Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region / Slayd (6-02-2015, 13:53)
Fəttah Heydərov: “Azərbaycan nə Rusiyaya, nə Ukraynaya tərəf olmayacaq”

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərovun müsahibəsini təqdim edirik

 

 
– Ermənilər bu il qondarma “soyqırım” iddialarının 100 illik yubileyini qeyd etməyə hazırlaşır. Ermənilərin bu cür yalan kampaniyasına qarşı Azərbaycan və Türkiyənin cavab potensialını necə qiymətləndirirsiniz? 
 
– Ermənilər uzun illərdir ki, qondarma “soyqırım” iddiası irəli sürürlər. Onların iddialarına görə, guya 1915-ci ildə ermənilərə qarşı soyqırımı törədilib və sairə. Təbii ki, bütün bunlar sübutsuz, faktsız qondarma iddialardır. Ermənilər hər il həmin qondarma “soyqırım” qurbanlarının sayını da artırır. Bununla da ermənilər özlərinə haqq qazandırmağa çalışaraq, dünyada uydurma və yalançı təbliğat aparırlar. Ancaq nə yaxşı ki, insanlar tarixi yaxşı bilir. Ermənilər dünya müharibələri zamanı həlak olan insanları türklərin ayağına yazmaq istəyir. Halbuki həmin vaxtlarda dünyanın hər yerində, eləcə də Türkiyənin özündə milyonlarla insan müharibənin qurbanı olub.
 
Amma həmin dövrlərdə ermənilər Azərbaycanın və Türkiyənin müxtəlif ərazilərində dəhşətli soyqırımılar törədiblər. Çox təəssüf ki, ermənilər indi özlərinin “soyqırıma” məruz qaldıqlarını iddia edirlərr. Digər tərəfindən, çox təəssüf ki, ermənilər yaxın tarixdə törətdikləri Xocalı soyqırımı kimi faciəni dünya ictimaiyyətinin diqqətindən yayındırmağa çalışırlar. Əsrin əvvəllərində ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlar bu gün də insanlarımızın yadından çıxmayıb. Əsrin əvvəllərində ermənilər Naxçıvanda, Bakıda, Qubada, Salyanda, Gəncədə və digər ərazilərdə soyqırımlar törədiblər. Bütün bunlar tarixdə real faktlarla qalır. Ermənilər türklərə qarşı törətdikləri soyqırımları indi ört-basdır etmək istəyir. Bunun üçün də qondarma “erməni soyqırımı” iddiasını ortaya atıblar.
 
Artıq dünya əhalisi də kimin məzlum, kimin qatil olduğunu dərk edir. Vaxtilə soyqırımın şahidləri olmuş şəxslərdən bu gün həyatda yaşayanları var, onlar hər şeyi olduğu kimi dünyaya çatdırırlar. Ermənilərin 1992-ci ildə Xocalıda bütün əhalini kütləvi şəkildə qətlə yetirməsi və onlara qarşı soyqırım törətməsi dünyanın gözü qarşısında baş verib. Xocalıda törədilmiş həmin dəhşətli soyqırımın bu gün canlı şahidləri var. Ermənilər bunu nə qədər inkar etsə də, bu mümkün olmayacaq. Ona görə də, gərək dünyanın heç bir yerində ermənilərin qondarma “soyqırım” iddialarına inanılmasın. Çünki tarixdə ermənilərə qarşı türklərin soyqırımı olmayıb. Ermənistan işğal etdiyi torpaqlarımızı indiyədək hələ də azad etməyib. İşğalçı Ermənistan beynəlxalq hüququn, o cümlədən BMT-nin və digər beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qəbul etdiyi qərarların tələblərinə məhəl qoymur. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində minlərlə günahsız insan həlak olub, milyonlarla soydaşımız öz dədə-baba yurdlarından didərgin düşüb, onların hüquqları 20 ildən çoxdur ki, pozulub. Bütün bunlar faktdır və bütün beynəlxalq birlik bilir.
 
