Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region / Slayd (26-04-2021, 10:12)
“İcra başçısı ailəmizə hörmətsizlik etdi” - NARAZILIQ!

“İcra başçısı ailəmizə hörmətsizlik etdi”
“Mən, Mazanov Hüseyn Rahib oğlu. 2-ci Qarabağ savaşının Qazisi. 3 dəfə təltif olunmuş, Cəbrayılın, Qubadlının azadlığı uğrunda və “Cəsur döyüşçü” medallarının sahibi.
Bu yaxınlarda atam qəfildən dünyasını dəyişdi. Hansı ki, atam da vaxtı ilə Rusiyada hərbi xidmətdə yaralandığına görə 2-ci qrup əlil kimi xüsusi imtiyazlı təqaüdə layiq görülmüşdü.

Başa düşürəm ki, pandemiyaya, eləcə də onun tələblərinə pozanlara qarşı mübarizə vacibdir. Lakin bu işdə fürsətçilik etmək, kimdənsə əvəz çıxmaq üçün korona virusdan bir vasitə kimi istifadə heç də mərdanə hərəkət deyil və kiməsə başıucalıq gətirməz.

Biz də atamın hüzründə bu qaydalara maksimum əməl etdik. (Hansı ki, son aylarda bu, ailəmizdə 3-cü hüzr idi). Atamın 7-ci günü həyətdə 10 nəfərə yaxın qohum qardaş, maska ilə, məsafə saxlamaqla oturmuşduq. Bu vaxt İcra hakimiyyətinin hüquq şöbəsinin müdiri Bəxtim Qarayevlə 15-ə yaxın aparat işçisi, polis, video çəkən həyətimizə daxil oldu. Elə bil burada adamı az görüb pərt oldular. Bəhanə etdilər ki, bizim qonşu küçədə maşın çoxdur. Məgər maşından da virus keçir? Hansı ki, həmin vaxt qonşuda da hüzr var idi? İndi mən sizin kanal vasitəsi ilə hörmətli Şahin Məmmədova bir neçə sual vermək istəyirəm?

1. Şahin müəllim, Masallı şəhərinin icra nümayəndəsi Kamal Mazanovu vəzifəsindən çıxartmaq istəyirdinizsə bu “konsert” nə üçün idi? Nöqsanı var idisə, yoxlatdırıb, cəzalandırıb və xalqa mətbuat vasitəsi ilə bəyan edərdiniz ki, bu nöqsanlarına görə çıxartmısınız?

2. Pandemiya vaxta məclislərlə belə sərt mübarizə aparırdınızsa, niyə orucluğa qədər hər gün, bəzən bir gündə iki dəfə toy olan istirahət mərkəzlərinin bərk gedən sahibləri haqqında kəskin tədbir görmədiniz? Azyaşlı qıza soyqırım günündə toya şirinlik müqabilində icazə verən ərazi nümayəndəsinin əməli barədə niyə ciddi tədbir görmədiniz? Elə rayonumuzda 150-200 nəfərlik, bir az bu rəqəmdən də çox adamın toplaşdığı, ucu-bucağı görünməyən hüzr məclislərini niyə dağıtmadınız?

3. Atamın 10 nəfərlik hüzr məclisini dağıtmaq üçün gətirdiyiniz çəkiliş qrupunun çəkdikləri videolar hanı? Göstərin də, görək 15 nəfər 10 nəfəri necə “zərərsizləşdirib”? Həmin video çəkən, məclisimizi dağıdanlar mən Qarabağda ölüm-dirim savaşında vuruşanda onlar burada əylənncə ilə məşğul idilər.

4. Mən 2-ci Qarabağ savaşının qazisiyəm. Dəfələrlə ölümün bir addımlığında olmuşam, ən kəskin döyüşlərdə belə düşmən qabağından qaçmamışam. Şahidlər və aldığım medallar da bunu təsdiq edir. Orda ölsəydim, şəhid kimi məclisimə gələnləri qovacaqdınız? Sağ qalmaq günahımdır? Onlarla belə misal çəkə bilərəm.

5. Belə operativ işləyirsinizsə, bəs niyə Qazi kimi iş üçün dəfələrlə etdiyim müraciətlərimə belə cəld cavab vermirdiniz? Bir dəfə 100 manat yardım elətdirdiniz, əvəzində bir neçə ağ kağıza imza atdırdılar ki, bura minnətdarlıq məktubu yazılacaq ki, sağ olsun başçı, qaziyə iş əvəzinə 100 manat yardım etdi.

