Region (27-11-2018, 12:56)
Daha bir cəbhə bölgəsinin torpaq istifadəçiliyində yeni idarəetmə dövrü başladı
Daha bir cəbhə bölgəsinin torpaq istifadəçiliyində yeni idarəetmə dövrü başladı. Artıq Ağdam rayonunun torpaqlarının keyfiyyət və kəmiyyət göstəricilərində səmərəliliyin əldə olunması üçün işlər intensivləşəcək. Belə ki, torpaqların elektron kadastr uçotu işlərinin nəticələri bu cəbhə bölgəsində praktiki istifadəyə verildi. Ağdam rayonun torpaqları üzrə bütün məlumatlar real şəraitdə istifadə ediləcək. Bununla bağlı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 27 noyabr tarixində həmin rayonda İctimai təqdimat keçirilib. Komitənin tabeli qurumlarının, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, rayon icra hakimiyyətinin nümayəndələrinin iştirak etdiyi ictimai təqdimatda bu layihənin nəticələri, üstünlükləri və gələcək perspektivləri müzakirə olunub. Uçot işlərinin real şəraitdə tətbiqi mexanizmi onlara əyani şəkildə göstərilib, layihənin rayonda torpaqların səmərəli idarəsi və istifadəsinə göstərəcəyi müsbət təsirlər izah edilib.
Torpaqların elektron kadastr uçotu informasiya bazasında torpağın təyinatından tutmuş onun münbitliyinə qədər bütün göstəricilər əks olunur. Ağdam rayonunda yekunlaşan bu işlər nəticəsində bütün torpaqların dəqiq sərhədləri, miqyası, istifadə təyinatı müəyyənləşir. Beləliklə, sistem təkcə torpaq mülkiyyətçilərinə yox, bütövlükdə dövlətə və vətəndaşlara, torpaqla bağlı biznes quran insanlara çox böyük fayda verəcək. Dövlət özünün sahibliyində və mülkiyyətində olan torpaqların balansını əldə edir. Bələdiyyələr təyinatına, mülkiyyət və əmlak növünə görə harada və nə qədər torpaq olduğuna dair bölgü məlumatları əldə edir. Xüsusi mülkiyyət sahibliyi dəqiqləşir, pay torpaqlarının sahəsi dürüstləşdirilir.
Hazırlanmış uçot işləri nəticəsində Ağdam rayonunun bələdiyyə hüdudları daxilində 36 min hektar torpaq sahəsinin mövcudluğu müəyyən edilib. Bəlli olub ki, 18,2 min hektar dövlət, 5 min hektar bələdiyyə, 12,8 min hektar özəl torpaqların payına düşür. Bələdiyyə hüdudları daxilindəki torpaq sahələrinin 28,5 min hektara yaxını (79,2 %-i) kənd təsərrüfatına yararlı torpaqlardır ki, bunun da 2,4 min hektarını əkin sahələri təşkil edir. Torpaq islahatı aparılan zaman rayon üzrə əkin sahələri 1,7 min hektar olduğu halda, elektron uçot aparılan zaman bu ərazilər müxtəlif uqodiyaların hesabına artaraq 2,4 min hektar olub. Uçot işləri zamanı müəyyən edilib ki, torpaq payı almış ailələrdən 3,2 minə yaxının torpaq ölçüləri 1 hektaradəkdir. Bu da onu göstərir ki, torpaq sahələrinin konsolidasiyasına, birləşməsinə ehtiyac vardır. Həmçinin kənd təsərrüfatına yararlı olan sahələrdə (mülkiyyət növünə görə) yerləşən tikili və qurğular barədə müfəssəl məlumatlar da əldə edilib. Belə ki, həmin ərazilərdə 296 tikili və qurğuların (bundan 115-i dövlət mülkiyyətində, 134-ü bələdiyyə mülkiyyətində, 47-si xüsusi mülkiyyətdə) olduğu aşkar olunub.
Ağdam rayonu üzrə kənd təsərrüfatı sahəsində istifadə daha da səmərəli olacaq. Belə ki, torpaqların iqtisadi qiymətləndirilməsi və bonitirovkası ilə bağlı məlumat bazası da formalaşıb. Bununla yanaşı otlaqların geobotanik, torpaqların eroziya xəritələrinin tərtib edilməsi ərazilərin münbitliyini, torpaqların isə şorlaşmaya məruz qaldığını müəyyən etməyə imkan verir. Belə xəritələr torpağın hansı kənd təsərrüfatı sahəsinə cəlb edilməsi ilə bağlı düzgün planlama, müvafiq aqrotexniki və meliorativ tədbirlərin görülməsinə yardım edir.
Təqdimatın sonunda layihənin praktiki nəticələri və istifadəsi ilə bağlı iştirakçıların sualları mütəxəssislər tərəfindən cavablandırıldı.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024