Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (11-12-2014, 12:16)
Jirinovski: “Hər gün əllə görüşüb öpüşsən, mütləq xəstələnəcəksən“

Rusiyanın ən qalmaqallı siyasətçisi, Rusiya Liberal Demokrat Partiyasının (LDPR) sədri Vladimir Jirinovski “Komsomolskaya Pravda” qəzetinə müsahibə verib

 

Siyasətçi müsahibəsində rublun sürətlə ucuzlaşmasından, geosiyasi vəziyyətdən danışıb. Jirinovski müsahibəsində Azərbaycanla da bağlı fikirlər səsləndirib.
 
Mediatv.AZ publika.az-a istinadən həmin müsahibəni ixtisarla təqdim edir.
 
- Vladimir Volfoviç, qapınızın üzərinə qəribə elan vurulub - “Əllə görüşmək və öpüşmək qadağandır”.
 
- Alimlər sübut edib ki, əllə görüşəndə insandan insana mikrob keçir. Bundan çoxdan şübhələnirdim, indi isə əminəm. Hələ görüşəndə adamı öpənlər də var. Ən çox kazaklar və keşişlər. Öpüşərkən insana 150 növ mikrob keçir. Deməli, hər gün əllə görüşüb öpüşsən, mütləq xəstələnəcəksən.
 
- Pul ilə daha çox mikrob keçir...
 
- Doğrudur, iaşə obyektlərində əllərini çirkli pula vururlar, sonra kolbasa doğrayırlar...
 
- İndi isə rubl haqqında... Ucuzlaşıb, xalq xarici valyuta axtarır, saxlayır. Nə baş verir?
 
- 1998-ci ildə rubl 4 dəfə ucuzlaşmışdı. İndi isə hələlik 40 faiz ucuzlaşıb. Əlbəttə, bu, ABŞ və Səudiyyə Ərəbistanının bizə qarşı oyunu ola bilər. Digər tərəfdən, Rusiyanı tamam zəiflətmək ABŞ-ın marağında deyil. Rusiya zəifləsə, Avropa İttifaqı və Çin güclənəcək. Rusiya olmasa, ABŞ 3 cəbhədə tək döyüşməli olacaq - Avropa İttifaqı, Çin və İslam dünyası ilə.
 
- Sadə insanlar düşünür ki, Krım indi bizimdir. Bu əladır. Ancaq rubl düşür, qiymətlər qalxır. Buna dəyərdimi?
 
- Bunlar Krıma görə deyil. Bu, sadəcə, səbəbdir. Soyuq müharibə başlayıb. Rusiya iqtisadiyyatı dinc dövrdə çox güclənir. Bu isə ABŞ-ı qorxuya salır. Çin, Hindistan, Braziliya, Türkiyə, İran, bütün Orta Asiya Şanxay Əməkdaşlıq Təşkilatının bayrağı altda olmaq istəyir. Amerikalılar bu oyunu başladılar ki, iqtisadi müharibədə Rusiyanın qonşu ölkələrdə nüfuzu azalsın. Bunun öhdəsindən gəldilər. Ancaq əsas odur ki, biz Krımı əldən vermədik. Ora ikinci Donbasa çevriləcəkdi. Türk desantı Krım tatarları geyimində bütün rusdilliləri məhv edəcəkdi.
 
- Qiymətlər durmadan artır. Nə etməli?
 
- Qiymətlər neftin ucuzlaşmasına görə artır. Özümüz günahkarıq. İqtisadiyyatı neftdən asılı etmək olmaz. Aqrar sahəni qaldırmalıyıq. Torpaqlarımızın cəmi 40 faizini əkib-becəririk. Diqqəti ora yönəltmək lazımdı.
 
- Bəs nə qədər dözməliyik?
 
- Dükanlar ərzaqla doludur, anbarlar da. Gedib Çilidən çaxır, yaxud da Yunanıstandan konyak gətirmək lazım deyil. Sifariş verin, Orta Asiya, Azərbaycan, Krasnodar vilayəti sizə nə qədər istəsəniz, konyak və çaxır göndərər.
 
- Amma mən Çili çaxırını sevirəm...
 
- Get Avropaya, orda Çili çaxırı  iç. Mən çəkmə arağa keçmişəm. Dostlarım 5 butulka göndərib.
 
- Deyirsiniz ki, soyuq müharibə başlayıb. Bundan əvvəlki soyuq müharibə necə bitdi yaxşı bilirik...
 
- Soyuq müharibə Rusiya iqtisadiyyatı üçün yaxşı stimuldur. Elm inkişaf edəcək, sənayemiz yenidən dirçələcək.
 
- Bəlkə, Novorossiyanın müstəqilliyini tanıyaq. Niyə uzadırıq?
 
- ABŞ-ın istədiyi budu. Onda Rusiya-Ukrayna müharibəsi başlayacaq. Milyonlarla ukraynalı və rus öləcək, şəhərlər dağılacaq.  Amerikalılar bu ərazilərdə ikinci Vyetnam görmək istəyir.
 
- Çıxış yolu nədədir?
 
- Hələ ki görmürəm....
шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024