Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sağlamlıq (30-03-2022, 09:12)
Beyin sağlamlığı üçün ən önəmli ərzaq məhsulları

Beyin sağlamlığı üçün ən önəmli ərzaq məhsulları


Harvard alimləri beyin fəaliyyətini effektiv şəkildə stimullaşdıran, əhval-ruhiyyəni yaxşılaşdıran, yaddaşı gücləndirən ərzaq məhsullarını açıqlayıblar.

“Qafqazinfo” “MedikForum”a istinadən bu ərzaq məhsulları barədə məlumatları təqdim edir.

Tünd şokolad. Tərkibindəki yüksək dəmir və antioksidantlara görə ekspertlər onu ən faydalı ərzaq məhsullarından biri hesab edirlər. Müntəzəm olaraq tünd şokoladın qəbulu birbaşa əhval-ruhiyyənin yaxşılaşdırılması ilə əlaqəlidir – bunun sayəsində depressiya simptomları riski 70 faiz azalır.

Ədviyyatlar. Bunlar oksidləşdirici stres və iltihabı aradan qaldıran antioksidantların zəngin mənbəyidir. Misal üçün, kurkuminin (sarıkök) qəbulu daha aşağı narahatlıq riski və beynin kimyəvi tərkibinin yaxşılaşdırılması ilə əlaqələndirilir. Zəfəran depressiv pozuntu zamanı çox faydalıdır.

Qoz. Onların tərkibində beynin fəaliyyətini aktiv şəkildə dəstəkləyən faydalı yağlar var. Belə ki, qozun tərkibindəki omeqa-3 yağ turşuları yaddaşı və təfəkkürü yaxşılaşdıran iltihab əleyhinə və antioksidant xüsusiyyətlərinə malikdir. Alimlərin sözlərinə görə, gündəlik bir ovuc qoz möhkəm davamlı beyin sağlamlığı, onun yaşla bağlı xəstəliklərdən müdafiəsini təmin edə bilər.

Fermentləşdirilmiş ərzaq məhsulları. Onların qəbulu xüsusi olaraq beyinlə əlaqəli olan və onun vəziyyətinə təsir edən orqan - bağırsaqda yaxşı bakteriyaların artmasını stimullaşdırır. Fermentləşdirilmiş ərzaq məhsulları sayəsində yaddaş yaxşılaşdırılır, koqnitiv funksiyaların pisləşməsi aradan qaldırılır.

Yaşıl yarpaqlı tərəvəzlər. Bu ərzaq məhsulları koqnitiv qabiliyyətlərin yaşla bağlı pisləşməsini yavaşlayan qida maddələri - fol turşusu, dəmir, B9 vitamini və liflə zəngindir.

шаблоны для dle 11.2

Xəbər lenti
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024