Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region / Karusel (11-12-2014, 12:54)
“Baş verənlər imperiyanın süqutudur”

Tanınmış maliyyə analitiki Rusiyanın çöküşünü rəqəmlərlə gözlər önünə sərdi

 

 
Stepan Demura: “Kürüdən yeyib, mersedeslərdə gəzmişik. İndi quru çörək yeyib, “zapıda” gəzməli olacağıq”
“Bizim Mərkəzi Bank faktiki olaraq ABŞ Federal Ehtiyat Sisteminin bir filialı, böyük mübadilə məntəqəsidir”
Stepan Gennadiyeviç Demura - tanınmış treyder, maliyyə analitiki, fond bazarları üzrə 20 illik iş təcrübəsinə malikdir. Çikaqo Biznes universitetində 7 il pedaqoji fəaliyyətlə məşğul olub. Əsas tədris predmeti iqtisadi böhranlar və onların idarə olunması olub.  2008-ci ildən başlayaraq Rusiyanın RBK kanalında aparıcı/ekspert olaraq çalışıb. 2013-cü ilin yanvarından Rusiyanın FİNAN.FM radiosunda “Paradoks” verlişini aparır.  GlavPost.com dərgisinin S.Demuradan Rusiya iqtisadiyyatı ilə bağlı aldığı müsahibə Rusiya mətbuatında geniş rezonans doğurub. Həmin müsahibəni ixtisarla təqdim edirik. 
 
- İndiki böhran nə ilə xarakterikdir?
 
- Bu gün Rusiya xammal koloniyası iqtisadiyyatına sahibdir. Xammal koloniyası o deməkdir ki, hasil olunan xammala ölkə daxilində əlavə olunan dəyər norma göstəricilərindən qat-qat aşağı olur. Hasil olunan xammalın hər dollarına əlavə olunan dəyər Avstraliyada – 6, Kanadada – 8, Avropa Birliyində – 11, ABŞ-da – 13, Rusiyada isə 1,5–1,6 dollardır. Sadalanan ölkələrdə xammalı emal edən istehsal gücləri mövcuddur.       
Yəni, biz yüksək əlavə dəyər verən iqtisadiyyata sahib deyilik. Məsələn, “Superjet” təyyarələrin istehsalında komplektləşdirci hissələrin 90 faizi idxal olunur, Rusiya yalnız metal korpus düzəldir. Ölkənin yüksə əlavə dəyər yaratmaması onun yoxsul yaşaması deməkdir. Rusiyanın ÜDM-ə görə dünya 6-sı olması enerji daşıyıcılarının yüksək qiymətləri sayəsində idi.        
Yüksək əlavə dəyər yaratmaq üçün kadrlar və kapital qoyuluşları gərəkdir. Sovet dövründə olan kadrlar təqaüdə getdi. 30 ildir ki, sənayedə əməli dəyişikiklər baş verməyib. 
Sənaye kapitalının əsas fondlarının aşınması 70–80 faiz təşkil edir. Bu, ÜDM-in eyni kəmiyyətdə azalması deməkdir. Müharibədən sonrakı vəziyyət! Moskvadan və ya Omskdan 50 kilometr uzaqlaşın, orda insanların müharibədən sonra necə var elə yaşadığını görəcəksiz. Əsas fondların belə aşındığı və investisiyaların olmadığı şəraitdə hansısa sabit inkişafa ümid etmək axmaqlıqdır.
- Elə isə, ölkədə sənaye kapitalının yerini nə tutub?
 
-  Maliyyə və ticarət kapitalı. Rusiyada bu gün hansı biznes modelinin mövcud olduğunu anlamaq üçün rəqəmlərə baxaq. Ölkə əhalisi 143 milyondur. Bundan: 67 milyon təqaüdçüdür; ordu və hərbi məktəblər hamısı bir yerdə – 1 milyondan bir qədər artıq; FTX, FMX, xüsusi rabitə, xüsusi xidmətlər – 2,16 milyon; FHN, DİN, prokuratura, penitensiar xidmət və digər bu sıradan olanlar – 2,541 milyon; vergi, gömrük və digər müfəttişliklər – 1,356 milyon; lisenziya və nəzarət orqanlarının məmurları – 1,321 milyon; digər qulluqçular – 1,252 milyon; pensiya, sosial, sığorta və digər fondların işçiləri – 1,727 milyon; deputatlar və onların aparatları – 1,872 milyon; din xadimləri – 530 min; notariuslar, hüquq büroları, vəkillər, məhbuslar – 1,843 milyon; fərdi mühafizə, xəfiyyələr – 1,098 milyon; rəsmi işsizlər – 8,42 milyon. 
Cəmi büdcədən maliyyələşən nəfər sayı – 93 milyon 450 min. Eyni zamanda, Rusiya müəssisələrinin 92 faizi ofşorlara məxsusdur. Yerdə qalır uşaqlar, məktəblilər, evdar qadınlar. Bu böyda ölkədə əlavə dəyər yaratmaqla təqribən 15 milyon nəfər məşğul olur.   
Təbii ki, bu cür anormal nisbətlər büdcənin strukturunda əks olunur. İnkişaf etmiş ölkələrdə sosial xərclər (təhsil, səhiyyə, mədəniyyət, idman və s.) büdcənin təqribən 70 faizini təşkil edir. Rusiyada – 15 faiz. İnkişaf etmiş ölkələrdə dövlət aparatının saxlanma xərcləri – 11 faiz; Rusiyada – 43 faiz.
Beləliklə, əsas fond aşınmaları 70–80 faiz, əlavə dəyər artıran işçi sayı təqribən 15 milyon. Əhalinin əksər hissəsi büdcədə oturub və “Vahid Rusiya”nın (Putinin partiyasının) elektoratıdır. Büdcə isə neft-qaz borularının və bir neçə mədənin üzərində oturub. Bu sistem enerji daşıyıclarının yüksək qiymətləri üzərində qurulub. Buna görə, böhran ciddi iqtisadi və siyasi fəsadlar doğuracaq. Başqa cür mümkün deyil.
- ABŞ və Avropa Birliyində iqtisadi artım nə ilə izah olunur?
 
