Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (7-04-2015, 17:15)
“Sumqayıta 40 dəqiqəyə gedib-gəlmək mümkün olacaq”

Cavid Qurbanovun “Azərbaycan Dəmir Yoları” Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin olunmasından sonra bu sahədə əsaslı dəyişikliklərin olacağını çoxları gözləyirdi

 

Bundan əlavə, I Avropa Oyunları ərəfəsində dəmir yolunun iş qrafikində baş verəcək dəyişikliklərlə də bağlı müəyyən sullar yaranmışdı. Bu və digər sulların cavablandırılması üçün Modern.az saytı qurumun mətbuat katibi Nadir Əzməmmədovla söhbətləşib. Onunla müsahibəni təqdim edirik:
- Azərbaycandan dəmiryolu vasitəsilə hansı ölkələrə sərnişin daşınır və daşınan sərnişinlərin sayı təxminən nə qədər olur?
- Ümumilikdə, gün ərzində 3 min - 3 min 500 sərnişin daşıyırıq. Xaricə daşınan sərnişinlərlə bağlı konkret rəqəm demək çətindir. Çünki rəqəmlər dəyişir. Bu, birbaşa ölkələrdən asılıdır. Məsələn, qatarlarımız Moskvaya həftədə iki dəfə, Xarkova 4 gündən bir, Tiflisə isə hər gün sərnişin daşıyır.
 
- Gələcəkdə daha hansı ölkələrə dəmiryolu vasitəsilə sərnişin daşınması nəzərdə tutulub?
- Bu bizdən asılı deyil. Gələcəkdə bu haqda düşünmək olar. Qatarların istiqamətini əsasən sərnişin sıxılığı müəyyən edir. Yəni daha çox hansı istiqamətə tələbat varsa, ora da daha çox reyslər təşkil edilir. Məsələn, əvvəl iki Bakı-Tümen qatarımız vardı. Həmin istiqamətdə sərnişin sıxlığı müşahidə edildiyindən danışıqlar əsasında reys açılmışdı. Digər qatarlar indi Dərbənddən gedir, çünki tələbat artıb. Həmin istiqamətə getmək istəyənlər Bakı-Moskva, yaxud Bakı-Xarkov qatarları vasitəsilə gedərək Dərbənddə düşürlər. Ordan da başqa bir qatara minib hərəkət istiqamətərini davam etdirirlər.
- Təmiri davam etdirilən Sumqayıt dəmiryolu vağzalında sərnişinləri hansı yeniliklər gözləyir?
- Hazırda Sumqayıt dəmiryolu vağzalında layihələndirmə işləri aparılır. Hələ dəqiq bilinmir ki, vağzal təmir olunacaq, yoxsa yenidən qurulacaq. Layihə tam hazır olandan sonra bu haqda danışmaq mümkündür.
- Təmirdən sonra Bakı-Sumqayıt istiqamətində hərəkət etməsi üçün sürət qatarlarının alınacağı söylənilir. Bu məsələ hazırda hansı mərhələdədir?
- Söhbət hələ ki yolun təmirindən gedir. Təmirin yekunlaşması üçün 3 ay vaxt verilib və işlər başa çatdırıldıqdan sonra sürət qatarlarının gətirilməsi məsələsinə start veriləcək. Hazırda bu yöndə danışıqlar aparılır. Məsələ tam reallaşandan sonra geniş məlumat veriləcək.
 
- Sürət qatarlarının hərəkəti üçün yeni yolun tikintisi hansı ərazidə nəzərdə tutulub?
- Bakı-Sumqayıt arasında yolun istismar uzunluğu 42 km-dir. Bunun 36 km-i ikixətlidir, 6 km-i birxətlidir, yolun açıq uzunluğu isə 78 km-dir. 63 km yol əsaslı təmir olunmalıdır. Artıq 13 km-i təmir olunub. Bundan əlavə, Bakıdan Sumqayıta girməmək şərtilə yeni yol çəkiləcək. Yol Biləcəri, Güzdək, Baş Sumqayıta daxil olmadan birbaşa şəhərdən şəhərə istiqamətlənəcək.
Bildiyiniz kimi Baş Sumqayıtda şimal istiqamətinə yol ayrılır, məhz həmin yerdən Bakıya yol çəkiləcək. Birləşdirici yol Bakıdan birbaşa Sumqayıta istiqamətlənəcək. 40 dəqiqəyə gedib-gəlməsi nəzərdə tutulan sürət qatarları məhz bu yol üçün alınacaq.
- Sürət qatarlarının alınması üçün hansı ölkələrlə danışıqlar aparılır və təxminən neçə qatarın alınması nəzərdə tutulub?
- Hazırda Bakıdan Sumqayıta və əks istiqamətdə böyük həcmdə sərnişin axını müşahidə olunur. Bu istiqamətdə sərnişin sıxlığının azaldılması istiqamətində layihənin reallaşdırılması üçün hazırda Asiya İnkişaf Bankı (AİB) ilə danışıqlar gedir. “Azərbaycan Dəmir Yolları”  və Asiya İnkişaf Bankının nümayəndələri həmin yola baxış keçiriblər. Nəticədə müəyyən olunub ki, Bakı ilə Sumqayıt arasında yüngül reysli nəqliyyat üçün yol əsaslı təmir edilməlidir. Rabitə və siqnalizasiya sistemi də yenilənməli və 10 ədəd yeni elektrik qatarı alınmalıdır. Təxmini hesablamalara görə, elektrik qatarı gün ərzində 800-1000 sərnişin daşıya biləcək.
Təmir işləri yekunlaşandan sonra qatarların alınması üçün müqavilələr bağlanması, ölkəyə gətirilməsi prosesinə start veriləcək. Hələ ki məsələ danışıqlar səviyyəsindədir.
 
- Bakı 2015: I Avropa Oyunları ərəfəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin iş qrafikində hər hansı dəyişiklik ediləcəkmi?
- Nəqliyyat Nazirliyinin tədbirlər planına uyğun olaraq işimizi qurmuşuq. Hazırda hazırlıq işləri görülür. Belə ki, vağzal ərazisində istiqamətləndirici nişanlar olan lövhələr yenilənib, onlar ingilis dilinə tərcümə olunub, miqrasiya xidməti fəaliyyət göstərir, məlumat bürosu yaradılıb və yaxın zamanda lazımlı avadanlıqlarla təchiz olunacaq. Bundan əlavə, bələdçilər, qatar rəisləri, stansiya işçiləri xarici vətəndaşlarla ünsiyyət yaradılmasında problem yaşanmaması üçün ingilis dili kurslarına gedir.
- Dəmiryolu vağzalında başlanan təmir işləri Bakı 2015: I Avropa Oyunlarına qədər tamamlanacaqmı?
- Qərara alınıb ki, vağzalın fasadı sökülsün və köhnə binaya uyğunlaşdırılsın. Bundan əlavə, binanın daxilində memarlıq üslubu saxlanılmaq şərtilə yenidən qurulacaq. Binanın içində olan bilet kassası, saxlanma kamerası, sərnişinlər üçün nəzərdə tutulan otaqlar, gözləmə foyesi, rabitə, kafe və s. yenidən təşkil ediləcək. Birinci mərtəbədən ikinci mərtəbəyə qalxmaq üçün ekskalator da quraşdırılacaq. İşlər çox olduğundan oyunlara qədər tamamlanması mümkün deyil. Çünki söhbət əsaslı təmirdən gedir, olimpiadaya qədər onların müəyyən hissəsi çatdırıla biləcək.
шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024