Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (15-12-2014, 15:09)
“Biz bunları görəndən sonra başladıq Qərblə öz dilində danışmağa” - Video

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov ANS-in “Hesabat” proqramına müsahibə verib. PİA.AZ Mirşahin Ağayevin götürdüyü müsahibəni təqdim edir:

 

- Əli müəllim son zamanlar Azərbaycanda sabitliyin ayrı-ayrı fərdlər səviyyəsində pozulması hallarına mən rast gəlirəm. Ayrı-ayrı fərdlər! Dövlət nümayəndələrinə hücumlar olur, polis əməkdaşlarına hücumlar olur. Sanki bu əməlləri törədən insanların yadından 1991-1992-ci illərin qarışıq vaxtları çıxıb? İstəyirəm bu məsələlərə münasibətinizi bildirəsiniz. Nəyin nəticəsidir bütün bunlar? Və biz bəlkə vətəndaşlara burdan nəyisə çatdıraq? 
- Zaman keçdikcə əlbəttə nəsillər də dəyişir, nəsillər dəyişdikcə keçmişin o çətin günləri, ağır günləri, o qarmaqarışıq anarxiya xaos dövrü də unudulur. Ona görə də bu sabitlik məsələsinə yeni nəslin münasibəti bəzən təəssüflər olsun ki, bizi təəssüfləndirir. Dediyiniz kimi ayrı-ayrı fərdlər. Ayrı-ayrı fərdlərin birləşdiyi kiçik qruplar, ayrı-ayrı Beynəlxaq dairələri anti-Azərbaycan qüvvələrinə bağlı insanlar və onların təmsil elədiyi kiçik təşkilatlar belə cəhdlərdə olurlar və belə cəhdlər göstərirlər. Amma bu cəhdlər yalnız könül bulandırmağa yetir. Çünki, dövlət - təkrar edirəm çox güclüdür. Dövlət öz daxili həyatına, ictimai həyat normalarına nəzarət edə bilir, onların pozulmasının qarşısını ala bilir, qanunlarımız işləyir, hüquq- mühafizə orqanları ayıq-sayıqdır. Belə bir şəraitdə düşünmürəm ki, onlar istədiklərinə nail ola bilər. 
- Xüsusilə bu halların təhlükəliyini mən nədə görürəm. Yəqin Siz də mənlə razılaşarsız ki, son zamanlar dini təmayüllü qüvvələr arasında radikallaşmalar var. Məscidə od vururlar və yaxud hardasa hansısa addımlar atılır bu istiqamətdə. Mən düşünürəm ki, xüsusilə Azərbaycan dövlətinə son zamanlar elə Xədicə İsmayılov faktırı əsasında təzyiqlərin artması zəminində bu proseslərə yanaşanda daha dərin təhlil etməkdən ötrü əsaslarımız yaranır. 
- Administrasiyadan bu məsələlər necə görünür? Deyim ki, Azərbaycan vətəndaşları və Azərbaycanın dini inanclı insanları bu hadisələrin başında durur, onun mahiyyətini təşkil edir və aksiyalar onların iradəsi ilə baş verir, əlbəttdə bu belə deyil. Azərbaycan vətəndaşı firəvan, sabit, normal bir həyat yaşamağa meyyillidir. Və bunu da biz gündəlik həyatımızda, idarəçilikdə müşayiət edirik. Azərbaycanda mövcud dini cərəyanlar da, bilirsiz ki, Azərbaycanda müxtəlif cərəyanlarda inanclı insanlar birləşiblər. Buların icərisində həm adını çəkdiyiniz vəhhabilər də var, buların içərisində deyək dinin şiə qanadını təmsil edənlər də var, bunların içərisində nurçular və digər-digər dini cərəyanlara mənsub insanlar var. Lakin bunları Azərbaycan dövlətinin üzərinə qaldırıb, daxildə bir-birinə qarşı qoyub, bir-biri ilə savaşdırıb nəyəsə nail olmaq istəyən xarici qüvvələr var. Azərbaycan dövlətini sabit vəziyyəti çoxlarına sərf etmir. Əlbəttə Azərbaycan dövlətinin sabitliyinidə maraqlı olan qüvvələr, dövlətlər də var. Azərbaycanın tərəfdaşları var, dünya birliyinin Azərbaycanla sabit əlaqələrində maraqlı olan üzvüləri var. Lakin Azərbaycanın sabit inkişafında maraqlı olmayan, Azərbaycan dövlətinə təzyiqlər vasitəsi ilə nəyəsə nail olmaq istəyən qüvvələr var ki, bu qüvvələr