- ABŞ-ın post-sənaye iqtisadiyyatı bank multiplikatoru üzərində qurulmuşdu.  O deməkdir ki, Federal Ehtiyar Sistemi 1 real dollar buraxanda banklar bunu kreditləşdirmə yolu ilə 20-22 dollarlıq real tələbə çevirirdilər. Kredit multiplikatoru 2007-ci ildən düşməyə başladı, hazırda 5 civarındadır. FES-in özündə bu əmsal 8-dən 0,8-ə enib. Çünki kredir veriləsi kimsə qalmayıb, hamı kreditləşdirilib. Eyni ilə Avropa Birliyində də kredit multiplikatoru 1-dən aşağı düşüb.
 
- Bəs Çində? 
 
- Son 20 ildə Çin ÜDM-in 70 faizi əsas vəsaitlərə kapital qoyuluşlarından ibarət olub. Kapital qoyuluşlarının bir hissəsi özünü doğrultmadı. Bir hissəsi tikintilərə xərcləndi (yollar, körpülər, dublyor-zavodlar), hansılar ki, planlaşdırılan effekti vermədilər. Bunun üzərinə, böyük saylı məmur ordusu kapitalın “xərclənməsində” fəal iştirak ediblər. Çin məhsullarına xarici tələb azalmaqdadır. 2000-ci ildən başlayaraq daxili tələb də azalmağa üz tutub. ABŞ, Avropa və bir sıra digər ölkələr Çindən istehsalı geri çəkirlər. İşçi qüvvəsinin, enerjinin bahalaşması və digər səbəblərdən. 
2008-2009-cu il böhranından sonra Çində vəziyyəti düzəltmək üçün iqtisadiyatı daxili borclarla yüklədilər. Köməyi olmadı. Buna görə, Çini də SSRİ kimi nəhəng kollaps gözləyir. Təsadüfi deyil ki, Çin Kommunist Partiyasını son qurultayında yeni kurs (faktiki olaraq yenidənqurma) elan edilib. Rusiyada olduğu kimi Çin sıx korrupsiyalaşmış ölkədir. Orda 22 milyon məmur fəal şəkildə istehsal vasitələrini özəlləşdirməklə məşğuldur. Belə sistemin çökməsi yüksək ehtimallıdır. Əhali gəlirlərində böyük fərq var, təqribən 80 qat. Gəlirlərdə fərqin 40 qat olması inqilabi şərait hesab olunur. Rusiyada bu göstərici 83-dür.
- Böhran vəziyyəti Rusiyanın regionlarına necə təsir göstərəcək?
 
- Məndə Krasnoyarsk haqda rəqəmlər var: vilayətin əhalisi 3 milyondur; məşğul əhali 700 min; orta əmək haqqı 15–16 min rubl və Pensiya fondunun çox yüksək göstəriciləri.  Əhalinin istehlak borcu 120 milyard rubldur. Orta faiz dərəcələri 25–30 civarında. Belə gəlirlərlə əhali bir tərəfdən gündəlik yaşayaış xərclərini, digər tərəfdən kredit borclarını necə ödəyə bilər? Heç cür. Deməli, defolt labüddür. Bank sistemi çökəcək, istehlak tələbi kəskin azalacaq. Orta sinif yoxa çıxacaq. Varlı sinif də ciddi itkilərə məruz qalacaq.  
Bu proseslər bütün dünyada baş verir. Başlıca səbəb odur ki, biz post-sənaye erasında yaşayırıq. Çoxları İnternetdə “işləməyə” üstünlük verir. Amma İnternet sayəsində yalnız üç sektorda inkişaf var: mehmanxana biznesi, ticarət və prosessorlar üçün yaddaş qurğularının istehsalı. ÜDM-in 70 faizini istehlaka xərcləyən cəmiyyət uzun sürə yaşaya bilməz. Dollar axını azaldıqca iqtisadiyyat üçün borc yükü çəkilməz olacaq. Hazırda izlənilən vəziyyət prosesin hələ başlanğıcıdır.
- 2008–2009-cu il böhranında bizim oliqarxların iri özəl şirkətlərinin borcları dövlət sektorunun üstünə atıldı, vergi ödəyicilərinin üstünə. Həmin mexanizm indi də istifadə olunurmu? 
 
