Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region / Cəmiyyət (3-04-2018, 13:03)
“Kütləvi çıxarış” kampaniyası daha geniş formatda: 1 rayonun 4 kəndində qeydiyyat xidmətləri göstərilib

“Kütləvi çıxarış” kampaniyası daha geniş formatda: 1 rayonun 4 kəndində qeydiyyat xidmətləri göstərilib

 

Ölkə əhalisi bilavasitə yerlərdə, ünvanlarında əmlakına dair çıxarış əldə edə bilərlər. Mülkiyyət sənədi olmayanlar isə növbəti mərhələdə çıxarışla əvəz olunması üçün ilkin sənədlərini təqdim etmək imkanına malikdirlər. Belə unikallığı və funksionallığı təmin edən isə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilən mobil ofislər və “Kütləvi Çıxarış” kampaniyasıdır. Komitənin bu sosial tədbiri aktiv şəkildə respublikanın bütün şəhər və rayonlarını, ucqar kəndlərini əhatə edir. Bununla daşınmaz əmlakını sənədləşdirmək istəyən vətəndaşlar dövlətin hərtərəfli dəstəyini hiss edirlər.

Komitə tərəfindən aprelin 3-də keçirilən növbəti Kütləvi çıxarış kampaniyasının ünvanı Oğuz rayonunun Yaqublu, Zərrab, Top və Yenikənd kəndləri olub. Əvvəlki kampaniyalardan fərqli olaraq budəfəki tədbir daha geniş formatda keçirilərək 1 rayonun 4 kəndini əhatə edib. Verilən çıxarışlar isə pay torpaqlarına, həyətyanı torpaq sahələrinə, fərdi yaşayış evlərinə aid olub. Həmin kəndlərdən olan 200-ə yaxın sakinə qeydiyyatla bağlı xidmət göstərilib. Müvafiq olaraq Yaqublu kəndindən 75 ailə, Zərrab kəndindən 60, Top kəndindən 45, Yenikənd kəndindən isə 20 ailə xidmətlərdən yararlanıblar. Onlardan 100-ə yaxın sakinə birbaşa yaşadıqları ərazilərdə əmlaklarına dair çıxarışlar təqdim olunub. Bunlardan 48-i Yaqublu kəndinin, 20-si Zərrab, 19-u Yenikəndin, 11-i isə Top kəndinin payına düşüb. Verilən çıxarışların 80-i torpaq sahələrinin, 20-yə yaxını fərdi yaşayış evlərinə aid olub.

Torpaq sahələrinin sənədləşdirilməsi, Oğuz rayonundakı torpaqların rahatlıqla iqtisadi dövriyyəyə cəlb edilməsinə, təsərrüfat fəaliyyətinin genişlənməsinə imkan verir. Fərdi yaşayış evinin çıxarışla təmin olunması rəsmi qeydiyyata alınan əmlakların sayının artmasına, iqtisadi əməliyyatların rahatlıqla yerinə yetirilməsinə, bu bölgədə daşınmaz əmlak bazarının canlanmasına şərait yaradır. Belə tədbirlər Oğuzla yanaşı, digər bölgə əhalisinin əmlaklarını daha aktiv şəkildə iqtisadi proseslərə cəlb etməsinə, regionlarda iqtisadi fəaliyyətin stimullaşdırılmasına imkan verir.

Eyni zamanda çıxarış verilməsi məqsədilə 80-ə yaxın sakindən əmlaklarına dair ilkin sənədlər toplanıb.

Komitənin təşkil etdiyi kampaniyanın keçirildiyi yerlər müxtəlifdir. Belə ki, bu sosial tədbir komitənin qeydiyyat xidmətlərini əhalinin birbaşa ünvanlarına, iş yerlərinə, kəndli və fermerin əkin sahələrinə çatdıraraq onları vaxt itkisi olmadan, operativ şəkildə çıxarış əldə etməsinə imkan yaradır. Bundan başqa kampaniyanın üstünlüklərindən biri də ucqar kənd yerlərində, ahıl və fiziki məhdudiyyətli şəxslərin bilavasitə ünvanlarında onlara qeydiyyat xidmətlərinin göstərilməsidir. Bu isə vətəndaşların maraqlarına, onların qeydiyyat xidmətlərinə olan əlçatanlığının artırılmasına xidmət edir.

Qeyd edilməlidir ki, “Kütləvi çıxarış” kampaniyası təkcə sənədlərin qəbulu və çıxarışların təqdim olunmasını nəzərdə tutmur. Kampaniya zamanı müraciət edən və sənədlərində hər hansı çatışmazlıq olan 50-yə yaxın sakinə də birbaşa yerlərdə hüquqi xidmət göstərilib. Onlara çıxarışın əldə edilməsi üçün tələb olunan sənədlərin siyahısı, həmin sənədlərin hansı qurumlardan alınması qaydası, o cümlədən qeydiyyat müddəti və prosedurları izah olunub. Bundan başqa bütün hallarda vətəndaşlara əmlakın qeydiyyatının faydaları, üstünlükləri, rahatlıqları barədə məlumatlar verilib. Həmçinin daşınmaz əmlakların, o cümlədən torpaq sahələrinin qeydiyyatı sahəsində tətbiq edilən "bir pəncərə" prinspindən də bəhs edilib. Bildirilib ki, həm çıxarışların verilməsi, texniki sənədlərin tərtibi, həm də torpaqların istifadəsi, icarəsi, mülkiyyətə verilməsi, koordinatların uyğunluğu kimi torpaq məsələlərində rəylərin alınması “bir pəncərə”də həll olunur. Sakinlər isə göstərilən xidmətlərdən razılıqlarını ifadə ediblər. Bildiriblər ki, kampaniya onların işdən ayrılmadan, vaxtlarına qənaət etməklə sənəd almasına şərait yaradıb.

Qeyd edilməlidir ki, çıxarışlar verilməmişdən öncə komitə əməkdaşları tərəfindən mobil ofislər vasitəsilə yerindəcə ilkin sənədlər toplanıb. Xüsusi qurğular vasitəsilə mühəndislik işləri həyata keçirilib. Belə ki, əmlakın müayinəsi, çöl-ölçmə işləri aparılıb, texniki plan-ölçüləri müəyyənləşdirilib.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən vətəndaşların maksimum rahatlığını təmin etməyə yönələn tədbirlər, sosial layihələr davam etdiriləcək, ictimai xidmətlərdə vətəndaş məmnunluğu daha da artırılacaq.

 

“Kütləvi çıxarış” kampaniyası daha geniş formatda: 1 rayonun 4 kəndində qeydiyyat xidmətləri göstərilib
“Kütləvi çıxarış” kampaniyası daha geniş formatda: 1 rayonun 4 kəndində qeydiyyat xidmətləri göstərilib

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024