zaman-zaman həm o dini cərəyanları, sosial qrupları, siyasi partiyaları, mətbuat orqanlarının bəzi savadsız nümayəndələrini dövlətə və dövlətçiliyə qarşı təhrik edə bilirlər. Dövlətə və dövlətçiliyə bunların gücü çatmayanda, ictimai davranış normalarını pozmağa qadir olamayanda, bunlar o tipli aksiyalara əl atırlar. Məscidi partlatmaq, yolda kiməsə sui-qəsd etmək və.s. Təkrar edirəm bunlar Azərbaycan vətəndaşlarının qəlbindən gələn və onların həyatına uyğun, onların davranışlarına uyğun hadisələr deyil. 
Əli müəllim, bir sual da yaranır. Sizin dediklərinizdən çıxış edərək demək istiyirəm. Son zamanlar mən fikir verirəm, rəsmi informasiya vasitələrində, xüsusilə Azərbaycanın Qərblə münasibətlərində elə bil ki, tonallıq dəyişir. Yəni biz əvvələr Qərblə mükalimələrdə, polimikalarda sübut etməyə çalışırdıq ki, bizim insan haqlarıynan, söz azadlığı ilə bağlı, onların pozulması ilə bağlı bir problemimiz yoxdur. Tutarlı arqumetlər gətiridik, dəlillər gətirirdik və qarşı tərəfə sübut edirdik ki, bizdə vəziyyət yaxşıdır. İndi isə sanki kənardan belə görünür – xüsusilə də bu Amerika Birləşmiş Ştatlarında Ferquson hadisələri və digər bir günahsız bir insanın ölümündən sonra elə bil ki, Azərbaycan sübut etmək istəyir ki, bütün dünya, o cümlədən də Amerika Birləşmiş Ştatlarına və Qərbə baxın sizdə də vəziyyət pisdir. Yəni biz məqsəd olaraq prioritetlərimizi dəyişmirik ki, yəni biz öz əsas hədəfimizdə qalırıqmı? Yenə də insan haqlarını qorumalıyıq, söz azadlığını qorumalıyıq yoxsa, sakitləşməlik. Onsuz da dünyanın ən qabaqda gedən ölkəsində belədirsə deməli pis olaraq da qala bilər hər şey?
- Biz uzun müddətdir dünyaya sübut etmək istiyirdik ki, Ermənistan təcavüzkardır biz isə təcavüzə məruz qalan. Elə bilirdik dünya, Avropa Şurası, ATƏT, NATO, ABŞ bilmir. Minsk qrupunun həmsədr ölkələri bizə elə gəlirdi ki, bunu bilmir. Amma sonda 10 illər keçəndən sonra görəndə ki, bunlar bunu çox gözəl bilirlər. Çox gözəl bilirlər ki, Ermənistan-Azərbaycan torpaqlarını işğal edib. Çox gözəl bilirlər ki, işğal etmiş dövlətə qarşı sanksiyalar tətbiq etmək lazımdır. İşğalçı dövlətə qarşı Beynəlxalq hüququn gücünü göstərmək lazımdır. Bunlar məsələdən yayınırdılar. Ukrayna hadisələri fonunda və yaxud da ondan qabaq – Liviyada, Livanda, Suriyada, Misirdə həmin bu Təhlükəsizlik Şurasının, həmin o Amerika Birləşmiş Ştatlarının, Qərb dövlətlərinin dünya müdiriyyəti hesab olunan BMT-nin qətiyyətli mövqelərini biz görəndən sonra, başladıq biz də bunların üzərinə getməyə ki, axı sizə indiyə qədər biz deyirdik ki, Dağlıq Qarabağı ermənilər işğal edib, onları dəstəkləyən qüvvələr var. Nəyə görə indiyə qədər işğalçı Ermənistananı separatçı rəhbərlərinə qarşı sanksiya tətbiq olunmayıb?. Nəyə görə, indiyə qədər Dağlıq Qarabağa gediş-gəliş dünyada qadağan olunmayıb? Necə Ukraynada tətbiq olunan sanksiyalar – Dağlıq Qarabağ və onun separatçı rejiminə qarşı tətbiq olunmur? Məhz bunları biz görəndən sonra başladıq Qərblə öz dilində danışmağa. Biz hal-hazırda ABŞ-la, Qərb institutları ilə xüsusən də beynəlxalq dairələrlə öz dilində danışırıq ki, Azərbaycan sizə nə qədər lazımdırsa, siz də bizə o qədər lazımsınız. Bizə dərs verirlər. Bizi öyrədirlər. Biz artıq o öyrənmək, dərs almaq mərhələsini keçmişik. Biz bilirik insan hüquqları nədi. Biz deyirk, əgər insan hüquqları doğurdan da bu dairələr üçün belə dəyərlidirsə, buyursunlar Dağlıq Qarabağdan 10 illərdir ki, didərgin salınmış bir milyon insanın adi milli vətəndaş hüquqların bərpa etsinlər. Ən azından onları öz yerlərinə qaytarılmasını təmin etsinlər.
