Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sağlamlıq (24-02-2016, 09:48)
Ürək-damar xəstələrinin sayı niyə artır?

urek-xesteliyiRasif Bağırov: «Stress, hərəkətsizlik, yanlış qidalanma və düzgün olmayan həyat tərzi bu xəstəliyə rəvac verir»

Mediatv.az xəbər verir ki, keçən il Azərbaycanda ən çox ölüm halı ürək-damar xəstəliklərinin nəticəsində baş verib. Dövlət Statistika Komitəsinin məlumatına görə, keçən il ölkədə qeydə alınan 54,7 min ölümün 60,2 faiziniÿqan dövranı sisteminin xəstəlikləriÿtəşkil edib.

Bundan başqa, yenitörəmələr 13,3 faiz; həzm sistemi xəstəlikləri 5,2 faiz; travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələri 4,6 faiz; tənəffüs orqanlarının xəstəlikləri 3,2 faiz; infeksion və parazitar xəstəliklər 1 faiz; digər səbəblər isə 12,5 faiz ölümə səbəb olub.

Azərbaycanda ürək-damar xəstəliklərindən əziyyət çəkənlər dünyada olduğundan çoxdur. Hətta Ümumdünya Səhiyyə Təşkilatı da bunu bəyan edib və bu xəstəlikdən əziyyət çəkənlərin ölkəmizdə 60 faizi keçdiyini açıqlayıb.

Tibb sahəsi üzrə ekspert Rasif Bağırov isə deyir ki, təkcə Azərbaycanda yox, bütün dünyada ürək-damar xəstəlikləri ölümün səbəbləri arasında yerlərdən birini tutur. Ekspert xəstəliyin artmasının əsas səbəblərindən biri kimi insanın yaş keçdikcə damarlarında müxtəlif problemlərin yaranmasını qeyd edir. Həmçinin müasir dövrün gərgin həyat şəraitinin də bu problemin artmasına təkan verdiyini bildirir: “Müasir həyat tərzində stress və gərginlik həddən artıqdır. Sosial həyat tərzinin ağırlığı, gündəlik baş verən problemlər insanların birbaşa ürək-damar sisteminə mənfi təsir edir. Yəni yüklənmələr, əsəb və bu kimi mənfi hallar həmin xəstəliyin yaranmasına səbəb olur. Təəssüf ki, həmin problemlərdən qaçmaq, onu yaxına buraxmamaq da mümkün deyil. Eyni zamanda, yaş keçdikcə bu xəstəliyin yaranma riski artır”.

Ekspert xəstəliyin qarşısının alınması üçün fərdi rejimin olmasını vacib sayır. Yəni oturaq həyat tərzindən imtina edən, hərəkətli insanlar bu xəstəliyə daha az tutulurlar. Lakin hərəkətsizlik, yanlış qidalanma ürək-damar sistemini sıradan çıxaran amillərdir: “Insanlar yağlı və şirin qidalardan uzaq durmalı, ”fast-fud” yeməklərdən imtina etməlidir. Əsəbiləşməmək, düzgün həyat tərzi sürmək bu riski xeyli azaldır. Insan özünün həyat şəraitini planlaşdıra bilsə, eləcə də daim hərəkətdə olsa, qidalanmasına diqqət yetirsə, istirahətini düzgün qursa, ürək-damar xəstəliyindən qoruna bilər”.

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024