Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (12-11-2023, 19:27)
Şəhid Həsən Quliyevin anım günüdür.

 




Quliyev Həsən 9 iyul 2002-ci ildə Qobustan rayonunun Sündü kəndində, kasıb bir ailədə  anadan olub. Sündü kəndi Şikar Şikarov adına orta məktəbi bitirib. Ailəsi 5 nəfərdən ibarət olub: ata,ana və 3 qardaş.
Atası Quliyev Yalçın Əmirağa oğlu II ci qrup əlil, anası Quliyeva Ziyafət Qaraxan qızı evdar xanım. Kiçik qardaşı Quliyev Orxan 15 may 2006-cı il təvəllüdlü, nitq qüsurludur.. Evin böyük oğlu elə Həsən özü idi. Həsən çox sakit, ürəyi təmiz, həssas, kövrək, ağıllı bir gənc idi. Həsən kasıbçılıqla böyümüş olsa da, hər zaman gözü tox uşaq kimi tanınıb. Əsgərlikdən gələndən sonra böyüdüyü o kiçik evi böyüdəcək, kənd təsərrüfatı ilə məşğul olacaqdı. Arzuları yarımçıq qaldı…
Məktəbi bitirdiktən sonra işləyib, bir neçə ay ailəsinə dəstək olub. Orta məktəbi bitirdiktən sonra peşə məktəbi, sürücülük ixtisasına qəbul olub və sürücülük vəsiqəsi alıb. Daha sonra isə 2020-ci il iyul ayının 17-si hərbi xidmət üçün Füzuliyə yola düşüb. Həsən əsgər getdiktən 3 ay sonra isə ikinci Qarabağ müharibəsi başlayıb. İlk döyüşü Füzulidə başlayıb. Füzuli, Xocavənd uğrunda gedən döyüşlərdə şücaətlə iştirak edib. Noyabrın 1-i Şuşa istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ailəsi onun ölümündən 10 gün sonra xəbərdar olub. Noyabrın 12-si şəhid Həsən Quliyev xalqın böyük izdihamı ilə uğrunda can verdiyi torpağa tapşırılıb.

Ölümündən sonra şəhid Həsən Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” , “Xocavəndin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
29 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024