Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (12-03-2023, 23:23)
Qafarova erməni spikerin yalanlarını ifşa etdi

 Milli Məclisin sədri Sahibə Qafarova Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin (QHPŞ) İkinci Konfransında və Parlamentlərarası İttifaqın 146-cı Assambleyasında bu gün keçirilən müzakirələrdə çıxış edib.
Azərbaycan parlament rəhbərindən əvvəl çıxış edən Ermənistan parlamentinin spikeri Alen Simonyan öz erməni xislətinə sadiq qalaraq, Azərbaycanın ünvanına böhtanlar səsləndirib. Lakin bu dəfə də onun həqiqətdən uzaq iddiaları layiqincə cavablandırılıb. Belə ki, Milli Məclisin sədri Sahibə Qafarova öz çıxışında erməni spikerin yalanlarını ifşa edib.
Bu barədə Axar.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Spiker Sahibə Qafarova çıxışında deyib ki, Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox azərbaycanlı işğal olunmuş ərazilərdən məcburi köçkün və Ermənistandan qaçqın vəziyyətinə düşüb. İşğal illərində Ermənistan bütün şəhər və kəndlərimizi yerlə-yeksan edib, Azərbaycanın bütün tarixi, mədəni və dini obyektlərini vandalizmə məruz qoyub. Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində olduğu kimi, əsrlər boyu indiki Ermənistanda yaşamış Qərbi azərbaycanlılara məxsus bütün tarixi və dini abidələri də məhv edib. Spiker bütün bunları monoetnik Ermənistan dövləti tərəfindən dözümsüzlük və nifrətin açıq nümayişi kimi dəyərləndirib.
Azərbaycan parlamentinin rəhbəri bildirib ki, işğal illərinin acı nəticələrinə baxmayaraq, 2020-ci ildə ərazilərinin işğaldan azad edilməsindən dərhal sonra, məhz Azərbaycan sülh gündəliyi və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması təşəbbüsü ilə çıxış edib. Bu gündəm beynəlxalq hüququn 5 prinsipinə əsaslanır. Buna baxmayaraq, Ermənistan beynəlxalq ictimaiyyəti yalan məlumatlarla çaşdırmaqla yanaşı, öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir və Azərbaycan ərazisinə qanunsuz şəkildə silah-sursatın, minaların daşınmasını, şəxsi heyətin rotasiyasını davam etdirir.
Özündən əvvəl çıxış etmiş Ermənistan parlamenti spikerinin səsləndirdiyi fikirlərə toxunan Sahibə Qafarova bu fikirləri Ermənistanın həyata keçirdiyi saxtakarlığın və təhrifinin növbəti təzahürü kimi qiymətləndirib.
Milli Məclisin spikeri Assambleyada müzakirəyə çıxarılmış dinc birgəyaşayış və inklüziv cəmiyyətlər kimi mühüm mövzuyla bağlı öz təcavüzkar, ayrı-seçkiliyə və dözümsüzlüyə köklənmiş siyasəti ilə tanınan dünyanın ən monoetnik ölkələrindən birinin nümayəndəsinin çıxış etməsindən təəssüfləndiyini diqqətə çatdırıb.
Erməni spikerin öz ölkəsində yaşayan milli azlıqları və guya onlara verilmiş hüquqları sadaladığını vurğulayan Sahibə Qafarova azərbaycanlıların əsrlər boyu məskunlaşdıqları indiki Ermənistandan bir neçə mərhələdə zorla qovulmasını, 1980-ci illərin sonunda baş vermiş sonuncu mərhələnin 300 mindən çox azərbaycanlının qovulması ilə nəticələndiyini qeyd etməməsinin təəccüb doğurduğunu bildirib.
İndiki Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququnun olduğunu deyən spiker bu hüququn Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və digər beynəlxalq aktlarda təsbit edildiyini vurğulayıb. Ermənistan həmin azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmasına şərait yaratmalı və qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarını təmin etməlidir.
Ermənistan nümayəndəsinin utanmadan ölkəsinin heç bir ölkəyə qarşı ərazi iddiasının olmadığı haqda fikir bildirməsinə toxunan Sahibə Qafarova Ermənistanın Azərbaycan ərazilərini 30 ilə yaxın işğal altında saxladığını bir daha xatırladıb. Digər tərəfdən, Ermənistan 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanatı pozaraq, öz silahlı qüvvələrini Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində saxlamağa davam edir.
Milli Məclisin sədri qeyd edib ki, erməni nümayəndə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin sayı ilə bağlı məqsədyönlü şəkildə yalan və uydurma rəqəmləri səsləndirməkdən çəkinməyib. Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, Azərbaycanın 25 minə yaxın erməni əsilli vətəndaşlarının hamısı digər vətəndaşlarımızla bərabər hüquqlardan istifadə edəcək. Azərbaycanın yaxşı tanınan multikultural və tolerant siyasəti və ənənələri buna əmin olmağa imkan verir.
Ermənistan parlamenti spikerinin Laçın yolunun guya “blokada” olunması ilə bağlı əsassız iddialarını tamamilə rədd edən Milli Məclisin sədri diqqətə çatdırıb ki, Laçın yolu bütün mülki və humanitar nəqliyyat vasitələrinin maneəsiz keçidi üçün açıqdır və bu fakt ərazidə fəaliyyət göstərən müvafiq beynəlxalq təşkilatlar tərəfindən də təsdiq olunur.
Sahibə Qafarova Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərə əməl etdiyini, eyni zamanda, öz vətəndaşlarının hüquqlarının həyata keçirilməsini və legitim tələblərinin yerinə yetirilməsini təmin etmək öhdəliyinə sadiq olduğunu vurğulayıb.шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024