Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region / Karusel (4-06-2014, 11:17)
Deputat:“Ürəyimi zəbt edən insan qarşıma çıxmayıb”

“Yeniyetmə illərində jurnalist olmağı arzulayırdım”

 

Modern.az saytında “Pəncərə” layihəsinin budəfəki qonağı deputat Leyla Abdullayevadır.  
Mediatv.az  həmin müsahibəni oxucularına təqdim edir:
- Leyla xanım, insan həmişə arzularla yaşayır. Sizin ürəyinizdən keçən və ən yadda qalan arzularınız nələrlə bağlı olub?
- Arzular insanla bərabər doğulur. Yeniyetmə illərimin arzularımdan biri  jurnalist olmaq idi. Hətta orta məktəbdə oxuyanda dərslərimə güzgünün qarşısında dayanmaqla hazırlaşardım. O vaxtlar necə televiziya aparıcısı olacağımı xəyal edərdim. Onu da deyim ki, mənim bir yox, bir neçə sahəyə həvəsim olub.
- Amma əbədi olaraq seçdiyiniz sahə təhsillə bağlı oldu...
- Televiziya jurnalisti, hüquqşünas olmaq istəmişəm, amma heç vaxt müəllimlik peşəsinə yiyələnmək ürəyimdən keçən arzu olmayıb. Təbii ki, müəllimlik peşəsinə yiyələnməyimdə anamın da rolu az olmayıb. Müdriklərdən biri deyib: “Varlı o insan deyil ki, çox pulu var, varlı o insandır ki, çoxlu dil bilir”. Rus dili də o zamanlar dəbdə idi. Amma öz seçimimdə rus dilini yox, başqa əcnəbi dil üzrə təhsil almaq istəyirdim.  Rus dili o zamanlar əcnəbi dil sayılmırdı. Lakin tale məni rus dili ixtisasına yiyələnməyə gətirib çıxardı.
- Maraqlıdır, ananız həkim, atanız isə hərbçi olub. Ailədə bu sahələrdən birini seçən olubmu?
- Ailədə iki uşaq olmuşuq. Bir qardaşım var. Anam həmişə bizim həkim olmağımıza çalışıb. Lakin nə qardaşımın, nə də mənim tibb sahəsinə marağımız oldu. Anam deyirdi ki, bir ailədə hüquqşünas və həkim mütləq olmalıdır. Biri qanunları bilmək, digəri də sağlamlığın keşiyində dayanmaq üçün lazımdır. Ancaq nə atam kimi hərbçi olduq, nə də anam kimi həkim.
- Alın yazısına inanırsınızmı?
- Əlbəttə, inanıram. Taleyimizdə nə varsa, bizi ona doğru aparır.  Taleyim məni təhsil işçisi olmağa gətirib çıxardı. Ali məktəbi bitirən kimi məzun olduğum orta məktəbdə müəllim kimi fəaliyyətə başladım. Yəqin müəllimlər məni yaxşı anlayar. Çünki məktəbin ab-havası, uşaqların fərqli dünyası insanın müəllimlik peşəsinə olan vurğunluğunu daha da artırır. Bəziləri elə düşünür ki, məktəbdir, müəllim işləməyə nə var ki... Amma bu peşə çox çətin olduğu qədər,  həm də məsuliyyətlidir. Həm şagirdlər, həm valideynlər, həm də müəllimlərlə ünsiyyətdə oluruq. Müəllimlərlə işləmək bir az asandır. Çünki müəllimlər direktorun tədrisin hansı səviyyədə qurulmasına üstünlük verdiyini bilir.   
- Xanım deputatın direktor işləməsi çətin deyil ki?
- Müəllim kimi deputat da bir missiyaya qulluq edir. Hər ikisindən kömək gözlənilir. Birinci halda - şagirdlər, ikinci halda- seçicilər səndən nəsə umurlar. Öncə dediyim kimi, peşə fəaliyyətimə müəllimlikdən başlamışam. Direktor vəzifəsinə gələnə qədər artıq məktəb həyatı mənə tanış idi. Təbii ki, çətin məqamlarla qarşılaşıram. Məsələn, elə müəllim tanıyıram ki, 45 dəqiqə dərs demək onun üçün çətindir. Bunun da səbəbləri var. Ola bilsin ki, müəllimin dərsə həvəsi yoxdur.  45 dəqiqənin çox olduğunu düşünən müəllimlər də var. Uzun illərin pedaqoqu kimi mənə elə gəlir ki, orta məktəblərdə 45 dəqiqə dərs saatının olması da azdır. Bəzən zəng vurulur, amma dərsi yekunlaşdırmıram. Şagirdlərin 5-10 dəqiqə tənəffüs vaxtını əllərindən aldığımın fərqindəyəm. Amma uşaqlardan, onlara dərs keçməkdən doya bilmirəm. Hətta məndən sonra gələn fənn müəllimi qapının ağzında dərsi yekunlaşdıracağımı gözləyir.
- Bir pedaqoq olaraq, müşahidələrinizdən çıxış edib indiki gənclərdə nəyi fərqləndirə bilərsiniz?
