Region (21-02-2015, 14:48)
“Məni əsas maraqlandıran Rauf Mirqədirovdur”
Elçin Şıxlı Nulandla görüşünün təfərrüatlarından danışdı; “Ümumən onlar bizimlə çalışacaqlar və istəyirlər ki, bu vəziyyət aradan qalxsın”
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Viktoriya Nulandın fevralın 17-də Bakıya etdiyi qəfil səfərin detalları hələ də müzakirə mövzusudur. Səfər çərçivəsində V.Nulandın fəaliyyətini dayandırmış “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı ilə görüşməsi isə sözügedən nəşrlərin taleyi, habelə həbsdəki əməkdaşı Rauf Mirqədirovun azadlığa çıxması ilə bağlı optimist proqnoz yaradır.
E.Şıxlı “Yeni Müsavat”a müsahibəsində bu görüşün detalları barədə danışdı. Müsahibimiz öncə görüşün gedişi barədə məlumat verdi: “Sadəcə ümumi vəziyyətdən söhbət getdi. Ümumən xəbərləri var ki, nə baş verir. Sadəcə media qanunlarının nə dərəcədə demokratik olub-olmadığını soruşdu. Jurnalist assosiasiya və birliklərinin olub-olmadığını sual etdi. Amma sizin nəzərdə tutduğunuz kimi qəzetlərin vəziyyəti ilə bağlı konkret söhbət olmadı. Onların ümumi prinsipləri budur ki, Azərbaycanla əməkdaşlıq etmək istəyirlər. Əsas bilmək istədikləri budur ki, Azərbaycan qərbə və demokratiyaya doğru yönümünü dəyişmək istəyir, ya yox. Və mən onun sözündən belə başa düşdüm ki, biz dəyişmək istəmirik”.
- Doğrudanmı, o görüş zamanı “Ayna-Zerkalo” qəzetlərinin taleyi Numandı maraqlandırmadı və o, bu barədə heç nə soruşmadı?
- Maraqlandırmadı deyəndə ki, vəziyyətin nə yerdə olmasından xəbəri vardı. Məni əsas maraqlandıran Rauf Mirqədirovdur. Onun haqqında dedim. Çünki Rauf haqqında məlumatları yox idi. Onu dedim. Ondan sonra da qəzetin bağlanması və sair barədə danışdıq. Mən belə başa düşürəm ki, Nuland “Zerkalo” qəzetin hər gün oxumurmuş. Ona görə də onunçün qəzetin hər gün çıxıb-çıxmaması o qədər də fərq etməyib. (gülür) Bizim miqyasımızda iki qəzetdir, amma onlar üçün heç nədir, çox kiçikdir. Onlar üçün ümumi vəziyyət maraqlı idi, mən də onu söylədim. Bizdə olan qanunlar əsasən o qədər də pis qanunlar deyil. Amma bizim ən böyük problemimiz o qanunların kağız üzərində qalması, işləməməyidir. Özümüz yazdığımız, qəbul etdiyimiz qanunlarımız işləsəydi, tamam başqa bir şey olardı. Ümumən onlar bizimlə çalışacaqlar və istəyirlər ki, bu vəziyyət aradan qalxsın.
- Bəs Rauf Mirqədirovla bağlı dedikləriniz, verdiyiniz məlumat onlar üçün nə dərəcədə əhəmiyyətli olacaq sizcə? Həbsdəki jurnalistin işində bir dönüş yaradacaqmı? Onun hökumət rəsmiləri ilə görüşündə müzakirə mövzusu olacaqmı?
- Hansısa konkret bir şəxsin ətrafında kiminsə, xüsusən də Amerika kimi bir dövlətin konkret Elçinin, ya Xədicənin haqqında danışması inandırıcı deyil. İnanmıram ki, belə bir söhbət etsinlər. Danışanda ümumən danışırlar. Ayrı-ayrı hallar qayda halını almamış sayılır. Amma mütəmadi olaraq eyni şeylər baş verirsə, bu artıq adət halını alanda ümumi bir qanunauyğunluğa çevriləndə həmin o qanunauyğunluğa çevrilən hansısa bir hadisənin qarşısını almaq üçün söhbət aparılır. Ona görə də qəti əminəm ki, bunu deməyəcəklər: “Raufu sabah buraxmasaz, Azərbaycanı belə edəcəyik”... Bu, mümkün deyil.
- Cəmiyyətdə, ictimai-siyasi sektorda “Qərb əlini Azərbaycan mediasından çəkib” tipli bir fikir formalaşıb. Vaxtilə medianın durumu ilə bağlı verilən bəyanatlar, etirazlar artıq yoxdur. Sizcə bu yaranmış fikir həqiqətə söykənir, ya reallıqdan uzaqdır?
- Olar yəhudilər kimi sualınıza sualla cavab verim? Əgər onlar Azadlıq Radiosunun Azərbaycanda fəaliyyətini tam şəkildə bərpa eləmək əzmindədilərsə və bunu edəcəklərsə, deməli, o verdiyiniz suala ehtiyac qalmır. Yox, əgər bunu etməyəcəklərsə, siz dediyinizdir.
- Son olaraq rəhbəri olduğunuz “Ayna Zerkalo” qəzetlərinin taleyi ilə bağlı son durumu da soruşum. Bir inkişaf varmı, müsbətə doğru gözlənti varmı? Yoxsa iki ay öncə müsahibə götürdüyümüz səviyyədədir?
- Elə həmin səviyyədədir. Mən nə kiminləsə söhbət aparmışam, nə də aparıram. Heç bunla maraqlanan da olmayıb. Ona görə də necədirsə, elə də qalıb. Əvvəlki çərçivələr daxilində işləməyi də mənasız sayıram. Qəzetin bağlandığı şərait dəyişməyib. Onu yenidən açmağın heç bir mənası yoxdur.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024