Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem / Slayd (30-03-2022, 09:50)
Deputata qarşı məhkəmə iddiası

 Sabunçu Rayon Məhkəməsində hakim Tahirə Əsədovanın sədrliyi ilə Seymur Quliyevin Milli Məclisin hazırkı deputatı Əliabbas Salahzadə, onun həyat yoldaşı Xatirə Allahşükür qızı Salahzadə, deputatın atası, sabiq deputat Hacı Qalib Salahzadə və digər şəxslərə qarşı iddiasına baxılır. 1 il əvvəl məhkəməyə təqdim olunan şikayət üzrə bu günə qədər 3 məhkəmə prosesi keçirilib.

Seymur Quliyev deyir ki, məhkəmənin uzadılması qarşı tərəfin maraqlarına uyğundur. “Qalib Salahzadə özünü Sabunçu Rayon Məhkəməsinin sədri kimi aparır. Sabunçu Məhkəməsinə şəxsi notariat kontoru kimi baxır. Nə iddia versə, iddiasında nə tələb etsə, istədiyi kimi möhürləyib özünə qaytarırlar. Özü, oğlu, gəlini məhkəməyə gəlmirlər. Hər dəfə bir bəhanə ilə vaxtı uzadırlar. Mən sevinirəm ki, Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzi açılıb. Ora da gedəcəyəm. Bu günə qədər üz tutduğum ünvanlarda vətəndaşların qəbulu, şikayətlərinə baxılması haqda qanuna saymazyana münasibət görmüşəm. Sanki Azərbaycan qanunları Hacı Qalib Salahzadəyə münasibətdə gücsüzdür. Adam dövlət orqanlarını özünün feodal düşüncəsinə tabe etdirə bilir. Buna son qoyulmalıdır”, - deyə Seymur Quliyev bildirib.

Qeyd edək ki, Seymur Quliyevə məxsus Bilgəh qəsəbəsində 20 sot torpaq sahəsi zəbt olunub, ərazidəki 2 və 3 mərtəbəli evləri talan edilib və özülünə qədər sökülüb. Seymur Quliyev bu cinayətin törədilməsində Milli Məclisin sabiq deputatı Qalib Salahzadəni, onun oğlu, hazırda deputat olan Əliabbas Salahzadəni, onun həyat yoldaşı Xatirə Salahzadəni günahlandırır. Deyir ki, əmlakını dağıdan Qalib Salahzadə olub. Əmlak saxta sənədlərlə Qalib Salahzadənin oğlu Əliabbas Salahzadə, gəlini Xatirə Allahşükür qızının adına rəsmiləşdirilib. Seymur Quliyev deyir ki, 2003-cü ildə alqı-satqı yolu ilə əldə etdiyi torpaq sahəsinin, orada tikdirdiyi evlərin zəbt olunması, sökülməsi, əlində mülkiyyət hüququnu təsdiq edən sənədlər olduğu halda, həmin ərazinin son illər avtodayanacaq kimi istifadə olunur. İddiaçı bildirib ki, son 10 ildə bu problemlərlə əlaqədar dəfələrlə məhkəmə çəkişmələri olub. Əlində onun haqlı olduğunu sübut edən 13 fərqli məhkəmə qərarı var.

O vurğulayıb ki, qeyd olunan ərazidə onlar yaşadıqları halda, Xatirə Salahzadənin adına çıxarış alınıb: “Halbuki həmin vaxt 10 il idi orada biz yaşayırdıq. Əlimizdə də öz ”kupça"mız var idi. Uzun məhkəmə çəkişmələrindən sonra məhkəmədə biz haqlı olduğumuzu sübut elədik. Buna baxmayaraq, Qalib Salahzadə qoçu kimi bizi yaşadığımız evdən zorla çıxartdırdı. Evlərimi sökdürdü". Seymur Quliyev deyir ki, məhkəməyə iddianı təqdim edərkən torpağın koordinatları haqda məlumat olan sənədləri də əlavə edib. Lakin hakim Tahirə Əsədova əraziyə şəxsən baxış keçirmək istədiyindən həmin sənədlərə istinad etmir: “Yerli baxış keçirildi. İndi də Əmlak Komitəsindən sənədlərin verilməsini yubadırlar”.

Seymur Quliyev deyir ki, Qalib Salahzadə onun torpağını zəbt edərək gəlini Xatirə Allahşükür qızının adına keçirib. İddiaçı Bilgəh qəsəbəsi, keçmiş A.Salahzadə (indiki Qələbə) küçəsi, 21-ci döngədə yerləşən və ona məxsus olan 2 saylı evin və torpağının boşaldılması, dağıdılmış daşınmaz əmlakların əvvəlki vəziyyətinə qaytarılmasını, bağ sahəsinə gedən yolun açılması, torpaq üzərində olan dəmir darvazanın, şlaqbaumun, parklanma avadanlıqlarının götürülməsi vəzifəsinin cavabdehlərin üzərlərinə qoyulmasını, vurulmuş mənəvi ziyanin 2 milyon manat və maddi zərərin əvəzi kimi (manatın devalvasiyası və inflyasiya nəzərə alınmaqla) 3 milyon manat cavabdehlərdən pul tutulmasını istəyir. Habelə, xüsusi mülkiyyətində olan evin yerləşdiyi torpaq sahəsindən dayanacaq kimi istifadə edilməsinə görə beş il ərzində əldə edilmiş 450 min manat, daşınmaz əmlaklar sökülərkən dağıdılmış daşınar əşyalara görə (stol-stullar, mebel, soyuducu, qabyuyan, kondisionerlər, televizor və digər ev əşyaları) 96 min manat təzminat istəyir. Seymur Quliyevin şikayəti əsasında DİN-in Baş İstintaq və Təhqiqat İdarəsində CM-in 186 (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə), 188 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 320 (rəsmi sənədləri saxtalaşdırma və ya saxta sənədlərdən istifadə etmə) və 322-ci (özbaşınalıq) maddələri ilə cinayət işi başlanıb, Qalib Salahzadə dindirilib. İstintaq belə nəticəyə gəlib ki, Salahzadənin əməlində CM-in 186 və 188-ci maddələrindən başqa, 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), (vəzifə səlahiyyətlərini aşma) və 222-2 (müvafiq icazə almadan mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparma) maddələrinin də tərkibi var. Çünki hadisələr baş verəndə Qalib Salahzadə deputat idi. Bu maddələrlə istintaq aparmaq isə prokurorluğun səlahiyyətindədir. Yaxud da prokurorluq ayrıca razılıq verməlidir ki, daxili işlər orqanlarında istintaq davam etdirilsin. DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi həmin maddələrlə istintaqın davam etdirilməsinə razılıq almaq üçün prokurorluq qarşısında vəsatət qaldırıb, 14 may 2020-ci ildə cinayət işinin materialları Baş Prokurorluğa göndərilib. O vaxtdan da cinayət işinin icraatı dayandırılıb. Seymur Quliyev deyir ki, Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin necə işlədiyini də yoxlayacaq. Ümid edir ki, mərkəz feodal düşüncəni deyil, Azərbaycan qanunlarını üstün tutacaq.
“Yeni Müsavat”шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024