Region (20-09-2014, 12:53)
“Qəzetlərin elektron versiyasını oxuyanlar çoxalır“
Mario Varqas Lyosa: “Ziyalılar sussalar yaxşıdır”
"Mediatv.az" Mario Varqas Lyosanın müsahibəsini təqdim edir.
Onun evinin girişində Manolo Valdesin (ispan heykəltaraş) heykəlləri durur. Bir az irəlidə isə Eduardo Çilidanın (ispan heykəltaraş) gil heykəlciyi görünür. Əlini irəli uzadıb məni qarşılamağa gələn adam isə Mario Varqas Lyosadır. O sanki xoşbəxtliyin, əminamanlığın, müvazinətin hökm sürdüyü bir və heç kəsin poza bilməyəcəyi bir dünyadan gəlir.
Yazıçı ildə bir dəfə ədəbiyyat mühazirələri dediyi Prinston universitetindən yenicə qayıdıb. Yaradıcılıq yolu jurnalistikadan başlayan yazıçı hələ də buna sadiq qalıb. Yazıçının yaradıcılığına həyat verən, qidalandırıcı mühit məhz jurnalistika olub. Yeri gəlmişkən, sonuncu əsəri olan “Təvazökar qəhrəman”ın da mövzusu məhz bir xəbərdən götürülüb. Bundan başqa, məhz jurnalistika sayəsində o, son 40 il ərzində İspaniya və Latın Amerikasında aparılmış siyasi və ədəbi müzakirələrin aktiv iştirakçısı oldu. Öz liberal baxışlarına görə Lyosa dəfələrlə axına qarşı getməli olub. Bir həftə öncə Madriddəki mənzilində o “El Mundo” qəzetinə müsahibə verib.
El Mundo: Artıq 50 ildən çoxdur ki, siz jurnalistikayla məşğul olursunuz. Əslində, o sizin birinci peşəniz olub...
Varqas Lyosa: Mən tətil zamanı jurnalistikayla məşğul olmağa başladım, onda 15 yaşım var idi. Mənim atam sonralar “United Press”in tərkibinə keçmiş “International New Service” şirkətinin rəhbəri idi. Limada çıxan “La Crónica” qəzeti də bu şirkətin idi. Ədəbiyyatla bağlı işlə məşğul olmaq istədiyimə görə mən atama jurnalist olacağamı dedikdə o, yay tətilində stajerlik edə biləcəyim bir yer axtarmağa başladı. Mən “La Crónica”nın redaksiyasında işləməyə başladım və dəyərli təcrübə əldə etdim. Mən orda yerli xəbərlər yazırdım, buna görə özüm üçün əvvəllər bilmədiyim yeni Lima kəşf elədim... O vaxtdan bəri heç vaxt jurnalistikadan əlimi götürməmişəm, bütün bölmələrdə işləmişəm, bircə idmandan başqa. Sonra Limanın Panamerika Radiosunda, yeddi ildə Parisdə fransız televiziyasında çalışmışam...
- Jurnalistika sizə ədəbi yaradıcılığın çərçivələrini genişləndirməyə kömək edə bildimi?
- Əlbəttə. Ədəbiyyat baxımından bu olduqca qiymətli təcrübə idi. Yazdıqlarımın yarıdan çoxu jurnalistika təcrübəmdən qaynaqlanır. Saysız-hesabsız insanlarla tanış olmuşam, nə qədər əhvalat eşitmişəm... Yazıçı kimi istifadə etdiyim bu məlumatlar olduqca zəngin mənbə idi. Mən masanın arxasında azad olmağı sevirəm, bu isə elə jurnalistikadır. Sən gözlərin qarşısında baş verən müasir tarix sarıdan narahat olursan. Mən qəzet oxumağı sevirəm. Müasir həyat mənim üçün çox maraqlıdır, bu məlumatlar mənbəyi mənə öz iç dünyama qapanmağa imkan vermir.
- Həm də ictimai müzakirələrdə iştirak etməyə imkan verir.
