Region (4-12-2014, 13:56)
“Televiziyaları qınamağa cəsarətim çatmaz”
Mediatv.az saytı sənət adamları ilə silsilə müsahibələrini davam etdirir
Bu dəfəki müsahibimiz Gənc Tamaşaçılar Teatrının aktyoru, xalq artisti Ağaxan Salmanlıdır
Xalq artisti ilə çağdaş sənət, tetar və onun qarşısında dayanan problemlər barədə danışdıq.
- Ağaxan müəllim, sağlığınız necədir? Teatrda işləriniz necə gedir?
- Sağlamlığımda elə ciddi problemim yoxdur. Lakin 74 yaşlı bir şəxsin fiziki durumu təbii ki, problemsiz də ola bilməz. Hələ ki özüm öz sağlamlığıma nəzarət edirəm, həkimə müraciətə ehtiyacım yox.
Teatr işlərimdə ki deməzdim könülaçandır, lakin lap fəaliyyətsiz də deyiləm. Həyatım boyu teatr fəaliyyətim çoxşaxəli olub, çəkilişlərimin arası kəsilməyib, dublyajla məşqul olmuşam, tamaşaçıların teatra gəlişini məntəqə-məntəqə gəzib təşkil etmişəm, teatr sənətini yaymışam, həmkarlarım barədə yazılarımla mətbuat səhifələrində illərdir ki, çıxış edirəm, aktyorluqla yanaşı, bir çox tamaşalara quruluş vermişəm. Əlbəttə, hazırda bu coşqu olmasa da, hər halda lap işsiz də deyiləm.Teatrın repertuarında hələki uşaqlarçün 3-4 tamaşam qalıb, özüm də bəzi tamaşalarda aktyor kimi çıxış edirəm. Bəzi tearlardan tamaşalara quruluş verməkçün dəvətlərim də var. Lakin hələ getməyə vaxtım yoxdur, çünki son yekun məşqləri gedən “III Riçard” tamaşasında Bekingem rolu üzərində işim davam edir. Yəqin ki, yeni ildən vaxt imkanım olacaq və aldığım dəvətləri cavabsız qoymayacağam.
- Teatr problemlərindən danışmazdan əvvəl, bir sual vermək istərdim. İnanın bunun cavabı bu gün çoxlarına lazımdır – Teatr nədir?
- Teatr nədir?... Bu sualin cavabı birmənalı deyil. Baxır kimçün?! İntellekt səviyyəsindən, dünyagörüşündən, teatr anlamından asılı olaraq müxtəlif münasibətlər ola bilir teatra, biri əyləncə kimi, bir başqası məbəd kimi, eləsi də ola bilir heç saya almır. Sovet dönəmindən sonrakı həyatımızda teatrın da cəmiyyətdə yeri hələ tam tapılmayıb. Əvvəllər dinə qarşı embarqo qoyulmuşdu, xalq siyası və mənəvi istiqamətini teatrdan alırdı. Məbəd rolunda idi. İndi isə gah keçmişdən qalma, gah məbəd, gah əyləncə, gah qarışıq bir mövqedə durur. Lakin, bir həqiqətdir ki, tarixən teatr mənəvi bir idrak və saflaşma ocağıdır!
- Bizdə şükürlər olsun ki, teatrlar var. Bəs teatrın dərki necə o da bizdə varmı?
- Teatrın dərki bizdə var, əlbəttə var. Teatr getməmək, çox vaxt tamaşaçı azlığından şikayət edirlər, bu hələ teatrı dərk etməmək deyil. Burada səbəblər çoxdur. Vaxt azlığı, sosial durum, məsafə və nəqliyyat problemləri və sairə. Təsəvvür elə, bir ailədən üç ya beş nəfər teatra gəlir, həmin rəqəmi biletin qiymətinə vuranda və yol xərcini, cib xərcini üstünə gələndə hər ailə üçün bu asan başa gələn məsələ deyil.
- Televiziyalarımız sənəti niyə bu qədər incidir?
- Televiziyalar sənəti bu qədər incidir? Qəti, nahaq ittihamdır! Televizilar yaşamaqçün öz həyatını qurur. Bu işində də sərbəstdir. Məcburən deyə bilmərik ki, öz iş-gücünü qoy mənim işimə rəvac ver. Sadəcə olaraq teatrın elə güclü maliyyə imkanı yoxdur ki, özünü televiziyada reklam etsin. Əksinə tele kanallar imkan tapdıqca, teatra diqqət ayırırlar ki, bu onların müsbət münasibətidir.
- Bir xalq artisti kimi sizi ən çox nə narahat edir: cəmiyyətdə kütləşmə prosesinin səbəbkarı olan televiziyalar, yoxsa kütlə şüuruna hesablanan musiqi bayağılığı?
- Heç bir ixtiyar sahibi deyiləm ki, yekə danışıb cəmiyyətin kütləşmə prosesi keçirdiyinə qol qoyam və bu işdə telekanalları suçlayam. O ki, qaldı- “Kütlə şüuruna hesablanan musiqi bayağılığına”...bax burada da televiziyaları qınamağa cəsarətim çatmaz. Niyə? Hamıya məlumdur ki, telekanalların maliyyəsi reklamdan gəlir. Nə onların musiqisinə, nə onların qara qaş-gözünə aşiq olan telekanal görürəm. Sadəcə maliyyə mənbəyidir. Reklamdır. Demək olmaz ki, hər gələni efirə buraxırlar. Orada da seçım var.
- Sənəti sənət səviyyəsində sevdirmək üçün bu gün kimlərin qarşısını kəsmək lazımdır?
- Məncə sualı tərsinə çevirmək düz olardı-"Kimlərin qarşısını kəsmək” yox, - Kimlərə yol açmaq?! Hər bir sahədə,yalnız və yalnız istedadlı şəxslərə. Qohumbazlıq, yerlibazlıq, tanışlıq, tapşırıq belə hallar sənəti kor qoyur.
- Son illər daha çox rejissor kimi fəaliyyət göstərirsiniz. Gənc aktyorlar barədə düşüncələrinizi bilmək istərdik
- İstedadlı gənclər çoxdur. Lakin, istedad təbiətin vergisidir. Tək istedadla iş görmək olmur. Zəhmət, çalışqanlıq, intizam, savad əlavə olunmalıdır. Sənətlə məşğul olan hər bir gənc özündən əvvəlki yaradılanlarla tanış olmalıdır, onlara təhlili yanaşmağı bacarmalıdır ki, öz yolunu tapsın, öz yoluyla getsin. Yoxsa sənətin mürəkkəbliyində azıb, heç yana çıxa bilməz.
- Kimləri mütaliə edirsiniz? Ümumiyyətlə, gənclərə kimləri oxumağı məsləhət görərdiniz?
- İllərlə demək olar bütün klassikləri, milli, dünyəvi klassikləri oxumuşam. İndi də oxuyuram. Xoşuma gələni və gəlməyəni də olur. Lakin, bilmək, kim nə cür düşünür, nə cür nəfəs alır, çağdaş problemlər nə səviyyədə təqdim olunur, bu dünya hara gedir suallarına cavab tapmaqçün imkan düşdükcə oxuyub tanış olmaq gərək. Oxuyub tanış olandan sonra seçim başlanır. Məsləhət oxuyub tanış olmaqdır. Seçım isə hər kəsin özündən olacaq.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024