Region (30-06-2021, 14:33)
Şirkət meşəliyi qırıb, yerində çay kolları əkir...
Lənkəran rayonu Haftoni kəndinin yanında olan meşəliyin qırılması və yerində çay kollarının əkilməsi barədə bizə şifahi məlumat daxil olub. Biz bu hadisəni araşdırdıq və məlum oldu ki, sözügedən ərazi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazisidir.
Bunu Axar.az-a Lənkəran rayon icra başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Xalid Rəhimov deyib.
Xalid Rəhimov bildirib ki, həmin ərazi Haftoni kəndinə məxsus deyil, ora Meşə Fonduna aiddir:
“Onun mülkiyyətçisi Ekologiya və Təbii Sərvətlər Nazirliyidir. Sözügedən ərazi boş torpaq sahəsi olduğuna görə “Beta Tea” şirkəti oranı uzunmüddətli icarəyə götürüb. Orda meyvə bağları və çay kolları əkiləcək. Həmin ərazidə təmizlik işləri aparıb, əkinə cəlb edirlər”.
Qeyd edək ki, Lənkəran rayonu Haftoni kənd sakinlərinin verdiyi məlumata görə, “Beta Tea” şirkəti kəndin yanında olan meşəliyi qırır, yerində çay kolları əkir.
ETSN-dən saytımıza verilən açıqlamada bildirildi ki, məsələ araşdırılır.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024