Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (18-09-2022, 21:48)
Pelosi Paşinyanla görüşdə Rusiyaya hücum etdi

 ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi Ermənistan hakimiyyətinə və xalqına daha bir ciddi mesaj verib.
Axar.az xəbər verir ki, bu barədə Pelosi Ermənistan Baş naziri Nikol Paşinyanla görüşündə deyib.
“Ermənistanda demokratiyanın dəstəklənməsi, “erməni soyqırımı” haqqında qətnamənin qəbulu (Nümayəndələr Palatasında qondarma soyqırım qətnaməsinin qəbulu nəzərdə tutulur – red.), Türkiyənin Qarabağ məsələsində fəaliyyətinə qarşı və bütün digər məsələlərdə biz Ermənistanın dostuyuq. Biz sizin hakimiyyətə hörmət əlaməti olaraq burdayıq”, - Pelosi ermənilərə müraciətlə bildirib.
Pelosi ötənilki parlament seçkilərinə də toxunub və onu ədalətli və azad seçkilər adlandırıb:
“Bu, (Paşinyanın qələbəsi – red.) müharibə və digər şərtlər daxilində çox əlamətdar qələbə idi”.
Qeyd edək ki, Pelosinin Paşinyanı bu qədər tərifləməsi və xalqa “sizin hakimiyyətinizə hörmətimizə görə burdayıq” deməsi təsadüfi deyil. Paşinyanın sosial-ictimai dəstəyini gücləndirməyə çalışan ABŞ onun vasitəsilə Rusiya hərbi-siyasi varlığını Ermənistandan çıxarmaq uğrunda açıq və sərt savaşa girdiyini göstərir.
Yada salaq ki, Pelosi Ermənistanın KTMT-dən çıxacağı təqdirdə ABŞ-ın tam dəstək verəcəyini bu gün mətbuat konfransında elan etdi.шаблоны для dle 11.2

Xəbər lenti
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024