- İndi yox. Ölkədə bank sisteminin çöküşü başlanıb. İqtisadiyyat və əhali borcla yüklənib, ödəniş imkanlarını isə itirməkdədir. Kredit faizərinin şişirdilmiş dərəcələrini demirəm heç. Biz inflyasiyanı dollar vasitəsilə idxal edirik. Bizim Mərkəzi Bank faktiki olaraq ABŞ Federal Ehtiyat Sisteminin bir filialı, böyük mübadilə məntəqəsidir. Mərkəzi bankın inflyasiyanın qarşısını almaq imkanı prinsipcə mövcud deyil. Qanuna görə, Mərkəzi Bank hökumətin büdcə kəsirini maliyyələşdirə bilməz. Bu cür sistemin sayəsində 2008-2009-cu il böhranında ölkə ÜDM-i 9 faiz itirdi, halbuki, ABŞ və Avropada ÜDM itkisi 2–3 faiz civarında olmuşdu. 
Sonra bizim Mərkəzi Bank rublun kursunu sabitləşdirməyə girişdi. Başqa ölkələrin mərkəzi bankları iqtisadiyyatı xilas etmək üçün dərəcələri azaltdığı halda, Rusiya və Macarıstanda dərəcələr yüksəldildi. Bununla hər iki ölkə öz pul vahidini rəzil etdi. İndiki böhran heç də fərqli olası deyil. Çünki sistem də, sistemi çalışdıran adamlar da eyni olaraq alıb. 
Ən böyük təhlükə budur ki, hazırda Mərkəzi Bankın və digər bankların valyutası çatışmır. 2008–2009-cu  illərdə valyutada hesablanan xarici borclar 500 milyard dollar, qızıl-valyuta ehtiyatları 500 milyard dollar idi. İndi xarici borc 730 milyard, qızıl-valyuta ehtiyatları 480 milyard dollardır. Dövlət borcunun əsas hissəsi bizim korporasiyaların və oliqarxların borclarıdır. Əvvəlki böhranda Mərkəzi Bank 200 milyard itirmək hesabına rublun kursunu bir həddə sabitləşdirə bildi. İndi bunu edə bilməyəcək, çünki nisbətlər başqadır. Buna görə də, rublun kursunun saxlanılacağı və devalvasiyanın dayandırılacağı barədə vədlər heç nəyə əsaslanmır, boş sözdür. Rublun kəskin devavasiyasına hazırlaşmaq lazımdır. İlk dəfədir ki, böhran rublu təmin olunmamış vəziyyətdə yaxalayır. Pul çap etmək olar əlbəttə, lakin bununla böhranın ilkin mərhələsini yalnız bir qədər uzatmaq olar.
- Çıxış yolu nədir?
 
- Əhali borclarının silinməsi, defolt, istehlakın qəti surətdə azaldılması. Biz gələcək nəsillərin payını talan etmişik artıq. Kürüdən yeyib, mersedeslərdə gəzmişik. İndi quru çörək yeyib, “zapıda” gəzməli olacağıq. Mübaliğə edirəm əlbəttə. Hərçənd vəziyyət təxminən belədir. Mərkəzi bankların və siyasi elitaların bu cür hallarda edə biləcəyi yeganə şey pul çap etməkdir. Amma köhnə reseptlərin hazırda özünü doğrulda bilmək şansı çox azdır. 
- Orta və xıra biznes nə etməlidir?
 
- Orta sinfdənsə, yaxşı olar ki, yoxsul təbəqələri düşünəsiz. Çünki istehlakçı tələbinin azalması başlayıb artıq. Orta sinif yox olacaq. Yoxsul kütlə rəzil günə düşəcək, bununla belə, banklara və mağazalara borcları ödəməyə məcbur ediləcək. Sonra neftin qiyməti daha da azalacaq. Bütün bunları kobud reallıq kimi görmək lazımdı.
SSRİ 1992-ci ildə ölmədi, o, indi ölür. Həmin ailələr, həmin nomenklatura hakimiyyətdə qalmaq üçün vəsait tapa bildi. Hazırda Rusiyada baş verənlər imperiyanın süqutudur.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024