Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region / Slayd (7-06-2014, 19:07)
“Müxalifətin prezidentlərlə görüşündən nəsə gözləmək gülüncdür” - RƏSUL QULİYEV - MÜSAHİBƏ

 

Sabiq spiker, hazırda ABŞ-da mühacir həyatı yaşayan Rəsul Quliyev Hafta.az-a müsahibəsində son günlərdə baş verən hadisələrlə bağlı danışıb. 

Müsahibəni təqdim edirik:

- Müxalifətin son zamanlar xarici nümayəndələrlə intensiv görüşü onların inkişafına təsir edə bilərmi?

- Xaricilərin müxalifətlə görüşləri həmişə olub, daha doğrusu heç vaxt dayanmayıb. Son vaxtlarda bu görüşlərə müxalifətdən əlavə jurnalistlər, insan haqları müdafiəçiləri də dəvət olunur. Bu görüşlər müxalifətin həyatında elə bir pozitiv nəticələrə gətirib çıxartmayıb. İldən-ilə zəifləyən müxalifətlə görüşlər artıq xaricilər üçün protokol qaydasında gördüyü bu işə də “quş qoymaq” formasını alıb. Xaricilər ancaq və ancaq öz ölkələrinin jurnalistlərinin tənqidindən qorxub könülsüz olsa da, beş on nəfəri toplayıb, maksimum 1 saatlıq görüş keçirir. Yəni həmin prezidentlərə qınaq olur ki, getdin hakimiyyətlə görüşdün, müxalifətlə görüşmədin. Onlar da bu tənəyə cavab verməmək üçün müxalifətlə görüşür. Bu 1 saatlıq görüşün yarım saatı da tərcüməyə gedir. “Biz də demokratiya və azad seçki keçirilməsini istəyirik” fikrini təsdiqləyirlər. Qonaq bu sözlərdən sonra hər şey düzələcək xəyalını edən, riqqətə gəlmiş, gözü yaşaran müxalifətçilərə baxıb vəzifəsini yerinə yetirmiş hesab edir. Ona görə bu görüşlərin müxalifətin inkişafına xeyiri olacaq demək mücərrəd, bazası olmayan, gülünc fikirdir. Ağacın böyüməsi üçün onun dibinə su tökməlisən. Əgər bu ağacın kökü yoxdursa və ya quruyubsa onun dibinə su tökməyin xeyri ola bilərmi?

- Mətbuatda Abbas Abbasovla birgə sizin də adınız hallandı. Buna nə üçün heç bir reaksiya vermədiniz?

- “Milyarderlər ittifaqı” yarananda bütün Azərbaycanda mən yeganə adam idim ki, “bu ittifaq cəfəngiyyatdır, bir iki insandan başqa orada olanlar qorxaqdırlar öz maraqları və Putinin qullarıdır” deyirdim. Adını hallandırdığınız şəxsiyyət iki ildən çoxdur ki, prezidentin ən sədaqətli qulu olduğunu sübut etməyə çalışır. “Atana qulluq etmişəm, icazə verin sizə də qulluq edim” deyib fəryad edir, yalvarır. Krım hadisələrindən sonra isə Rusiyanın işğalçılıq siyasətini açıq-aşkar dəstəklədi. Azərbaycan mətbuatında heç bir əsası olmadan istənilən adamın adını, istənilən şəxslə birlikdə hallandıra bilərlər. Yəni “Məşədi 5 manat ver, gedim Rüstəm bəyi qəzetlərdə rüsvay edim” sindromu davam edir. Belə şeylərə reaksiya verməyə dəyməz.

- Bələdiyyə seçkilərinə qatılacaqsınızmı?

- Hansı seçkilərə... Sizin sualınızı zarafat kimi qəbul edək.

- Rusiyanın əsas planı - Avrasiya İttifaqının baş tutacağına inanırsınızmı?

- Avrasiya İttifaqı prezident Putinin yenidən mini SSRİ yaratmaq avantürasıdır. Ancaq bataqlığın üzərində o bu binanı necə tikəcəyini heç kim, hətta bu ittifaqa daxil olan Qazaxıstan və Belarusiya liderləri də dərindən bilmir. Aydın məsələdir ki, bu ittifaq əslində 3 ölkənin yaradacağı amorf Gömrük İttifaqından başqa bir şey deyil. İttifaqa bu ölkələrlə heç bir fiziki sərhədi olmayan Ermənistanın necə daxil olacağını izah etmək mümkünsüzdür. Ac-yalavac Qırğızıstanın bu ittifaqda olması da heç bir iqtisadi qanunlara uyğun gəlmir. Ona görə də bu proyekt prezident Putinin blefidir. Elə blef kimi də qalacaq. Azərbaycanın bu ittifaqa daxil olması sıfıra bərabərdir.

- Hazırkı fəaliyyətiniz nədən ibarətdir?

- Müxalifət olaraq fəaliyyətimi soruşursunuzsa, fəaliyyətsizliyə yaxın bir fəaliyyət adlandırmaq olar.

шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024