Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (21-09-2022, 09:04)
Deputat Nensi Pelosini Azərbaycana dəvət etdi - AÇIQLAMA

 Ermənistanın genişmiqyaslı təxribatından sonra dünya ermənilərinin Azərbaycan dövlətinə qarşı aqressiv davranışları başlayıb.

Bir neçə gün öncə Vaşinqtondakı , daha sonra Livanda yerləşən səfirliyimizə hücumlar təşkil edilib. Vandal, zorakı, qeyri- insani davranışlar sərgiləyən ermənilər özlərinin bir daha "erməni xislətlərini" dünya mediasına sübut etdilər. Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə çağırıldı və görüş zamanı Fransadakı Azərbaycan səfirliyinə qarşı bu ölkədəki radikal erməni qrupları tərəfindən törədilən hücumla bağlı XİN-in etiraz notası təqdim edildi. Hücum zamanı səfirliyin binasına maddi ziyan vurulduğu, diplomatik nümayəndəliyin fəaliyyətinə və əməkdaşların həyatlarına təhlükə yaradıldığı qeyd edildi.

Bütün bunların fonunda ABŞ təmsilçisi Nensi Pelosi İrəvana səfər etdi və Ermənistana açıq dəstək verdi.Mediatv.az-ın məlumatına görə, son hadisələrlə bağlı Cebhe.info-ya Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib ki, baş verən hadisələrin qarşısının alınması üçün Azərbaycan hökuməti müəyyən tədbirlər görür:

"Bildiyimiz kimi, Azərbaycan XİN Fransa səfirini dəvət edib, baş vermiş mənfi hadisələri pisləyən nota təqdim olunub. Görürük ki, vaxtilə Livanda bu hadisələr islami nöqteyi- nəzərindən başlamışdı. Daha sonra ABŞ, Avropa ölkələrindəki səfirliklərimizə qarşı səlib yürüşü davam etdi. Azərbaycan olaraq bir neçə istiqamətdə işimizi gücləndirməliyik. Birincisi, hesab edirəm ki, səfirliyin mühafizəsini möhkəmləndirmək çox ciddi amildir. Bunun üçün əlavə maliyyə ayrılmalıdır. Diplomatik nümayəndəliklərin binalarının, əmlakının və şəxslərin mühafizəsini möhkəmləndirən maliyyə vəsaiti, ştat cədvəli olmalıdır. İkincisi, səfirliklərin yerləşdiyi yerli hökumətlə, meriyalarla yeni müqavilələr bağlanmalıdır ki, lap özlərinin deyil, Azərbaycan dövlətinin hesabına da olsa səfirliklərin müdafiəsini daha yaxşı təşkil etsinlər. Bunun üçün əlavə qüvvə ayırsınlar. Üçüncü, həmin hökumətlərə Azərbaycan XİN vasitəsilə müraciət, xəbərdarlıq etməliyik. Yazılı şəkildə bildirilməlidir ki, belə bir hallar var. Aidiyyəti orqanlar belə halların baş verməsini öncədən müəyyən etməli və qarşısının alınması üçün yerli hökumətə məlumatlar verməlidir. Həmin hökumətlərdən hadisələri törədənlərə qarşı cəza tədbiri tələb etməliyik. Onlar cəzalansınlar ki, belə hadisələri törətməyə bir də həvəslənməsinlər. Ermənilər qanundankənar vasitələrdən istifadə edir, zorakılıq aktları həyata keçirirlər. Bu da əlbəttə ki, ciddi narazılıq törədir”.

Deputatın fikrincə, digər istiqamət həm yerli, həm də beynəlxalq mediada maarifləndirici və izahedici tədbirlərin gücləndirilməsi olmalıdır:

“Hər yerə çatdırmalıyıq ki, ermənilər belə vəhşi metodlardan istifadə edirlər. Demorkatiya adı altında antidemokratik məsələlərdən yararlanırlar".

Deputat ABŞ Konqresinin Nümayəndələr Palatasının İrəvanda səfərdə olan spikeri Nensi Pelosinin çıxışına isə belə münasibət bildirib:

"O ki qaldı Pelosinin səfərinə, onun özünə də rəsmi şəkildə məktub yazıb, Qarabağa dəvət etmək lazımdır. Demək lazımdır ki, xanım Pelosi, gəl, bizim Ağdam və Füzuli xarabalıqlarından keç, mina sahəsində bir gəziş. Ondan sonra gör ki, ermənilər azərbaycanlılara nə qədər zülm ediblər və sən susmusan. Xaincəsinə hamınız susmusunuz. Xristian təəssübkeşliyiniz hər cür demokratiyanı üstələyir. Azərbaycan- Amerika münasibətlərinə də xələl gətirir. Ona görə də bu məsələlərdə ciddi olmaq lazımdır. Bütün dünya azərbaycanlılıarı kimliyindən asılı olmayaraq dövlətimizin ətrafında sıx birləşməliyik. İçimizdə Pelosi kimi düşünənlər var. Onlar erməniləri həvəsləndirirlər".шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024