Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Slayd / Araşdırma (16-07-2021, 09:27)
Hacı Qalib məhkəmədə də SAXTAKARLIQ ETDİ

Hacı Qalib məhkəmədə də SAXTAKARLIQ ETDİ
Sabunçu Rayon Məhkəməsində hakim Tahirə Əsədovanın sədrliyi ilə Seymur Quliyevin Milli Məclisin hazırkı deputatı Əliabbas Salahzadə, onun həyat yoldaşı Xatirə Allahşükür qızı Salahzadə, deputatın atası, eks-deputat Hacı Qalib Salahzadə və digər şəxslərə qarşı iddiası üzrə məhkəmə prosesi davam edir.

Məhkəmə açıq elan edilsə də, faktiki olaraq qapalı keçirilir. İclasda iştirak etmək üçün Sabunçu Rayon Məhkəməsinin binasına gələn jurnalistlər zala buraxılmır.

Ötən prosesdə cavabdehlərdən Qalib Salahzadə, oğlu Əliabbas Salahzadə, gəlini Xatirə Allahşükür qızı və digəriləri prosesdə iştirak etməyiblər.

Prosesdə Seymur Quliyev zəbt olunan torpağına aid sənədləri - öz adına olan kupçanı, torpağın yerləşməsi haqda planı, torpağa aid çertyojları hakimə təqdim edib.

Hakimin diqqətinə çatdırıb ki, bu gün də ona məxsus olan, cavabdehlər tərəfindən talan edilərək zəbt edilmiş torpaq sahəsi “Şəbəkə” restoranının avtodayanacağı kimi istifadə edilir. Seymur Quliyev dediklərinin sübutu olan bileti, qəbzləri də məhkəmədə nümayiş etdirib. Deyib ki, məhkəmədən 1 gün əvvəl torpağındakı avtodayanacaqda olub və avtomobilin orada saxlanılmasına görə ona bilet, pulu ödəyəndən sonra qəbz verilib. Hakim bileti də, qəbzi də alaraq iş materiallarına əlavə edib. İddiaçı deyib ki, ərazidə təkcə onun deyil, qonşusu Nurid Əliyevin 10 il əvvəl zəbt olunan torpağı da onun torpağına birləşdirilərək avtodayanacaq kimi istifadə edilir.

Bundan sonra hakim qarşı tərəfdən torpağa dair sənədləri təqdim etməsini istəyib. Bu zaman Hacı Qalib Salahzadənin vəkili Tofiq Aslanov Xatirə Allahşükür qızı Salahzadənin adına 5 iyun 2013-cü ildə verilmiş RX 0187712 nömrəli çıxarışı təqdim edib. Seymur Quliyev hakimin diqqətinə çatdırıb ki, qarşı tərəf məhkəməni aldadır. Vəkil Tofiq Aslanov məhkəmə qərarı ilə ləğv olunmuş çıxarışı məhkəməyə təqdim etməklə saxtakarlıq edir, məhkəməni yanlış nəticə çıxarmağa təhrik etməyə çalışır.

Hakim Tahirə Əsədova vəkil Tofiq Aslanovdan ləğv edilmiş çıxarışı məhkəməyə hansı səbəbdən təqdim etdiyini soruşub, izahat tələb edib. Vəkil sualı cavablandıra bilməyib, hər hansı bir izahat verməkdə çətinlik çəkib.

İddiaçı Seymur Quliyev məhkəmənin diqqətinə çatdırıb ki, cavabdeh tərəf iş üzrə aparılan istintaqa da həmin ləğv edilmiş çıxarışı təqdim edib. O zaman da vəkilə ləğv edilmiş çıxarışı təqdim etməsinə görə irad bildirilib, xəbərdarlıq edilib. “Vəkil Tofiq Aslanov ötən məhkəmə prosesində deyirdi ki, bəs Seymurun yeri həmin ərazidə deyil, ora bizim yerimizdir, sənədi də təqdim edəcəyik. Təqdim etdiyi sənəd də saxtadır, ləğv edilib. Hacı Qalib torpağımı qanunsuz, saxta, heç bir əsası olmayan sənədlər əsasında zəbt edib və həmin sənədlər məhkəmə qərarı ilə ləğv edilsə də, bu gün də cavabdehlər tərəfindən istifadə olunur. Belə saxta sənədlərlə törətdikləri cinayətdən yaxa qurtarmağa çalışırlar”, - deyə Seymur Quliyev bildirib.