- Tamamilə doğrudur. Mən uzun illərdir ki, analitik məqalələr yazıram. Bu məqalələrdə öz müşahidələrimi, fikirlərimi bildirirəm, nəyisə tənqid edirəm...
- Adətən də mühafizəkar fikrə qarşı çıxırsız.
- Bəli, bu cür təəssürat yaranır. Amma məni heç vaxt bir o qədər narahat etməyib. Ola bilsin cavanlığımda özümü qorumaq üçün rəqibə heç bir əsas verməməyə çalışmışam. Amma müəyyən yaşdan sonra mən bundan imtina etdim və öz fikirlərimi daha açıq deməyə başladım.
- Jurnalistika bu çətin vəzifənin öhdəsindən layiqincə gələ bilirmi?
- Düşünürəm ki, mətbuatın müəyyən bir hissəsi öz vəzifəsini ləyaqətlə yerinə yetirməyə çalışır. Amma bədbəxtlik ondan ibarətdir ki, həmişə kübar cəmiyyətin dedi-qodularına, qalmaqallı hadisələrə və başqa bayağılığa tələbat var və əgər mətbuat da uzun zaman ayaq üstə durmağa çalışırsa bunları çap eləməyə məcburdur.
- Amma qəzet və kitabların çap versiyasını oxuyanlar azalır.
- Əvəzində qəzetlərin elektron versiyasını oxuyanlar çoxalır. Çap kitablarına gəlincə, onların yerini elektron kitablar verə bilmir. Buna görə hər ikisinin mövcud olmasına can atmaq lazımdır. Əgər çap kitabları elektron kitabların təzyiqi altında yox olacaqsa, onda, qorxuram televiziyanın başına gələnlər planşetlərin də başına gəlsin: biz yəqin ki, daha cazibədar, amma tamamilə bayağı ədəbiyyata keçəcəyik. Və onda biz təkcə intellektual həzzin mənbəyini deyil, tənqid qabiliyyətini də itirəcəyik. Əsl əyləncə incəsənəti (mənim buna etirazım yoxdur) tənqidi təfəkkürü inkişaf etdirmir və cəmiyyətə problematik bir şey kimi baxmağa imkan vermir.
- Sizcə hazırda İspaniyanın qarşısında dayanan ən böyük problem hansıdır?
Millətçilik, daha sonra da işsizlik. İlk növbədə də təhlükəli dərəcədə böyüyən katalon millətçiliyi. Bunun isə Kataloniya üçün də, İspaniya üçün də faciəvi fəsadları ola bilər. Sərtliyinə baxmayaraq bunu bask millətçiliyi barədə demək olmaz. Kataloniyanı ispan millətçilərinin qurbanı kimi göstərmək üçün böhran katalon millətçi demaqoqları üçün əsl bəhanə oldu. Ümid edirəm bunun ciddi fəsadları olmayacaq, separatizm dəliliyinə qədər gedib çıxmayacaq. Amma problem olduqca ciddiləşib və bunu həll etmək lazımdır.
- Bütün bu hadisələrdə ziyalıların fəaliyyətsizliyi hiss olunmurmu?
- Ziyalılar bəzən elə sussalar yaxşıdır. Ziyalıların Stalini, Maonu müdafiə etdiyi soyuq müharibə illərini xatırlamaq kifayətdir... Mən heç çığır-bağırçıları, boşboğazları demirəm. Sartr kimi yüksək dərəcədə mədəni insanlardan danışıram. O, iddia edirdi ki, istənilən antikommunist itdir, Sovet İttifaqında isə əməlli-başlı söz azadlığıdır. Moraviyanın (Alberto Moraviya, italyan yazıçı, jurnalist) və Elio Vittorininin (italyan yazıçı) dediklərini xatırlayın. Bunlar hamısı ağıllı və mədəni insan idilər. Eyni zamanda demokratiya və azadlıq prinsiplərini tapdamış ən pis rejimləri müdafiə edirdilər. Bunun da təsiri var.
- Tetçerlə Reyqan məsələsindən sonra bazarların dizbalansı yarandı, tarixin pis anlarından idi...