Müşahidələrimdən belə bəlli olur ki, korona ilə mübarizə tədbirləri əsasən Ərkivana aiddir. Buranın ərazi nümayəndəsi 1 il öncə buna görə çıxarılır, ən çox reydlər Ərkivandakı məclislərə olunur, işdən çıxarılanlar ( “JEK” müdiri Əhliman Əsgərov, Həmid Süleymanov, Ceyhun Bəşirov, İsrail Tağıyev, Kamal Mazanov ) əsasən ərkivanlılar olur və sair. Bunlar təsadüfdür, ya “torbada” “pişik”var? Bəlkə, ərkivanlılar ”qara” siyahıya düşüb, xəbərimiz yoxdur?

“İcra başçısı ailəmizə hörmətsizlik etdi”

İcra başçısının düşmənçiliyi də, yardımı da ağayana olmalıdır. Guya heç kim görmür ki, hansı idarədə necə baş kəsirlər, hansı idarədə adamın vəzifəsini özünə neçə min manata satırlar?

Siz bizim ailəyə hörmətsizlik etdiniz. Bu icra başçısına yaraşan addım deyildi.

Qohumum olduğu üçün demirəm. Bu gün rayonumuzda rəy sorğusu keçirilsə, (yaltaqlar kənara qoyulsa) məncə, Kamal müəllimin reytinqi sizinkindən çox olar”.

Bu, Qarabağda igidliklə döyüşmüş qazi Hüseyn Mazanovun redaksiyaya təqdim etdiyi məktubdur.

Məktubda bəzi məqamlar xüsusi ilə diqqət çəkir. 15 nəfərlik qrupun kobudluqla və nümayişkaranə halda 10 nəfərlik hüzr məclisini dağıtması nədən belə vacib olub?

Bir də 100 manat yardıma görə Qazi niyə əvvəlcədən hazırlanmış və ya hazırlanacaq bir neçə minnətdarlıq məktubuna qol çəkməlidir?

Masallıda çalışmağa başladığı 1,5 ayda Şahin müəllimin dövlət büdcəsindən olsa belə, gördüyü yaxşı işləri görməməzliyə vurmaq istəməzdim. Bir neçə dəfə yazdığım kimi, köhnə bazar yolunun abadlaşması, 20-dən artıq küçəyə asfalt vurulması (bu yaxınlarda daha 20 küçənin asfaltlanması gözlənilir), bir sıra kəndlərdə xaraba yolların asfaltlanması və sair işlər təqdir olunası addımlardır.

Lakin, 230 minlik bir rayonun icra başçısının digər fəaliyyəti, danışığı, işlətdiyi arzuolunmaz ifadələr... heç də bu vəzifə sahibinin ranqına uyğun deyil.

Bu gün onsuz da büdcə qıtlığı hər yerdə hiss olunur. Lakin əldə qalan pullar da bəzən mənasız işlərə sərf olunur. Ş. Məmmədovun gəlişinin ilk aylarında 50 min manatdan artıq vəsait hesabına icra hakimiyyəti binasının, eləcə də H. Əliyev Mərkəzinin qarşısında quraşdırdığı, indi mənasız əşyaya çevrilən oyuncaq fiqurlar kimə lazım idi? Özü də belə rəsmi qurumların qarşısında.(Bir neçə küçədə quraşdırılan “buta” və “kəpənək”lərdən isə ayrıca yazıda bəhs edəcəyik). Bizə xaraba küçələri yamamaq çox lazım idi, bu fiqurlar?

Şahin müəllimin ən ciddi qüsuru qısqanclıqdır. Masallıda kimi daha güclü, daha intellekt sahibi görür, sanki narahatçılıq keçirir. Sadə misallar deyək. Masallıda ölkəyə nümunə ola biləcək Təhsil Fondu yaradılıb, Masallının möhtəşəm ensiklopediyası yaradılır, yaradıcı gənclərlə, ölkə səviyyəli şöhrəti olan insanlarla görüşlər keçirilir və sair. Bütün bunlar barədə Masallı İHB-saytında hər hansı bir məlumata belə rast gəldinizmi? Nədən bir nəfər 1,5 kq ət yardım edəndə, birinə gül verəndə xəbər manşetə çıxır, çoxlarına nümunə olacaq xəbərlər isə görməməzliyə vurulur. 5-ci “sort” xəbərlər və adamlar hansı dəyərlə burada yer alır?

