Region (3-01-2018, 10:15)
Alı Alıyev Bayram günlərində Qayıdış və Zobucuq qəsəbələrində yaşayan məcburi köçkünlərlə görüşmüşdür.
31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik günü və Yeni il münasibəti ilə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev hüquq mühafizə orqanlarının rəhbərləri ilə birgə məcburi köçkünlərin sıx məskunlaşdığı Qayıdış və Zobucuq qəsəbələrində olmuş , əhali ilə görüşərək onların bayramlarını təbrik etmişdir. Alı Alıyev görüş zamanı Qayıdış və Zobucuq qəsəbələrində məskunlaşan əhali ilə söhbət etmiş , onların problem və qayğılarını dinləmişdir.
Məcburi köçkünlər Dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunduqlarını işıq, su, qaz və digər kommunal xidmətlərinin Dövlət tərəfindən vahid aylıq müavinət şəklində ödənildiyini bildirmişlər. Alı Alıyev işıq , su və qazdan qənaətlə istifadə etməyi israfçılığa yol verməməyi tövsiyyə etmiş, eyni zamanda məcburi köçkünlərə həyətyani və pay torpaqlarından səmərəli istifadə etmələrini bildirmişdir. Sonra Alı Alıyev hüquq mühafizə orqanlarının rəhbərləri və bir qrup məcburi köçkünlə ictimai nəzərət qaydasında Qayıdış və Zobucuq qəsəbələrində fəaliyyət göstərən topdan və pərakəndə satış mərkəzlərində olmuş, ərzaq məhsullarının qiyməti ilə maraqlanmışdır. Məcburi köçkünlər topdan və pərakəndə satış mərkəzlərində bayram günlərində heç bir qiymət artımına yol verilmədiyini , qiymətlərin onları qane etdiyini bildirmişlər. Qayıdış və Zobucuq qəsəbələrində yaşayan məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.