Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (29-12-2022, 09:09)
Yevlaxda möhtəşəm bayram konserti - FOTO

Yevlaxda möhtəşəm bayram konserti
Yevlax şəhərindəki Heydər Əliyev Xiyabanında 31 Dekabr - Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə möhtəşəm
bayram konserti keçirilib. Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının kollektivinin, rayonun
idarə, təşkilat, elm və təhsil müəssisələrinin, gənclərin, veteranların və
ictimaiyyət nümayəndələrinin, minlərlə sakinin iştirakı ilə keçən konsertdə
əsl bayram ab-havası yaşanıb.
Bayram tədbirində qeyd edilib ki, Dünya Azərbaycanlılarının Milli
birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı məhz Ulu Öndər Heydər
Əliyevdir. Ulu Öndərin siyasi uzaqgörənliyinin nəticəsidir ki, həm
Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımız
bu bayramı iftixar və qürurla qarşılayırlar.
Ölkəmizdən kənarda yaşayan soydaşlarımız Vətən müharibəsi
zamanı Dünya Azərbaycanlılarının qürur ünvanı olan Azərbaycan
Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham
Əliyevin rəhbərliyi altında sıx birləşdilər, Azərbaycan həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılması işində fədakarlıq göstərdilər, bu da Şanlı
Zəfərimizə layiqli töhfə oldu, 44 günlük Vətən savaşı həm də xalqımızın
milli həmrəyliyinin ən mükəmməl nümunəsini yaratdı.
2 saata yaxın davam edən bayram konsertində minlərlə yevlaxlı
aparıcı Vüsalə Kərimovanın təqdimatında respublikamızın tanınmış
müğənniləri Nüşabə Ələsgərli, Nihad Məlik, Kərim, Nərmin Kərimbəyova,
Əhməd Mustafayev, Mehriban, Rübail Əzimovun çıxışlarını dinləyib və rəqs
qrupunun ifasına tamaşa ediblər. İncəsənət xadimlərinin çıxışları sakinlər
tərəfindən böyük alqış sədaları ilə qarşılanıb.
Tədbir möhtəşəm atəşfəşanlıqla başa çatıb.

Yevlaxda möhtəşəm bayram konserti
Yevlaxda möhtəşəm bayram konserti
Yevlaxda möhtəşəm bayram konserti
Yevlaxda möhtəşəm bayram konserti
Yevlaxda möhtəşəm bayram konserti
шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024