Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sağlamlıq (3-12-2020, 09:40)
Soyuqdəymədən tez qurtulmağın 3 üsulu məlum oldu

Soyuqdəymədən qısa müddətdə qurtulmağın üç sadə üsulu var ki, bu vasitələr bahalı dərmanların qəbulunu nəzərdə tutmur.

“Report” xəbər verir ki, bu barədə britaniyalı həkim Sara Djarvis “Express” nəşrinə danışıb.

Onun sözlərinə görə, birinci üsul mikroblardan qoruyucu baryer yaradan boğaz spreyidir. "Soyuqdəymə əsasən selikli qişa - ağız və burun vasitəsilə orqanizmə daxil olur. Tədqiqatlar göstərir ki, sprey soyuqdəymə simptomlarının müddətini iki dəfə azalda bilər", - Djarvis izah edib.

Həkim müalicənin ikinci üsulu olaraq exinaseyadan istifadə etməyi tövsiyə edir. Ancaq bunu uşaqlara tətbiq etmək olmaz. Ekspertin sözlərinə görə, tibbdə hələlik bitkinin hansı hissələrindən nə qədər həcmdə istifadə etməyin lazım olması barədə dəqiq məlumat yoxdur.

Mütəxəssis nəhayət tərkibində C vitamininin olduğu məhsullardan – sitrus meyvələrindən, istiotdan, Brüssel kələmindən və kartofdan istifadə etməyi məsləhət görür.

Sara Djarvis xəstəliyin yayılmasından qaçmaq üçün əlləri tez-tez sabunla ilıq su ilə yumağı, həmçinin asqırarkən və öskürərkən birdəfəlik salfetlərdən istifadəni də tövsiyə edir. Onun sözlərinə görə, salfetlər istifadədən dərhal sonra atılmalıdır.

шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024