– ATƏT PA-da Siyasi məsələlər və təhlükəsizlik komitəsi sədrinin müavini, Milli Məclisin deputatı Azay Quliyev gələn ay Vyanada keçiriləcək qış sessiyasında həm Almaniyanın, həm də Türkiyənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Minsk qrupu çərçivəsində həll prosesinə yaxından cəlb edilməsi və hazırda 3 ölkədən ibarət həmsədrlik institutunun dəyişdirilərək “5-lik Sədrlər Şurası” ilə əvəz olunması haqqında məsələ qaldırmağı planlaşdırdığını bəyan edib. Siz də Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvüsünüz. Bu məsələ ilə bağlı sizin fikriniz necədir?
 
– Mən 16-ildən çoxdur ki, 57 dövlətin iştirak etdiyi ATƏT Parlament Assambleyasının üzvüyəm. Çox təəssüf ki, beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk qrupunun uzun illərdən bəri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı apardığı səyləri heç bir nəticə verməyib. ATƏT-in Minsk qrupu münaqişənin həlli ilə bağlı süründürməçilik həyata keçirir və işğalçı Ermənistana sərt fikir bildirə bilmir. Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı qəti qərara gəlmək niyyətində deyil. Həmin təşkilat beynəlxalq aləm qarşısında üzərinə götürdüyü öhdəliyi layiqli icra edə bilmədiyi üçün bu prosesə daha çox vasitəçinin cəlb edilməsi məqsədəuyğun olardı. Çünki ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlara və işğalçılıq siyasətinə dünya birliyi biganə qalmamalıdır. Bu baxımdan da Minsk qrupu həmsədrliyində Almaniya və qardaş Türkiyənin nümayəndələri də iştirak edərsə, o zaman münaqişənin daha obyektiv və ədalətli həllinə gətirib çıxara bilər. Əgər bu dəfə də erməni yalanlarına inanılarsa, erməni lobbisi Minsk qrupunun fəaliyyətinə təsir edərsə, o zaman münaqişənin bir çıxış yolu qalır. Bu da sülh yola olmayacaq. Təbii ki, bu da insanların yeni müharibələrə, qarşıdurmalara və hərəkatlara zövq edilməsinə səbəb olacaq.
 
Çox hörmətli Azay müəllim həm də bu qurumda vəzifə daşıyır. Bütün bu məsələlər artıq 16 ildir ki, ATƏT Parlament Assambleyasında qaldırılır. Ancaq bu qurumun özündə anti-Azərbaycan və anti-müsəlman istiqaməti var. Dediyim kimi, biz bütün bu məsələləri hər zaman gündəmə gətiririk. ATƏT Parlament Assambleyasının Bakıda keçirilən iclasında da oxşar məsələlər qaldırılıb. Bütün bu məsələlər ATƏT rəsmilərinin özlərinə də bəllidir. Onlar ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə də çox yaxşı tanışdır. Çox təəssüf ki, bu qurumun sənədlərinə Azərbaycanın ərazi bütövlüyünə qarşı işğalçılıq siyasəti və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir kəlmə də söz salınmayıb. Ancaq 57 dövlətin üzvü olduğu, 350-dən çox deputatın iştirak etdiyi qurum Bakıdan gedəndən sonra öz qətnaməsində yalnız onu yazır ki, həbs olunan bir şəxs azad edilsin və sairə. Guya ki, bu adam 350 deputatın ən sevimli adamıdır və onu cinayət hərəkətinə görə həbs etmək olmaz. Ona görə də, bu cür təşkilatların fəaliyyəti bizim üçün qəbuledilməzdir. Onlar “demokratiya” adı ilə tamamilə anti-demokratik addımlar atırlar. Bu təşkilatların özləri heç demokratiyanın nə olduğunu bilmir, digər ölkələrdən demokratiya tələb edirlər. Adətən bu təşkilatlar bir sıra ölkələrə “demokratiya” ifadəsindən təzyiq vasitəsi kimi istifadə edirlər. Azərbaycan dünyada öz demokratikliyi, inkişafı, sabitliyi ilə nümunə ölkələrdən biridir. Biz torpaqlarımızı işğaldan sülh yolu ilə azad etmək istəyirik, müharibə istəmirik. Dünya birliyini səsləyirik ki, bu münaqişənin dinc və ədalətli yolla həll edilməsinə kömək etsin. Azərbaycan regionda sülhün və sabitliyin qarantıdır, nümunəvi ölkədir. Azərbaycanda dini, irqi və milli mənsubiyyətinə görə ayrı-seçkilik yoxdur, biz bu sahədə də nümunə ölkəyik. Eyni zamanda, haqqın-ədalətin yanındayıq, işğalçı Ermənistanın bu siyasətini dərhal dayandırmasını tələb edirik. Keçmişdə olan müharibələr bu gün böyük nifrətlə xatırlandığı kimi, Ermənistanın da işğalçılıq siyasəti nifrətlə xatırlanacaq.
 