Hörmətli Şahin müəllim bu yaxınlarda “kommunxoz”la bağlı bir iclasda deyib ki, “Mən heç kimdən qorxmuram”. Görəsən, onu qorxudan kim idi ki? İndi bu ifadənin reallıqda təzahürlərinə nəzər salaq.

Ş. Məmmədovun ilk vəzifə qurbanı şəhərdə ən kiçik, 40 nəfərlik bir uşaq bağçasının müdiri oldu. Bu istehza ilə qarşılandı. Şahin müəllim sanki səhvini düzəldirmiş kimi bir qədər sonra Masallı İHB-nin 1-ci müavini, məşhur tayfanın təmsilçisi Nadir Abiyevlə yollarını ayırdı. Cəsarətli addım idi. Lakin sonradan bəlli oldu ki, bu addıma görə onu elə sıxıblar, az qalıb həmin şəxsi yenidən yerinə qaytara. Hazırda “heç-heçə”yə razılaşıb, onlarla münasibətləri sahmana salmaq üçün xeyli “məxməri” addımlar atır.

Danış ki, bilək kimsən?

Peyğəmbərimiz deyib ki, hər kəs dilinin altında gizlənib. Yəni, danış ki, bilək kimsən? Təəssüf ki, bu gün icra hakimiyyətinin yuxarı eşalonunda danışa bilən müavin, şöbə müdiri tapmaq çətindir. Səbəb nədir? Danışa bilmirlər, ya danışmağa sözləri yoxdur? Bizə çatan məlumatlara görə, icranın və rayonun məsul işçiləri belə başçının qəbuluna çətinliklə düşür.

İcra başçısının şəhidlərlə bağlı gördüyü işlər-onlar üçün adlarına layiq baş daşları, eləcə də digər qayğılarına diqqət-filan ürəkaçan olsa da (heyf ki, bu diqqət Qarabağ qaziləri və bəzi yaralılar üçün yoxdur) rayonun rəhbərinin bu dəfnlərdəki etdiyi primitiv çıxışlara (hər dəfndə təkrarlanan “”Sən maşın qəzasında ölməmisən, sən döyüşdə ölmüsən” kimi və s. ifadələr onun söz kasadlığından xəbər verir).

İcra başçısının kadr siyasəti də qəribə suallar doğurur. Təhsildə “təmizlik siyasəti” başa düşülən və təqdirolunandır. Bəs polisdə, bəs məhkəmədə, bəs “kommunxoz”da, bəs “meşə idarəsində”? Bəs səhiyyədə? Doğrudanmı, icra başçısı indi həbsdə olan sabiq səhiyyə başqanına Əməkdar Həkim adı almaq üçün müsbət xasiyyətnamə verəndə bilmirdi ki, 500 nəfərdən artıq “pensiya qurbanı” nələr çəkir, orada hansı korrupsiya oyunları gedir?

“Kommunxoz”dakı “korrupsiyanın” 1 ay çəkən yoxlaması necə “suya” getdi?

Yazı bir az uzun alınsa da, hələ deyiləsi sözlər çox olsa, sonda bir məqamı xatırladım. Niyə əvvəlki 10 ildə Masallıya bir dəfə də olsun “qara maskallılar” gəlmirdi, Şahin Məmmədovun fəaliyyətinin son 5-7 ayında həmin maskalılar 3 dəfə Masallının qapısın döyüblər. Sual yaranır-ya Başçı çox zəifdir, ya da özü də belə əməliyyatlara maraqlıdır?

Son sual. Niyə bu maskalıların əməliyyatları barədə hətta ölkə televiziyalar gün ərzində bir neçə dəfə məlumat yayır, icranın saytı, qəzeti nə rayonun səhiyyə başqanın, nə Qarğalıq ərazi nümayəndəsinin, nə DSMF-nin məsul işçisinin nümayişkaranə həbsləri barədə heç nə yazmır?

Nə isə. Söhbət çox uzandı. Deyiləsi sözlər deyilənlərdən daha çoxdur. Nə partizanlıq etmək, nə özümüzü hər şeyi görən, bilən kimi göstərmək niyyətimiz yoxdur. Arzumuz 230 minlik rayonumuzun bir sakin kimi, başçının hər addımında aşkarlıq, ağayanalı, alicənablıq və müasirlik görməkdir.

Cenub.az. Zahir Əmənov.


шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024