Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (24-11-2023, 13:21)
Masallıda kanallara beton üzlüklər vurulur

 
Masallı Viləşçay Su anbarı İstismarı idarəsi tərəfindən cari suvarma mövsümündə sakinlərin və fermerlərin təsərrüfatının suvarılmasında problemlərin yaranmaması və torpaqların su təminatını zamanında və itkisiz həyata keçirmək məqsədi ilə rayonun əsas su kanallarından səmərəli istifadə etmək üçün ardıcıl tədbirlər həyata keçrilir.Masallıda  əkinlərin suvarılmasını vaxtında təmin etmək üçün qabaqlayıcı tədbirlər görülür. Rayon  Su anbarı İstismarı idarəsinin əməkdaşları arx və kanalları lildən təmizləyir, cari təmir işləri aparırlar. Yazda yağış sularının fəsad törətməməsi üçün çay məcraları da təmizlənir.
Masallıda torpaq mülkiyyətçilərinin suvarma sarıdan çətinlik çəkmələləri üçün Viləşçay Su anbarı   İdarəsi tədbirlərə vaxtından əvvəl başlayıb. Melioratorlar  əkinlərin suvarılmasının vaxtında həyata keçirilməsi, su itkisinin qarşısının alınması istiqamətində işləri davam etdirirlər. Arxların, eləcə də kanalların dəhnələri şitlər, beton bloklar, həmçinin digər vasitələrlə möhkəmləndirilir.
46 milyon kubametr həcmində olan Viləşçay su anbarında hal – hazırda 38 milyon kubametr su yığılıb. Buna səbəb bu il yağışların, sel sularının olmamasıdır. Viləşçay su anbarı məcra tipli anbar olduğundan bura su Viləş çayından və Motal çaydan daxil olur. Masallı rayonunda Viləşçay su istismar idarəsi tərəfindən 10 min 131 hektar əkin sahəsi suvarma suyu verilir. Bunun 9 min 982 ha Viləşçay su anbarı vasitəsilə, qalanı isə Babaser və kiçik sututarlar, subartizianlar vasitəsilə təmin olunur.

Rayonun Xırmandalı kəndində 60 – cı illərdən bağlı olan “Salyan yolu” adlanan ərazidən 10 km uzunluğunda açıq torpaq kanalı qazılır. Bu kanlal vasitəsi alternativ su mənbəyi kimi istifadə olunacaq. Hal – hazırda Viləşçay su anbar istismar idarəsinin texnikaları vasitəsilə lildən təmizlənmə işləri aparılır. Burada suyun gəlişi, kəndin əkin sahələrində və heyvandarlığın inkişafında çox rolu olmağı gözlənilir. İşlərin bir həftə, 10 gün ərzində başa çatdırılması nəzərdə tutulub.Qeyd edək ki, Viləşçay su anbarının balansında olan 3 nömrəli qapalı diametri 1020 mm – lik boru kəmərində metal boru kəmərində 700 m uzunluğunda əsaslı təmir işləri aparılmış və ya yenisi ilə əvəz edilmişdir. Qapalı şəbəkənin 250 – 300 hektar əkin sahəsində cari təmir işləri yekunlaşıb və köhnə borular yeni borularla əvəz olunub. 438 km açıq torpaq kanallardan, bu ilin birinci rübündə 53 km – lildən təmizlənərək, qazılıb, əhalinin istifadəsinə verilmişdir.Bütün bunlar Rusif Kərimovun Masallı Viləşçay Su anbarı İstismarı idarəsinin rəisi təyin olunduqdan sonra gğrülən işləridir.
 

Masallıda torpaq kanallarda lildən təmizlənmə işləri aparılır, kanallara beton üzlüklər vurulur
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024