Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (1-05-2015, 13:55)
“Əgər məsləhət olmasa, namizədliyimi verməyəcəm”

Bu ilin payızında 4-cü çağırış Milli Məclisin səlahiyyət müddəti başa çatır

 

"Mediatv.az" xəbər verir ki, Modern.az saytı deputatlardan ötən müddətdə seçki platformalarını necə yerinə yetirdiklərini, 2015-ci ildə yenidən namizədliklərini irəli sürüb-sürməyəcəklərini öyrənir. Bu dəfə suallarımıza 121 saylı Laçın seçki dairəsindən seçilən deputat Nazim Fərəcov cavab verir.
-Deputatlığa namizəd olarkən verilən vədləri ötən 4 il ərzində nə dərəcədə yerinə yetirə bildiniz?
-Ötən 4 il ərzində maksimum dərəcədə seçicilərimin istəklərini yerinə yetirmişəm. Aztəminatlı ailələr və digər məsələlərlə bağlı müraciət edən insanların  nəyəsə ehtiyacı olur. Bu cür müraciətlərlə bağlı ehtiyacları ödəməyə çalışmışam. Ən əsası seçicilərimin mənə olan etimadlarını yerinə yetirməyə səy göstərmişəm.
-Siz özünüz də əslən Laçın rayonundansınız.  Maraqlıdır, laçınlılar sizdən deputat  olaraq razı qalıbmı?
-Bunu söyləmək çətindir. Laçın camaatının mənə göstərdiyi etimadı yerinə yetirməyə çalışmışam. Amma nə dərəcədə yerinə yetirmişəmsə, onu seçicilərim deyə bilər.
-Artıq neçə illərdir ki, laçınlılar öz torpaqlarından məcburi köçkün düşüb. Onlarla görüş zamanı əsasən hansı məsələlər qabardılır?
-Hər bir laçınlının istəyi dədə-baba  torpaqlarına qayıtmaqdan  ibarətdir. Əsas istək budur. Yerdə qalan digər məsələlər, o cümlədən maddi məsələlər, işsizlik kimi problemlər onlar üçün ikinci, üçüncü dərəcəli məsələlərdir. Onların birinci dərəcəli problemləri Laçın torpağına qayıtmaqdır. Düşünürəm ki, yaxın zamanlarda cənab prezidentin həyata keçirdiyi siyasət nəticəsində sülh yolu ilə torpaqlar geri qaytarılacaq. Torpaqlarımızın sülh yolu ilə qaytarılması mümkün olmasa belə, nəyin bahasına olursa olsun işğal altındakı yurd yerlərinə mütləq dönməliyik. Biz torpaqlarımızın bir qarışını belə, ermənilərdə qoymayacağıq. Bunu gələcək nəsillər bizə bağışlamaz.
-Bir az da sizə aidiyyatı olan və olmayan məsələlər haqqında danışmağınızı istərdik.
-Bizə aidiyyatı üzrə çoxlu ərizələr daxil olur. Onların çoxu Milli Məclisdə də qeydiyyatdan keçir. Elə seçicilər var ki, şifahi formada, elələri də var ki, yazılı ərizə ilə birbaşa mənə müraciət edir. Hər bir müraciət qeydiyyata alınır. İmkanım daxilində telefon vasitləsilə zəng edib, həmin müraciətlərin həll olunmasını xahiş edirəm. Əlim çatmayan yerlərə isə yazılı surətdə müraciət edirəm ki, vətəndaşlarımızın problemlərinin həll olunmasına yardımçı olsunlar. Mənə ünvanlanan hər bir seçicimin müraciətinə laqeyd qalmıram və belə bir halı da bəyənmirəm. Hətta, mənə aidiyyatı olmayan məsələlərə belə, etinasız yanaşmıram. Axı bu insanların torpaqları düşmən tapdağındadır. Bir sözlə, yaralı insanlardır. Onların hamıdan çox diqqətə, sevgiyə ehtiyacı var.
-Həll edə bilməyəcəyiniz müraciətlərlə qarşılaşmısınızmı?
-Əlbəttə. Düzdür, elə müraciətlərə də rast gəlirik ki, millət vəkilinin səlahiyyətinə aid deyil. Məsələn, biri müraciət edir ki, evim yoxdur, mənə ev verin. Və yaxud da torpaq verin. Bu cür müraciətləri yerinə yetirmək iqtidarında olmasaq da, kiçik ehtiyacları həll etməyə çalışırıq. Onu da deyim ki, kimlərəsə maddi yardım göstərdiyimi, övladının toyunu təşkil etdiyimi deməyi heç vaxt lüzum bilməmişəm. Bunları Allah qarşısında edirəm. Heç vaxt şəxsi yardım məsələlərini nə televiziyada, nə radioda, nə də hansısa saytda işıqlandırmışam. Bunu doğru hal hesab etmirəm.
-Deputat olaraq icra başçısı ilə münasibətlər hansı formada olub?
-Laçın rayonunun icra başçısı ilə heç bir problemim olmayıb. Münasibətlərimiz yüksək səviyyədədir. İcra başçısı cənab prezidentin sərəncamı ilə təyin olunan səlahiyyətli nümayəndədir. Mən də deputat olaraq seçkili orqanın təmsilçisiyəm. Ona görə də icra başçısı ilə mənim aramda heç bir problem ola bilməz. Hər hansı seçicininin nəyəsə ehtiyacı olursa, onu qarşılıqlı şəkildə həll etməyə çalışırıq.
-Ötən 4 il ərzində beynəlxalq fəaliyyətinizi necə qurmusunuz?
-5 ölkə ilə dostluq qrupunun üzvüyəm. 5 il müddətində həmin dostluq qrupunun üzvləri bura gələndə onları qarşılayaraq, işlərimizi bir qurmuşuq. Biz də həmin ölkələrə yollananda bir çox məsələləri həll etməyə çalışmışıq. Bir çox müqavilələrin bağlanmasına  nail olmuşuq.
-Qarşıdan gələn parlament seçkilərinə qatılıb yenidən 121 saylı dairədən deputat seçilməyi düşününürsünüzmü?
-Mənim növbəti parlament seçkilərinə qatılıb deputatlığa namizədliyimi verməyimi Yeni Azərbaycan Partiyası müəyyənləşdirə bilər. Yeni Azərbaycan Partiyasının rəhbəri var. Əgər rəva görülərsə, məsləhət olarsa, eyni zamanda, 5 il müddətində özümü doğrultmuşamsa, Yeni Azərbaycan Partiyasının üzünü hansısa formada ağ etmişəmsəŞ namizədliyimi verəcəm. Əgər məsləhət olmasa namizədliyimi verməyəcəm. Bu, birbaşa partiyadan asılı olan məsələdir.
шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024