- O vaxtlar belə bəyanatlar səslənirdi ki, Azərbaycan Avro-Atlantik sturuktirlara inteqrasiya etməlidir. Bizm yolumuz belədir və sair və ilaxır. İndi hansısa bir dəyişiklik var yoxsa, xətt həmin xəttdir, sadəcə olaraq korekturovkalar edirsiz?
- Bilirsiz Azərbaycan daxili və xarici siyasəstinin təməlində milli maraq dayanır. Hansısa, sturuktura inteqrasiya olunmaq, hansısa surukturda uzaqlaşmaq, hansısa adigər bir sturukturla birləşmək və yaxud da onun tərkibinə daxil olmaq Azərbaycan dövləti və Azərbaycan dövlətinin təmsil elədiyi Azərbaycan xalqının marqlarınada ali məqsəd deyil vasitədir. Ali məqsəd Azərbaycan dövlətinin təhlükəsizliyini təmin eləməkdi, ərazi bütövlüyünü təmin etməkdir. İşğal olunmuş ərazilərini işğaldan azad etməkdir, Azərbaycan xalqını firəvan həyatla təmin etməkdir, işsizliyi , sosial problemləri aradan qaldırmaqdır, gözəl insanlar təhsil. Eyni zamanda onları mənzillə təmin etməkdir və s. Bütün bunlar Azərbaycan dövlətini qarşısında duran – prezident İlham Əliyevin qarşısında duran ali vəzifədir. Aili vəzifəyə çatmaq üçün biz əlbətdə vasitələr seçirik. Vasitələrdən biri Qərb dövlətləri ilə münasibətləri yaratamaq və onlarla iqtisadi gücü birləşdirmək. Digər bir hansısa bir dövlətlə təhlükəsizlik maraqlarını birləşdirib, təhlükəsizliyi təmin etməklə. Üçüncü ilə ərazi bütövlüyü sahəsində tərəfdaş münasibət yaratmaq və ilaxır və s. Biz görəndə ki, bizim maraqlarımıza - konkret olaraq bu bölgədə, bu dövlətlərlə tərəfdaş olamq, digər dövlətlərlə rəqabət yartma sərf edirsə, əlbəttə ona gedirik. Təkrar edirəm dövlətin daimi marağı var. Dövlətin daimi dostu, daimi düşməni – bu İngilis bir məhşur kəlamı var olmur.
- Azərbaycan dövləti son zamanlar öz tənqidlərində daha kəskin, daha birbaşa, daha cəsarətlidi. Hətta ABŞ-ın tənqid olunması Azərbaycan dövlət sturukturlar idayaloji aparatının insanlarından ötürü bu gözlənilməz hal deyil. Amma bir şey maraqlandırır məni. Biz heç bir vaxt Rusiyanı, İranı bu dərəcəd açıq və birbaşa kəskin bir şəkildə tənqid etməmişik. 
- Onlar da bizi tənqid etmirlər məhz ona görə. Bilirsiz tənqid, təkrar deyirəm prinsiplərə söykənməlidir. Əgər doğrudan da Azərbaycanda Qərbin dəyərləri olan demokratiya insan hüquq və azadlıqları, söz adlığı, mətbuat azadlığı, ərazi bütövlüyü, insanların təhlükəsizliyi, bu məsələ doğrudan da bütün dünyada Azərbaycanda olduğu kimi təbliğ olunursa, qorunursa, onlarda hansısa bir dairə bizi tənqid edirsə normal yanaşırıq. Amma davamlı bir şəkildə olmayan bir şeyi bizə məcbur edib qəbul etdirmək istəyirlər. Amma özlərinə aid olan hüquqlardan deyə vaz keçirlərsə, əlbəttə biz onlara cavab veririk. Rusiya da, İran da bizimlə daxili işlərə qarışmama prinsipi əsasında, o cümlədən Çin Xalq Respulikası və digər dövlətlərlə münasibətlər qurubdur. Biz bir-birimizə töfsiyələr verə bilərik. Biz bir-birimizə hansısa məsələlərdə məsləhət verə bilərik. Bu məsləhətləri qəbul edib etməmk o dövlətin öz işidir. Amma imperativ bir şəkildə hansısa, ideyanı hansısa bir mətbuat katibinin nümayəndəsi deyəndə ki, bunu mütləq Azərbaycan bunu etməlidir .... 
pia.az
 

 

 


шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024