- Bir çox məsələləri müqayisə edə bilərəm. Biz o vaxt belə sərbəst deyildik, müəllimdən nəyisə tələb edə bilməzdik. Müəllim səhv danışsa da, susurduq. Düzdür, bugünkü şagirdlərin sərbəstliyinə pis baxmıram. Düşünürəm ki, kaş, biz də sərbəst ola bilərdik. İndiki şagirdlər açıq şəkildə fikirlərini dilə gətirir. Hətta direktora da yaxınlaşıb nəsə deyə bilirlər.  Sadəcə, məni bir şey narahat edir. İndiki uşaqlar təvazökarlıqdan çox uzaqdırlar. Düşünürəm ki, nə qədər təvazökar olsaq, bir o qədər irəli gedə bilərik. Tələbələrlə tez-tez ünsiyyətdə oluram. Onlara da təvazökar olmağı arzulayıram. Gənclər mənim bu sözümdən inciməsin. Siz də gəncsiniz. Gənclərin geyimi məni qane etmir. Gələcəyin müəllimi gəzinti geyimini orta məktəbə geyinməməlidir. Bir də böyüklərin məsləhətini qulaq ardına vurmaq olmaz. Baxmayaraq ki, məktəb direktoruyam, bu gün də özümdən böyük olan müəllim yoldaşlarımla məsləhətləşirəm. Düşünürəm ki, belə də olmaq lazımdır.
- Leyla xanım nəyi bağışlamağı bacarmır?   
- İnsanların yalanını bağışlaya bilmirəm. Bu, çox pis vərdişdir. Çox istəyirəm ki, insanlar əqidəcə təmiz olsunlar. Yalan danışmaqla nəyəsə nail olmaq olmaz. Təbii ki, hər kəsin səhvi var. Sadəcə, səhvi etiraf etməyin özü böyüklükdür.
- İqtidar-müxalifət arasındakı soyuqluğu necə izah edə bilərsiniz?
- Əvvəla, fəxr edirəm ki, YAP-ın üzvüyəm. Ulu öndərimizin qurduğu, yaratdığı partiya iqtidardadır. Bu gün ölkədə gedən inkişafa, xalqın rifah halının yaxşılaşmasına baxdıqca müxalifət öz hərəkətlərindən utanmalı və susmalıdır. Çünki Azərbaycan  20 il bundan qabaqkı deyil. Bu gün şükürlər olsun ki, Azərbaycanın hər bir şeyi var. Güclü ordumuz, güclü dövlətimiz var. İqtisadiyyatı güclü olmayan ölkələrə təzyiq  etmək asan olur. Amma bizim dövlətimizin güclü iqtisadiyyatı var. İqtisadiyyatımızın güclü olması hər bir sahəyə müsbət təsir edir. Təhsil işçisi olaraq deyə bilərəm ki, təhsilimiz inkişaf edir. Qürurla bu gün Azərbaycanı idman ölkəsi adlandıra bilərik. Mədəniyyət sahəsində yüksək nailiyyətlər əldə etmişik. Mədəniyyət komitəsinin üzvləri olan deputatlar Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində işlər aparır. Ölkənin birinci xanımı Mehriban Əliyevanın bu sahədə gördüyü işlər ölçüyə gəlməzdir. Mehriban Əliyeva Azərbaycan  mədəniyyətinin himayədarıdır. Dünyada Azərbaycan həqiqətlərinin tanıdılması, mədəniyyətimizin təbliği istiqamətində onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu çox böyük işlər görür.
Azərbaycanı ağ günə Heydər Əliyev çıxardı. 1969-cu ildə Heydər Əliyev hakimiyyətə gələndə də Azərbaycan tanınırdı. Sadəcə, müstəqil deyildi. Azərbaycana qarşı güclü təzyiqlər vardı. Müxalifət haqqında nə pis, nə də yaxşı danışmaq istəyirəm. Sadəcə, deyərdim ki, Azərbaycan tarixinin qara səhifəsini müxalifət yazdı. Bir onu demək istəyirəm ki, müxalifətdə də, iqtidarda da təmsil olunanlar Azərbaycan xalqının nümayəndələridir. Biz bir-birimizə düşmən yox, dost olmalıyıq. Unutmayaq ki, artıq dünya dövlətləri Azərbaycanla hesablaşır. Bu gün vaxt Azərbaycanın xeyrinə işləyir. Azərbaycan heç zaman bugünkü qədər güclü olmayıb.
- Məktəb direktoru kimi fəaliyyət göstərməyiniz necə reallaşdı?
- Təhsilə bağlı olan insan bu sahədən ayrıla bilmir. Halbuki lap əvvəldən  müəllimlik peşəsinə həvəsim olmayıb. Uşaqları sevdiyimdən məktəbi də sevdim. Məktəb insanı öz ağuşuna alır. On illik müəllimlik təcrübəmdən sonra məktəb direktoru təyin olundum. Həmin məktəbdə tədris çox pis vəziyyətdə idi. Həmin binada Füzuli rayonunun 9 nömrəli məktəbi də fəaliyyət göstərir. Tədrisin aşağı səviyyədə olması məni çox narahat etdi: “Burada necə işləyəcəyəm” sualına cavab axtardım. Amma işlədim, özü də həvəslə. 4 il sonra cənab prezidentin sərəncamı ilə keçirilən “ Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi oldum. Bu məni daha da ruhlandırdı. Elə həmin il məzunlarımız içərisində prezident təqaüdçüsü də oldu.
- Bəs, deputat seçilmək arzunuz necə reallaşdı?
-Siz həmkarlarınızdan fərqli olaraq bu sualı söhbətimizin sonuna yaxın verdiniz. Şəhərin ictimai həyatında, partiyamızın tədbirlərində fəal iştirak edirdim. Bu fəaliyyətimə görə cənab prezident tərəfindən  “Tərəqqi” medalı ilə təltif olunmuşam.
-Siz deputat olsanız da, sanki fəal deyilsiniz. Bu nə ilə əlaqədardır?
- Maraqlıdır, siz bunu nəyə əsaslanıb deyirsiniz?
 