Bundan sonra hakim Seymur Quliyevə məxsus torpağa yerli baxış keçirilməsi ilə bağlı qərar verib. Seymur Quliyev isə bildirib ki, əvvəlki məhkəmələr iş üzrə yerli baxış keçirib, torpağın ona aid olmasına qərar verib. O, daha bir yerli baxış keçirilməsinə lüzum olmadığını deyib. Bildirib ki, 2003-cü ildə alqı-satqı yolu ilə əldə etdiyi torpaq sahəsinin, orada tikdirdiyi evlərin zəbt olunması, sökülməsi, əlində mülkiyyət hüququnu təsdiq edən sənədlər olduğu halda, həmin ərazinin son illər avtodayanacaq kimi istifadə olunması haqda danışıb. İddiaçı bildirib ki, son 10 ildə bu problemlərlə əlaqədar dəfələrlə məhkəmə çəkişmələri olub. Əlində onun haqlı olduğunu sübut edən 13 fərqli məhkəmə qərarı var. O, vurğulayıb ki, qeyd olunan ərazidə onlar yaşadıqları halda, Xatirə Salahzadənin adına çıxarış alınıb: “Halbuki həmin vaxt 10 il idi orada biz yaşayırdıq. Əlimizdə də öz ”kupçamız" var idi. Uzun məhkəmə çəkişmələrindən sonra məhkəmədə biz haqlı olduğumuzu sübut elədik. Buna baxmayaraq, Qalib Salahzadə qoçu kimi bizi ev paltarlarımızda yaşadığımız evdən çıxartdırdı. Evlərimi sökdürdü. Evimdəki əşyaları, uşaqlarımın oyuncaqlarını, hər şeyimi daşıyıb apardılar. Qarşı tərəf yalanla, saxta sənədlərlə məhkəmələri, hüquq-mühafizə orqanlarını, prokurorluğu barmağına dolayır. Mənim torpaq sahəmin koordinatları var, torpaq da Qalib Salahzadə tərəfindən qəsb olunub, torpağın üzərindəki əmlaklar varvarcasına dağıdılıb, talan edilib. Bundan sonra quru torpaq sahəsi gəlini Xatirə Allahşükür qızının adına rəsmiləşdirilib. Əgər koordinatlarla torpağın yeri müəyyən edilirsə, daha bu həngaməyə nə ehtiyac var?"

Seymur Quliyev bildirib ki, qarşı tərəfin yalanlarını alt-üst etmək üçün məhkəməyə dövlət qurumları tərəfindən onun adına verilən kifayət qədər qanuni və əsaslı sənədlər təqdim edib. Məhkəmə torpaq sahəsinə baxış keçirilənə qədər təxirə salınıb.

İddiaçı Bilgəh qəsəbəsi, keçmiş A.Salahzadə (indiki Qələbə) küçəsi, 21-ci döngədə yerləşən və ona məxsus olan 2 saylı evin və torpağının boşaldılması, dağıdılmış daşınmaz əmlakların əvvəlki vəziyyətinə qaytarılmasını, bağ sahəsinə gedən yolun açılması, torpaq üzərində olan dəmir darvazanın, şlaqbaumun, parklanma avadanlıqlarının götürülməsi vəzifəsinin cavabdehlərin üzərilərinə qoyulmasını, vurulmuş mənəvi ziyanin 2 milyon manat və maddi zərərin əvəzi kimi (manatın devalvasiyası və inflyasiya nəzərə alınmaqla) üç milyon manat cavabdehlərdən pul tutulmasını istəyir.

Habelə xüsusi mülkiyyətində olan evin yerləşdiyi torpaq sahəsindən dayanacaq kimi istifadə edilməsinə görə beş il ərzində əldə edilmiş 450 min manat, daşınmaz əmlaklar sökülərkən dağıdılmış daşınar əşyalara görə (stol-stullar, mebel, soyuducu, qabyuyan, kondisionerlər, televizor və digər ev əşyaları) 96 min manat təzminat istəyir.

Seymur Quliyevin şikayəti əsasında DİN-in Baş İstintaq və Təhqiqat İdarəsində CM-in 186 (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə), 188 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 320 (rəsmi sənədləri saxtalaşdırma və ya saxta sənədlərdən istifadə etmə) və 322-ci (özbaşınalıq) maddələrilə cinayət işi başlanıb, Qalib Salahzadə dindirilib. İstintaq belə nəticəyə gəlib ki, Salahzadənin əməlində CM-in 186 və 188-ci maddələrindən başqa, 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), (vəzifə səlahiyyətlərini aşma) və 222-2 (müvafiq icazə almadan mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparma) maddələrinin də tərkibi var. Çünki hadisələr baş verəndə Qalib Salahzadə deputat idi. Bu maddələrlə istintaq aparmaq isə prokurorluğun səlahiyyətindədir. Yaxud da prokurorluq ayrıca razılıq verməlidir ki, daxili işlər orqanlarında istintaq davam etdirilsin.

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi həmin maddələrlə istintaqın davam etdirilməsinə razılıq almaq üçün prokurorluq qarşısında vəsatət qaldırıb, 14 may 2020-ci ildə cinayət işinin materialları Baş Prokurorluğa göndərilib. O vaxtdan da cinayət işinin icraatı dayandırılıb.
“Yeni Müsavat”
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024