Siyasət (24-10-2022, 19:37)
Azərbaycan-Türkiyə birliyinin əbədiliyi Zəngilandan və Cəbrayıldan nümayiş olundu

"Qarabağ və Şərqi Zəngəzur cənnət məkana çevrilir. Genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Zəngilanın işğaldan azad edilməsinin ikinci ildönümünü Azərbaycanla birlikdə qeyd edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cənab İlham Əliyevlə birlikdə Zəngilan rayonunda "Dost Aqropark" ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışında iştirak etdilər. Qarabağda iki dost ölkənin ilk investisiya layihəsi olan "Dost Aqropark"ın təməli ötən il Türkiyə Prezidentinin Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirakından sonra Zəngilana səfəri zamanı qoyulmuşdir. Rəcəb Tayyib Ərdoğanın oktyabrın 20-də reallaşdırdığı səfərdə mühüm addımlardan biri də Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən Qumlaq stansiyasının, eyni zamanda, Cəbrayıl rayonu ərazisində yaradılacaq "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi", "Ağıllı Tingçilik" və "Dostluq Meşəsi" Kompleksinin təməlqoyma mərasimlərində iştirakı oldu. Bütün bu tədbirlər bir daha sübut edir ki, Azərbaycan və Türkiyə kədəri də, sevinci də bir olan, sözdə deyil, əməldə də qardaş olan bir millət, iki dövlətdir",- deyə Malik Həsənov vurğulayıb.
Millət vəkili qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işlərində Azərbaycan-Türkiyə birliyini görmək böyük qürurdur. Müzəffər Ali Baş Komandan tarixi Zəfərimizdən dərhal sonra start verilən bərpa-quruculuq işlərində dost ölkələrin iştirakını arzuladığını bildirdi. Türkiyə şirkətləri bu işdə böyük fəallıq nümayiş etdirirlər: "Zəngilanda Beynəlxalq Hava Limanının açılışının Azərbaycanın qəhrəmanlıq dastanından sonra indi də Qarabağın inkişaf dastanının yazılmasının bir göstəricisi olduğunu bildirən Rəcəb Tayyib Ərdoğan belə mühüm bir layihədə türk şirkətlərinin də yer almasını bir iftixar mənbəyi kimi dəyərləndirdi."
Malik Həsənov mətbuata birgə bəyanatda Azərbaycan-Türkiyə dostluğunun, müttəfiqliyinin təsdiqi olan Şuşa Bəyanaməsinə də xüsusi diqqət yönəldildiyini bildirib: "Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu birlik Şuşa Bəyannaməsi ilə əsl müttəfiqlik səviyyəsinə yüksəldi. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Şuşa Bəyannaməsi hər iki ölkənin xalqlarına gözaydınlığı, eyni zamanda, bütün dünyaya ciddi mesajdır. Bu gün ölkəmizin hər bir guşəsində yanaşı dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin, xalqlarımızn birliyinin ən bariz nümayişidir. Bu, ürəkdən gələn duyğular, əcdadlarımızdan qalan miras, onların vəsiyyəti və zəmanəmizin tələbidir."

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 07 2025
26 07 2025
26 07 2025
26 07 2025
26 07 2025
26 07 2025
26 07 2025
26 07 2025
26 07 2025
26 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
“Range Rover”in sürücüsü yolun ortasında digər sürücüyə ailəsinin gözü qarşısında hücum etdi-FOTOLAR
25 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
24 07 2025
24 07 2025
24 07 2025
24 07 2025