Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region / Cəmiyyət (9-08-2018, 10:16)
Füzulidə məmur–vətəndaş münasibətləri müzakirə edildi.

Füzulidə məmur–vətəndaş münasibətləri müzakirə edildi.

 

Horadiz şəhəri Muğam Mərkəzində Füzuli rayonunda məmur–vətəndaş münasibətlərinə həsr olunan ümumrayon müşavirəsi keçirildi. Müşavirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, icra nümayəndələri, bələdiyyələr, ictimaiyyət nümayəndələri, QHT-lər və KİV-nin nümayəndələri iştirak etdi.

Müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək 1994-cü ildən bu günə kimi görülən işlər həyata keçirilən tədbirlər barədə danışdı. Bildirdi ki, hazırda Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində 70 min nəfərə yaxın əhali yaşayır. 60 min nəfər füzulili isə məcburi köçkün kimi Bakı, Sumqayıt, şəhərlərində və respublikanın 50-dən çox şəhər və rayonlarında məskunlaşmışdır. Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq məcburi köçkünlərlə əlaqə saxlanılır, onların problemləri həll edilir, müvafiq köməkliklər göstərilir.

Alı Alıyev Prezident cənab İlham Əliyevin əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi barədə tapşırıqlarının Füzuli rayonunda daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb. Bildirib ki, ölkə başçısının “Mən hər bir Azərbaycan vətəndaşının prezidentiyəm”, “Xalqla dövlət məmuru hər zaman bir yerdə olmalıdır” sözləri Füzuli rayonunda bütün idarə, müəssisə və təşkilatların əsas fəaliyyət prinsibi olmalı, məmurlar vətəndaşlara xidmət etməlidir.

Rayonun inkişafı üçün vətəndaş-məmur münasibətlərinin mühüm əhəmiyyət kəsb etdiyini deyən Alı Alıyev rayonda hansı təşkilatda işləməsindən və tutduğu vəzifədən asılı olmayaraq bütün məmurların, dövlət işçilərinin, hüquq-mühafizə orqanlarının əhali üçün işləməli, insanlara xidmət etməli olduqlarını vurğulayıb.

Alı Alıyev qeyd edib ki, Prezident cənab İlham Əliyev bizə inanaraq, bizə bu vəzifəni daşımağı həvalə edib. Biz–bütün məmurlar da bu yüksək etimadı doğrultmalıyıq. Məmurlar, dövlət qurumlarının nümayəndələri insanlarla bir yerdə olmalı, onların qayğıları ilə yaşamalı, kobudluğa, yekəxanalığa yol verməməlidirlər. Prezident cənab İlham Əliyevin dediyi kimi məmurlar təmiz işləməli, xalqla bir yerdə olmalı, rüşvətxorluqla məşğul olmamalı, dövlətə, müstəqilliyə sadiq olmalıdırlar.

Müşavirədə rayon Prokuroru Ramazan Hadıyev, rayon Polis şöbəsi rəisinin müavini Xəyyam Mirhüseynov, Mərkəzi rayon Xəstəxanasının baş həkimi Natiq Şükürov, Notarius Fəxrəddin İbədullayev, ƏƏSMN-nin rayon şöbəsinin müdiri Zəfər Hətəmov, Telekommunikasiya qovuşağının rəisi Yavər Məmişov, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri məmur-vətəndaş münasibətləri ilə bağlı çıxış ediblər.

Müşavirəyə yekun vuran Alı Alıyev Rayon İcra Hakimiyyətində vətəndaş müraciətlərinə baxılması, vətəndaşların qəbulu, yerlərdə onlarla keçirilən

səyyar-qəbul görüşlərin əhəmiyyətindən danışıb. Bildirib ki, Rayon İcra Hakimiyyətinin başçısı, müavinlər və şöbə müdirləri mütəmadi olaraq füzulili məcburi köçkünlərin sıx məskunlaşdıqları Bakı, Sumqayıt şəhərlərində, Saatlı, Sabirabad, İmişli və Beyləqan rayonlarında, o cümlədən rayonun iri yaşayış məntəqələrində əhali ilə görüşlər keçirir, söhbətlər aparır, vətəndaşları narahat edən məsələləri yerindəcə həll etməyə çalışır. Əsas müraciətləri yerində həll olunan əhali başqa təşkilatlara müraciət etmir, əziyyət çəkmirlər.

Qeyd edib ki, vətəndaşların müraciətlərinə baxılması işinin keyfiyyətinin yaxşılaşdırılmasında son illərdə dövlət hakimiyyəti orqanlarında tətbiq edilən yeniliklər, idarəetmənin müasir forma və metodları böyük rol oynayır.

Alı Alıyev vurğulayıb ki, vətəndaşların müraciətlərinə baxılması, onların problemlərinin, qayğılarının həll edilməsi rayonda vətəndaş məmnunluğunu təmin etməklə yanaşı, ölkə başçısı cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin uğurla icra edilməsi deməkdir.

 

Füzulidə məmur–vətəndaş münasibətləri müzakirə edildi.
Füzulidə məmur–vətəndaş münasibətləri müzakirə edildi.
Füzulidə məmur–vətəndaş münasibətləri müzakirə edildi.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024