Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (3-04-2015, 14:25)
“Azərbaycanın mənafeləri üçün hansısa təhlükə yaranarsa... ”

Etibar Məmmədovdan “Yeni Müsavat”a 60 yaş müsahibəsi

 

Aprelin 2-sində istiqlalçı deputat, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədovun 60 yaşı tamam oldu. 
Yubilyar açıqlamasında deyib ki, həmin gün onunla yanaşı oğlunun da doğum günüdür. “Ona görə də hər ilin 2 aprel tarixi gələndə mənim yox, oğlumun ad günü qeyd olunur”.
E.Məmmədov ad günü keçirməyin əleyhinə olmadığını  vurğulayıb: “Təbii ki, oğlum dünyaya gələnə qədər ad günümü bir məclis şəklində keçirirdim. Bir çox siyasətçilər doğum günü keçirmək həvəsində olmasa da məndə belə bir hal olmayıb. Sadəcə olaraq, bir zamanlar işlərimin çoxluğu ilə əlaqədar doğum günü keçirməyə vaxtım yox idi. İndi isə kifayət qədər vaxtım var. Buna baxmayaraq, yenə də əsas üstünlüyü oğlumun doğum gününə verirəm. Hər il olduğu kimi, bu il də təbrik zəngləri gəlir. Bu gün ilk təbriki köhnə dostlarımdan və məktəb yoldaşlarımdan aldım. Məni təbrik edən hər kəsə minnətdarlığımı bildirirəm”.
1955-ci il aprelin 2-də Bakı şəhərində anadan olan E.Məmmədov 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. Burada eks-prezident Əbülfəz Elçibəyin tələbəsi olub və bu amil onun siyasi fəaliyyətinə təkan verib. Belə ki, o, Əbülfəz bəyin yaratdığı qruplardan birinə üzv olmaqla  mübarizə dolu bir həyata qədəm qoyub. Bitirdiyi universitetdə müəllim kimi fəaliyyətə başlayan Etibar Məmmədov 1985-ci ildə namizədlik dissertasiyası müdafiə edərək elmlər namizədi elmi dərəcəsi alıb.
O, Azərbaycan milli azadlıq hərəkatının liderlərindən və müstəqillik aktına imza atan siyasətçilərdəndir. 1990-cı ilin qanlı yanvar hadisələrindən sonra həbs edilən E.Məmmədov Moskvada, Lefortova həbsxanasında saxlanılarkən onun azadlığı tələbi ilə 1 milyondan çox imza toplanılmışdı. 1992-ci ildə Azərbaycan Milli İstiqlal Partiyasının yaradıcılarından biri olaraq partiyanın ilk sədri seçilib. 
Lakin həyatının sonrakı dönəmlərində o, liderinin prezidentliyi dönəmində ona müxalif mövqedən çıxış edib. 2005-ci il parlament seçkilərindən sonra isə E.Məmmədov aktiv siyasətdən uzaqlaşıb. 1986-cı ildə ailə həyatı quran E. Məmmədovun 2 oğlu, 1 qızı var.
Yubileyi münasibətilə təbrik etdikdən sonra E.Məmmədovdan bir sıra suallarına cavab aldıq.
- Etibar bəy, 60 yaş sizə vahiməli görünmür ki? 
- Yox, yaş vahiməli görünməməlidir. Həyatda vahiməli olan başqa şeylər var. 
- Yaşın ağırlığını necə, hiss edirsinizmi? 
- Yox. Normal yaşayırsansa, əsasən də dostlar, yaxınlar varsa, gələcəyə inam varsa, yaşın heç bir mərhələsində onun ağırlığını hiss etməməlisən. Sağ olsunlar, dostlar, yaxınlar, doğma insanlar var. Ən əsas müstəqil Azərbaycan var.
 
