttə çevrildi, xalqın bir ideya ətrafında birləşməsinə şərait yaratdı.  Azərbaycanın hazırki siyasi və iqtisadi müstəqilliyi, dünyaya inteqrasiyası hələ ötən əsrin 70-80-ci illərində təməli Heydər Əliyev tərəfindən qoyulmuş potensiala əsaslanır.
Ötən əsrin sonlarında Azərbaycanda müstəqilliyimiz uğrunda gedən mübarizənin uğuru Ulu öndərin fədakar siyasi fəaliyyətinin nəticəsində əldə olundu. 1993-cü ilin iyununda xalqın tələbi ilə onun hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyinin əbədi və dönməzliyini şərtləndirən əsas amillərdən oldu. Hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, xalqın birliyi, ictimai-siyasi sabitliyi və iqtisadi dirçəlişin təmin olunmasını özünün dövlətçilik strategiyasının prioritet istiqaməti kimi müəyyənləşdirdi.  
Demokratik cəmiyyət və ya hüquqi dövlətin ən vacib atributlarından olan insan hüquq və azadlıqlarının müdafiəsi hər bir demokratik dövlətin siyasi xəttində mühüm yer tutur. Hətta deyə bilərik ki, insan hüquqları hazırda beynəlxalq aləmdə inkişaf etmiş demokratik dövlət tərəfindən prioritet hesab edilən mövzulardan sayılır. Ümummilli lider Heydər Əliyev də Azərbaycanda  insan hüquq və azadlıqlarının təmin edilməsi, onların müdafiəsi və daha da genişləndirilməsi üçün daim fədakar fəaliyyət göstərirdi. Azərbaycan müstəqillik əldə etdikdən sonra insan hüquq və azadlıqlarının təmini məqsədilə həyata keçirilən hüquqi islahatlar içərisində ən vacibi məhz insanın yaşamaq hüququnun təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər olmuşdur. Belə ki, 1993-cü ildə Heydər Əliyevin ilk qərarlarından biri məhz Azərbaycanda ölüm cəzasının tətbiqi ilə bağlı oldu. Belə ki, 1993-cü ilin iyun ayından ölkəmizdə ölüm cəzasının icrasına moratorium qoyuldu, sonra ölüm cəzasının tətbiqi məhdudlaşdırıldı və nəhayət, 1998-ci il fevralın 10-da Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm cəzası ləğv edildi. Bununla əlaqıdar Ulu öndər deyirdi: “Mən cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək, ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək ideallara sadiq qalaraq ölkəmizdə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəlib bu tarixi bəyanatı vermişəm”. Bu qərar bütün dünyaya bir daha bəyan etdi ki, Azərbaycanın hüquqi-demokratik dövlət quruculuğu yolu ilə inamla addımlayır.
Hüquqi islahatların həyata keçirilməsi istiqamətində H.Əliyevin ən böyük əməyi müstəqil Azərbaycanın ilk konstitusiyasının hazırlanması və qəbul edilməsi oldu. 1995-ci il noyabrın 12-də Azərbaycanın tarixində ilk dəfə olaraq müstəqil dövlətimizin Konstitusiyası ümumxalq səsverməsi yolu ilə qəbul edildi. Bununla da, Konstitusiyada insan və vətəndaş hüquqlarının, azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi bəyan olundu. Ulu öndər hesab edirdi ki, demokratik dəyərləri üstün tutan, haqq və ədalətin bərqərar olunduğu dövlət qurmaq istəyən hər bir ölkə, hər bir xalq üçün Konstitusiya birinci dərəcəli əhəmiyyət daşıyır. Ümummilli  liderimiz Heydər Əliyevin rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanan, ümumxalq müzakirəsinə çıxarılan və 1995-ci il noyabrın 12-də ümumxalq referendumu yolu ilə qəbul edilən Konstitusiya tarixi əhəmiyyətə malik sənəd kimi ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini qoydu.  
Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində ümummilli lider Heydər Əliyevin 22 fevral 1998-ci il tarixində imzaladığı "İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanı və 18 iyun 1998-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair" dövlət proqramı keçirilən hüquqi islahatlar sırasında vacib əhəmiyyət daşıyırdı.
Ulu öndər H.Əliyev insan və vətəndaş hüquq və azadlıqlarının təminatı və müdafiəsinə yönəlmiş və bununla bağlı məhkəmə hakimiyyətinin rolunu artırmaq üçün köklü islahatlar həyata keçirmişdir. İlk dəfə olaraq üçpilləli məhkəmə sistemi yaradılmışdır. Ölkədə hakim korpusunun formalaşmasında tamamilə yeni üsul və metodlardan istifadə edilmişdir. Hakim vəzifəsinə ədalətli və şəffaf seçim məhkəmə-hüquq islahatlarının keyfiyyətlə aparılmasına təminat vermişdir. Ulu öndərin rəhbərliyi altında Azərbaycan dünyada insan hüquq və azadlıqlarının təməl prinsipi kimi qəbul edilən ən mühüm beynəlxalq konvensiyalara da imza atmışdır.
Ulu öndər Heydər Əliyevin Azərbaycanda insan hüquq və azadlıqlarının təminatı və müdafiəsi istiqamətində atdığı addımların ən vaciblərindən biri də "İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında" qanunun qəbul edilməsi və Ombudsman Aparatının yaradılması oldu. Ölkədə Ombudsman Aparatı yaradıldıqdan sonra vətəndaşların hüquqlarının müdafəsi sahəsində daha əsaslı addımlar atılmağa və uğurlar əldə olunmağa başlandı.
İnsan hüquqları sahəsindəki islahatlar sahəsində əhəmiyyətli sənədlərdən biri də Heydər Əliyevin 1996-cı il iyunun 8-də imzaladığı “Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi haqqında” Sərəncamdır. Adı çəkilən sənədə əsasən  beynəlxalq standartlara uyğun “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Prokurorluq haqqında” qanun və digər hüquqi sənədlərin layihələri hazırlanıb və  müvafiq qaydada qəbul olunmuşdur.
Bundan başqa, Azərbaycan Respublikası 2001-ci ildən etibarən İnsan Haqları üzrə Konvensiyaya qoşulub. Konvensiyanın 46-cı maddəsinə müvafiq olaraq Avropa Məhkəməsinin Azərbaycana münasibətdə qəbul edəcəyi qərarlar qəti olmaqla bütün dövlət orqanları, o cümlədən məhkəmələr üçün məcburidir. Həmin maddənin tələbinin pozulmaması üçün dövlətdə müvafiq mexanizm olmalı, milli məhkəmələr tərəfindən Avropa Məhkəməsinin presedent hüququna müraciət edilməlidir.
Azərbaycanın bu gün dünyada müstəqil, hüquqi və demokratik dövlət kimi tanınması, ölkənin hər bir  vətəndaşının hüquqlarının, azadlıqlarının təmin və müdafiə olunması məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin Azərbaycanın müstəqilliyinin dönməz və əbədi olması, demokratik inkişaf yolu ilə inamla irəliləməsi istiqamətində gördüyü işlər haqqında çox danışmaq olar. Heç çübhəsizdir ki, hər bir Azərbaycan vətəndaşı, xüsusilə də gənc nəslin nümayəndəlıri Ulu öndərin fəaliyyətinə dair mütəmadi biliklər əldə etməsi bu gün olduqca vacibdir. Çünki Azərbaycan məhz müstəqil dövlətimizin qurucusunun qoyduğu yolla, onun layiqli davamçısı Ali Baş Komandan prezident İlham Əliyevin rəhbərliyi altında inamla irəliləyir və yeni-yeni uğurlar qazanır.
Lənkəran rayon məhkəməsinin hakimi 
Muradağa Qasımovшаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024