Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (31-03-2023, 13:41)
31 Mart Azərbaycanlıların Soyqırım Günü

 






XX əsrin əvvəllərində Çar Rusiyasının dağılması və Cənubi Qafqazda Azərbaycan,Gürcüstan,Ermənistan dövlətlərinin meydana gəlməsi xaricdə güclü dayaqlara malik olan erməni siyasi dairələrinin iştahasını artırdı.Tarixi Azərbaycan torpaqlarının,Qarabağın dağlıq hissəsinin Ermənistan tərəfindən ələ keçirmək istəyi onların çoxdankı arzuları idi. Bu səbəbdən mənfur düşmənlərimiz bu planlarının reallaşması üçün separatçı fəaliyyətə keçdilər.Çar höküməti hələ XIX əsrin əvvəllərində milli zəmində münaqişələr törətmək məqsədilə Azərbaycan ərazisinə rus,alman,erməni ailələrini köçürmüş,lazım gələrsə onların gücündən Azərbaycan xalqına qarşı istifadə edirdi və bununla bizim ərazidə “parçala,hökümranlıq et” siyasətini yürüdürdü. 
 Tarix boyu Azərbaycan xalqına qarşı soyqırımlar törədilmişdir. Belə soyqırımlardan biri 1905-1906-cı il soyqırımını göstərmək olardı. Bu dövrdə ermənilərin “Daşnaqsutyun” partiyası daha çox fəallıq göstərirdi. Bu soyqırım Bakı, Gəncə, İrəvan, Şuşa, Cəbrayıl qəzalarında törədildi, ancaq Azərbaycanlıların mərdliyi,qəhrəmanlığı nəticəsində bunun qarşısı alındı. İkinci ən böyük soyqırım isə 1918-ci il martın 31-də oldu.Həmin dövrdə Cənubi Qafqaz Komissarlığı və Seymin fəaliyyətindən kənarda qalan bölgə Bakı şəhəri idi. Bakını Bakı Soveti idarə edirdi.Vladimir Lenin Stepan Şaumyana tapşırıq vermişdi ki, Azərbaycanda baş verən milli azadlıq hərəkatını izləsin və lazım gələrsə burada soyqırım törədilsin. 1918-ci il martın 15-dı Daşnaksütyun partiyası,digər erməni təşkilatları ilə bir cəbhədə birləşdilər. Bolşevik-Daşnak qüvvələri Bakıda Azərbaycanlıları kütləvi məhv etmək üçün hazırladıqları planı həyata keçirməyə başladılar. Bakı Sovetinin əsas məqsədi: 
1. Bakının neft sərvətlərinə yiyələnmək
2. Müsavat partiyasının sosial bazasını məhv etmək
3. Bakını Rus-erməni şəhərinə çevirmək
4. Milli qüvvələrə divan tutmaq,xalqımızın azadlıq mübarizəsini başsız qoymaq idi.
1918-ci il martın 30-da Bakı Sovetinin rəhbərliyi altında Daşnak-bolşevik qüvvələri şəhərdə türk-müsəlman əhaliyə qarşı soyqırıma başladı.Düşmən qocaya,qadına hətta körpə uşaqlara belə vəhşicəsinə divan tutdu. “İsmailliyə” binası,”Kaspi” qəzetinin redaksiyası yandırıldı. Təzə Pir məscidi dağıdıldı.Daşnak-Bolşevik hərbi qüvvələri 1918-ci il aprelin əvvəlində milli qırğının miqyasını genişləndirməyə başladılar. Qırğınlar Bakıda, Şamaxıda,Qubada,Lənkəranda, Zəngəzur qəzasında,Göyçə bölgəsində törədildi. Bu dəhşətli hadisənin ,soyqırımı araşdırmaq üçün 1918-ci il iyulun 15-də Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Fövqəladə Tədqiqat Komissiyası yaradıldı. Düşmənin əsas məqsədi soyqırımdan əlavə,Azərbaycan əhalisinin var-dövlətini ələ keçirməkdən ibarət idi. Azərbaycan hərbi dəstələri erməni quldurlarını darmadağın etdi, Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra bu qanlı hadisələr tarixin arxivinə göndərilmiş,onun əsl mahiyyəti təhrif olunmuş,soyqırım qurbanlarının dəfn olunduğu Çəmbərəkənd qəbirsanlığı isə Dağüstü park adı ilə gəzinti yerinə çevrilmişdi. Yalnız Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra soyqırım hadisəsinə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il fərmanı ilə hüquqi –siyasi qiymət verildi,Beynəlxalq İctimaiyyətin diqqəti bu antihumanist,ümumbəşəri cinayətə cəlb olundu. Həmin fərmanla 31 mart Azərbaycanlıların soyqırımı günü elan olunmuşdu.
 Ermənilərin qəsbkarlıq planları hələ də qurtarmır. I Qarabağ müharibəsində hakimiyyətdə olan qüvvələrin səriştəsizliyi və məsuliyyətsizliyi, sapı özümüzdən olan baltaların xəyanətkarlığı da erməni quldurlarına yardımçı oldu.1992-ci ilin fevralında Xocalı, Qaradağlı soyqırımları,1993-ci ilin aprelində Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndində törədildi.Dünya ictimaiyyəti buna göz yumdu. Azərbaycan torpaqları işğal olundu. Nəhayət ki, 2020-ci il sentyabrın 27-də Azərbaycan, öz torpaqlarının azad olunmasına başladı. Yatmış aslan oyandı.
 2020-ci il noyabrın 10-na qədər davam edən hərbi əməliyyatlar Azərbaycan ordusunun rəşadəti,prezidentinin uzaqgörən,diplomatik bacarığı sayəsində qələbə ilə nəticələndi və doğma Qarabağımız işğaldan azad edildi.
İlham Əliyev həm də son 200 ildə ən böyük qələbələrimizdən birinin komandanı kimi tarixə adını yazdı.
Hər il martın 31-də Azərbaycanlıların Soyqırımı Gününü hüznlə qeyd edirik. 1918-ci ilin soyqırımı qurbanlarını yad etmək uşaqdan böyüyə hər kəsin vətəndaşlıq borcudur.Xalqımıza qarşı törədilən soyqırımların dəhşətli mənzərəsi hələ də xatirələrdə yaşayır. Quba soyqırımdan qalan kütləvi məzarlıq türk-müsəlman əhalisinə qarşı törədilmiş vəhşiliklərin bariz nümunəsidir.
Məlahət Əliyeva
Suraxanı rayonu, 278 nömrəli tam orta məktəbin direktoru
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024