Təbrik aldığınız insanlar sırasında köhnə hərəkatçılar, silahdaşlar da varmı? 
- Sağ olsunlar, hamısından təbrik alıram, hamıya təşəkkürümü bildirirəm və onlara da uzun ömür, cansağlığı arzulayıram. 
Yubiley yaşında ürəyinizdən istiqlalına səs verdiyiniz Azərbaycan dövlətinin orden-medallarını almaq keçirmi?
- Yox, elə Azərbaycanın müstəqillik qazanması mənim üçün ən böyük mükafatdır. 
- Siyasətdən getdiyinizi bəyan etsəniz də, hər halda builki parlament seçkiləri barədə münasibətiniz maraqlıdır. Partiyadan təkid olarsa, namizədliyini irəli sürəcəksiniz?
- Siyasi proseslər heç vaxt dayanmır, siyasi proses fasiləsiz davam edir. Həmişə, hər dövrdə hansısa proseslər gedir. İnşallah bu seçkilər Azərbaycan üçün faydalı olar. 
Sizin də qatıldığınız, yoxsa müşahidə etdiyiniz seçkilər? 
- Müşahidə etdiyim də, qatıldığım da, fərqi yoxdur. Təki Azərbaycan üçün, dövlətimiz üçün xeyirli olsun. 
- Belə anlaşıldı ki, hələ son qərarınızı verməmisiniz...
- Yox, hələ bir qərarım yoxdur. 
Bu, seçkiyə inamsızlıqla bağlıdır, yoxsa başqa səbəbi var? 
- Məşğul olmaq istəyənlər olsunlar da. Mən hələ müşahidə edirəm. 
Etibar Məmmədovun növbəti dəfə böyük siyasətə qayıdışı gözləniləndir?
- Mən bir dəfə demişəm, yenə də təkrar edirəm, siyasət fasiləsiz prosesdir və siyasətlə bir dəfə məşğul olan şəxs ondan heç vaxt birdəfəlik ayrılmır. Sadəcə olaraq Azərbaycanın təhlükəsizliyi, Azərbaycanın mənafeləri üçün hansısa təhlükə yaranarsa, mən birbaşa müdaxilə etməyə, hər şeyə qarışmağa həmişə hazıram. Hesab edirəm ki, siyasətlə məşğul olan hər kəsin mövqeyi bundan ibarət olmalıdır. 
Elə təhlükələrdən danışmışkən, şimal təhdidləri barədə çox danışılır. Azərbaycan növbəti dəfə rus imperiyasının təcavüzünə məruz qala bilərmi?  
“Azərbaycanın mənafeləri üçün hansısa təhlükə yaranarsa, mən birbaşa müdaxilə etməyə, hər şeyə qarışmağa həmişə hazıram”
- Təhdidlər həmişə olub, olacaq da. Qonşu varsa, o, bir gün yaxşı olacaq, ayrı cür başqa cür. Əsas odur ki, dövlətin özü möhkəm olsun, daxili sabitlik qorunsun, dövlətə əhalinin inamı güclənsin. Ondan sonra digər təhlükələrin çox böyük qorxusu olmaz. 
- İqtidar və müxalifətdən olan partiyaları arasında növbəti görüş keçiriləcək. AMİP lideri kimi sizin də iştirakçı olmağınız mümkündürmü?
- Yox, partiya var, seçilmiş rəhbər şəxsləri var, onlar iştirak edirlər. Məncə, bu, kifayətdir. Belə görüşlərin olması yerində durmaqdan daha yaxşıdır. Ancaq istənilən bir görüşün əvvəldən mövzusu olmalıdır ki, nəyisə müzakirə etsinlər. Salamməleyk xatirinə görüş olmaz.
 
- Bu gün Qarabağdan sonra ölkə üçün həlli vacib məsələ nəyi sayırsınız?
- Həlli vacib məsələlər çoxdur. Bu gün hamını düşündürən birinci məsələ iqtisadi gərginliklə bağlıdır. Mən hesab edirəm ki, tezliklə bu vəziyyəti sabitləşdirməyə ehtiyac var. 
- Siz həm də iş adamları ilə birgə çalışırsınız. Bu iqtisadi gərginlikdə sizi də zərərçəkən saymaq olarmı?
- Belə proseslərdə zərər çəkməyən olmur, hamı zərər çəkir.
Etibar bəy, sizin ad gününüzdə Kəlbəcər işğal olunub, söhbətimiz də bu günə təsadüf edir. Bu gündən baxanda həmin hadisəni necə xatırlayırsınız? 
- Kəlbəcərin işğalı çox ciddi hadisə idi. Bu, Azərbaycana qarşı vurulan ən böyük zərbə idi. Çünki birbaşa Ermənistan ordusunun iştirak etdiyi və Dağlıq Qarabağın ərazisindən kənar bir rayonun işğalı - özü də danışıqlar gedən vaxt - çox böyük təxribat idi. Təəssüf ki, o, Azərbaycanın strateji bir ərazisinin düşmənin əlinə keçməsi ilə nəticələndi. Bunun ardınca da çox böyük dalğa yarandı. Hansı ki, digər rayonların da işğalı ilə bitdi. Kəlbəcər Azərbaycan üçün həm hərbi-strateji, həm mənəvi baxımdan çox mühüm bir yerdir.
Bu günlərdə Dağlıq Qarabağın ətraf bölgələrinin geri qaytarılacağından növbəti dəfə danışılır. Siz bu nikbin açıqlamaları bölüşürsünüzmü? 
- Sakitliklə olmayacaq. Ancaq əsas odur ki, Azərbaycanda Silahlı Qüvvələrimizə inam gün-gündən artır. Silahlı qüvvələrin rəhbərliyindəki mövqe çox xeyirli mövqedir ki, qeyri-müəyyənlikdən çıxıblar və düşmənin hər hansı bir hərəkətinə çox ciddi cavab verirlər və əsgərlər də, zabitlər də, əhali də bundan ruhlanır. Bu, düşmən üçün də çəkindirici bir faktordur. Hərbi qüvvə olduğu bir zamanda danışıqlar aparmaq, hansısa güzəştə vadar etmək daha rahat olur. 
- Siz özünüz də idmanla müntəzəm məşğul olan şəxssiniz. Azərbaycanda Yay Avropa Oyunlarının keçirilməsi ilə bağlı nə deyə bilərsiniz?   
- İdman yaxşı şeydir, Avropa Yay Oyunlarının keçirilməsi də müsbət hadisədir. İdmançıların, qonaqların Azərbaycana gəlməsi də təqdirolunandır. Ancaq Avropa Oyunlarından sonra həmin idman qurğuları nə cür olunacaq, Azərbaycanda idmanın inkişafı üçün kütləvi prosesin getməsi üçün olacaq-olmayacaq, bunlar gərək indidən müəyyənləşdirilsin...
шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024