Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (31-10-2022, 12:31)
DTX-nin saxladığı gömrük polkovniklərinin həbs müddəti uzadıldı

DTX-nin saxladığı gömrük polkovniklərinin həbs müddəti uzadıldı

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan Dövlət Gömrük Komitəsinin (DGK) daha iki polkovnikinin həbs müddəti uzadılıb.

Mediatv.az-ın məlumatına görə, DGK-nin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini, polkovnik Rəşad Babayev və Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Yol vergiləri və icazə blanklarına nəzarət şöbəsinin rəisi vəzifəsində işləyən, polkovnik Şükür Səfərov barəsində Səbail Rayon Məhkəməsinə təqdimat göndərilib. Cinayət işinin istintaqının davam etdiyini nəzərə alan məhkəmə təqdimatı təmin edib. Rəşad Babayev və Şükür Səfərovun həbs müddəti daha 3 ay uzadılıb.

Qeyd edək ki, hər iki general Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar külli miqdarda rüşvət alma) maddələri ilə məsuliyyətə cəlb edilib. 1 iyul 2022-ci il tarixdə onların barəsində həbs qətimkan tədbiri seçilib.

İttihama görə, onlar xidməti vəzifələrinin icrası ilə əlaqədar ölkə ərazisinə daxil olmasına xüsusi icazə tələb edilən iriölçülü və ağırçəkili xarici yük maşınlarının sərhəd keçid məntəqələrindəki gömrük nəzarət postlarından buraxılması və bunun üçün maneə yaradılmaması müqabilində həmin yük maşınlarının hər birinə görə sahiblərindən vasitəçilərdən istifadə etməklə təkrar külli miqdarda rüşvət alıblar.

Yeri gəlmişkən, yerli mətbuatda həbs edilən Rəşad Babayevin Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin yaxın qohumu olduğu iddia edilir.

Qeyd edək ki, bir müddət öncə daha iki gömrük generalı Ehtiram Xəlilov və Məsum Rəsulovun da həbs müddətləri uzadılmışdı.

шаблоны для dle 11.2

Xəbər lenti
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024