- Kapitalizmin görünməyən əli imkan yaratmalıdır ki, hökumətlər hadisələrin öz axarı ilə getməsinə mane olmasınlar. Hansısa ölkədə kapitalist sistemi daha yaxşı işləyir və korrupsiya da əhəmiyyətli dərəcədə azalır. İtaliya ədliyyə orqanları bu məsələlərə daha ciddi yanaşsalar da italyan korrupsiyası, Britaniya korrupsiyası deyil. Cəmiyyət heç vaxt mükəmməl olmur, bununla belə bəziləri o birilərindən daha çox mükəmməldirlər. Diktaturalar ən qeyri-mükəmməl cəmiyyətlərdir, bəzi ziyalılar bunu anlamadılar və bu insafsız ideologiyaya xidmət etdilər.
- Müasir dövrün narahatedici məqamlarından biri də mədəniyyətin bayağılaşdırılmasıdır. Elə siz də sonuncu "Hər kəsin öz rolunu oynadığı cəmiyyət" oçerkinizdə bunu ifşa etmisiz.
- Elədir. Bu da böhranın səbəblərindən biri oldu. Əgər mədəniyyət yalnız əyləncəyə xidmət etsə o öz tənqidi ruhunu tamamilə itirəcək. O zaman həyasızlıq başqa qaldırır, tezisi də belə olur: əgər kimsə oğurlayırsa, onda hamı oğurlaya bilər. Bu isə vətəndaşlarından aktiv həyat mövqeyi ortaya qoymağı, həyatı daha yaxşıya dəyişməyə can atmağı uman demokratik sistemi korlayır. Ən dəhşətli ondan ibarətdir ki, mədəniyyətin bayağılaşdırılması ona gətirib çıxaracaq ki, sonda cəmiyyət dələduzları ittiham etməyi dayandıracaq... Bundan başqa, bəzən onları həyatda müvəffəqiyyət qazanmış insanlar kimi təqdim edirlər. Və bu normaya çevrilir. Əgər vətəndaş, əxlaqi və estetik dəyərlər tamamilə məhv olsa biz heç nəsiz qalacağıq.
- İndiki siyasətçilər barədə nə deyə bilərsiniz?
- Görkəmli şəxsiyyətlər var, amma Avropada yox. Məsələn, Nelson Mandela... Əgər Avropa haqqında danışsaq onda sonuncu böyük siyasi xadimlərdən biri Marqaret Tetçer olub.
- Bəs İspaniyada?
- Bilirsizmi, siyasətçilər haqqında danışmazdan əvvəl, diktaturadan demokratiyaya keçid dövrünü xatırlamaq lazımdır. Bu çox nümunəvi mərhələ idi, bir növ presedent idi. Pinoçetdən sonra demokratiyaya keçmək Çiliyə olduqca çətin olardı. Və ya üsyançılarla Latın Amerikası hökumətləri arasındakı danışıqları götürək.
- Heç olmaya konkret siyasətçilərin adlarını çəkin. Yoxsa beləsi yoxdur?
- Niyə ki, belələri var idi. Marksist təmayüllü sosialist partiyanın sosial-demokrat təmayüllü sosialist partiyaya çevrilməsində Felipe Qonsalesin əhəmiyyətli rolu oldu. Əgər o marksizm platformasında qala-qala hakimiyyətə keçsəydi onda İspaniyanı ən amansız böhrana sürükləyərdi.
- Bəs ispan sağlarının arasında necə?
- Xose Mariya Asnar. O sübut etdi ki, sağların arasında da demokratik, sivil prinsiplərin tərəfdar olan və qanun çərçivəsində hərəkət edən insanlar var. İspaniyada sağlar Fransada, İtaliyada, Yunanıstanda və Danimarkada olduğu kimi faşist partiyalarının yaranmalarına imkan vermədilər, Bu Asnar və Esperansa Aqirre kimi siyasətçilərin sayəsində oldu.
Mənbə: inosmi.ru 21.11.2013
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024