--- (Bu gün, 12:18)
Taleh Qaraşov Ləj kəndinin sakinlərinin qayğı və problemlərini dinləyib-FOTOLAR

Tədbir öncəsi Milli Qəhrəman Əsgər Əliyevin və şəhid Natiq Aslanovun Ləj kənd tam orta mətkəbinin həyətindəki büstü ziyarət edilib, önünə tər güllər düzülüb.
Taleh Qaraşov ötən görüş-qəbulda qaldırılan məsələlərin icra vəziyyəti barədə yerli sakinlərə məlumat verib. Onun sözlərinə görə, yerli icra hakmiyyətinin səlahiyyətləri çərçivəsindəədalətli qaldırılan bütün məsələlər həllini tapıb. İcra başçısı bildirib ki, cənab Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq keçirilən görüşlər insanların gündəlik qayğı və problemlərinin öyrənilməsinə, onları narahat edən məsələlərin yerində araşdırılmasına, habelə obyektiv qaldırılan məsələlərin ədalətli həllinə nail olmaq məqsədini daşıyır.
Taleh Qaraşov qeyd edib ki, vətəndaşlar tərəfindən qaldırılan məsələlərə operativ reaksiya verilməsi və həlli imkanlarının yerində araşdırılması, nəticədə vətəndaş məmnunluğunun təmin olunması baxımından səyyar görüş-qəbullar önəmlidir.
Səyyar görüş-qəbulda ədalətli qaldırılan yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlər yerindəcə həllini tapıb, digər müraciətlər müvafiq qurumlara yönləndirilmək üçün qeydiyyata alınıb.
Ləj kəndinin sakinləri fikir və istəklərini maneəsiz, könüllü şəkildə rayon rəhbərliyinə çatdırıblar. Yerli sakinlər məmur-vətəndaş münasibətlərindəki birbaşa dialoq mühitinin yüksələn xəttlə inkişaf etdiyini, ölkədə sosial inkişaf istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu ifadə ediblər və buna görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.






Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
3 07 2025
3 07 2025
3 07 2025
3 07 2025
3 07 2025
3 07 2025
3 07 2025
3 07 2025
3 07 2025
3 07 2025
3 07 2025
3 07 2025