Siyasət (27-02-2023, 19:17)
Lavrovun Azərbaycana səfər proqramı açıqlandı
Rusiya xarici işlər naziri Sergey Lavrov fevralın 27-28-də Azərbaycana rəsmi səfər edəcək.
“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, Sergey Lavrovun Azərbaycana səfəri zamanı Prezident İlham Əliyev tərəfindən qəbul ediləcəyi gözlənilir.
Həmçinin, Lavrov xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar aparacaq.
Danışıqlar zamanı müttəfiqlik münasibətlərinin inkişafı, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması məsələləri üzrə fikir mübadiləsinin aparılması planlaşdırılır.
Sergey Lavrov “XXI əsrdə Rusiya-Azərbaycan münasibətləri: regional təhlükəsizlik kontekstində strateji tərəfdaşlıq” tematik konfransında da iştirak edəcək. Bu tədbir Rusiya-Azərbaycan Ekspert Şurasının üçüncü iclası çərçivəsində keçiriləcək və iki ölkə arasında münasibətlərin müttəfiqlik səviyyəsinə çatmasının ildönümünə həsr olunacaq.