–AŞPA-nın son sessiyasında Azərbaycanın Rusiya lehinə qərar verməsi Ukrayna tərəfindən birmənalı qarşılanmadı. Hətta, Ukraynanın Azərbaycandakı səfiri də buna etiraz etdi. Bu məsələyə münasibətiniz necədir?
 
– Mənim fikrim ondan ibarətdir ki, həmin beynəlxalq qurumlar bu gün dünyanın bəzi ölkələrində sabitliyi və inkişafı qəbul etmək istəmir, öz inkişaflarını başqa ölkələrin daxilində qarşıdurma və müharibə yaratmaqda, millətləri bir-birinə qarşı qoymaqda tapır və bu siyasi xətti davam etdirirlər. Həmin qurumlar bu gün tolerantlığı əsas götürmür, qarşıdurmalar yaratmaq üçün hər vasitəyə əl atırlar. Onlar Ukraynada da buna nail oldular. Ukrayna Rusiya ilə düşmən dövlət deyil. Ukrayna uzun illər SSRİ-də Rusiya ilə bir yerdə fəaliyyət göstərib. Digər tərəfdən, Ukrayna və Rusiya bir millətin iki dövlətidir. Ukrayna və Rusiya bir-biri ilə qarşılıqlı əməkdaşlıq və yardım etmək əvəzinə, həmin dairələrin səyi nəticəsində bu gün iki qardaş xalq bir-birinə qarşı dayanıb və müharibə aparırlar. Biz bu müharibənin əleyhinəyik, ona görə də Azərbaycan nə Rusiyaya, nə Ukraynaya tərəf olmayacaq, müharibəyə və qan tökülməsinə qarşı olacaq. Azərbaycan hər zaman sülh siyasəti yürüdür. Ona görə də ya Rusiya, ya Ukrayna, ya da hər hansı MDB dövlətinin dərdinə şərik olub, digərinə qarşı çıxmaqla yarımçıq siyasət həyata keçirə bilmərik. Rusiya bizim çoxəsrlik qonşumuzdur. Azərbaycan, Ukrayna və Rusiya keçmişdə bir imperiya tərkibində olub, sonradan müstəqillik əldə ediblər. Ona görə də biz qonşuluq və dostluq siyasətimizi işğalçı Ermənistan istisna olmaqla, bütün dövlətlərlə bərabər səviyyədə aparırıq. Digər dairələr də bizdən nümunə götürməlidir. Azərbaycan öz siyasətində müstəqildir, hörmətli Prezidentimiz İlham Əliyev də bu siyasəti cəsarətlə həyata keçirir. Dövlətimizin müstəqilliyi bizim üçün hər şeydən qiymətlidir. Bu müstəqil siyasətdə də qarşılıqlı dostluq və qonşuluğu hər zaman üstün tutmuşuq. Bu, gələcəkdə də bu cür davam edəcək
шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024