 - Biz yox, çoxları belə deyirlər.
- Bilmirəm, aktivlik nədədir. Düzdür, jurnalistlərlə çox ünsiyyət qura bilmirəm. Yəqin siz özünüz də bunu çox gözəl bilirsiniz. Seçicilərimlə tez-tez görüşdüyümdən vaxtımın çox hissəsi gedir. Etiraf edim ki, seçicilərimlə böyük görüşlər keçirə bilmirəm. Çünki ofisim yoxdur. Məktəbdəki konfrans otağını köməkçim üçün ayırmışam. Həftənin 6 günü köməkçim, bir günü isə seçicilərimi özüm qəbul edirəm. Milli Məclisin plenar iclaslarında çıxış edirəm. Sumqayıt- Bakı yolunda tıxaclarla, uşaq televiziya kanalının yaradılması, Sumqayıt stansiyası yaşayış massivinə statusun verilməsi, şəhərin 15-ci məhəlləsində yerləşən çox təhlükəli vəziyyətdə olan yataqxana və digər məsələlərlə bağlı təkliflərim olub və nəzərə də alınıb. Deputat kimi seçicilərimə imkan daxilində köməklik də edirəm.  Bəzən çıxışa yazılıb sonradan geri də götürmüşəm. Səbəbi məndən öncə yazılan həmkarımın irəli sürmək istədiyim təklifi səsləndirməsi olub. Səslənən təklifi təkrar etməyə ehtiyac görməmişəm. Deyə bilərəm ki, işimi çox böyük həvəslə görürəm. Mədəniyyət komitəsinin üzvü kimi “Milli mətbəx  mədəniyyəti haqqında” qanun layihəm hazırlanıb.  İnşallah, plenar iclaslarımızın birində bu layihəm müzakirəyə çıxarılacaq.
 
- Leyla xanım, bildiyimə görə bu vaxta qədər ailə qurmamısınız...
- Bu suala cavab verməyə çətinlik çəkirəm.
 - Amma inanmıram ki, sizin kimi gözəl və ağıllı xanıma evlənmək təklifi edən olmasın.
- Təbii ki, olub. Amma zamanında ürəyimi zəbt edən insan qarşıma çıxmayıb.
шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024