Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem (27-09-2021, 09:41)
"Moskva Univermağı"nda BÜDCƏDƏN YAYINMA - İlginc TƏFƏRRÜAT

 






Hamının "Moskva Univermağı” kimi tanıdığı "Moskva” Ticarət Mərkəzi Qapalı Tipli Səhmdar Cəmiyyətinin (QTSC) fəaliyyətində bir sıra qanunsuzluqlar, o cümlədən külli miqdarda vergidən yayınma halları barədə redaksiyamıza məlumat daxil olub. Univermaqda ticarətlə məşğul olan şəxslərdən adının hallanmasını istəməyən biri müracətində öncə müəssisənin fəaliyyət həcmi, pul dövriyyəsi haqqında təsəvvürləri dəqiqləşdirməyə yardımçmı olacaq zəruri məlumatları verir:

“Bina zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarətdir. Hər mərtəbənin sahəsi təxminən 1250 m2-dır. Binanın ümumi icarəyə verilən sahəsi həyətyanı mağaza və ofislərlə birlikdə təxminən 11000 m2-dir. Təmiz qızıl satışı altına icarəyə verilən sahə 3600 m2-dir”.ş

İnformatorun sözlərinə görə, piştaxtalar heç bir normativlə uzlaşdırılmadan sahəsinə görə kvadrat-metrlə deyil, uzunluğuna görə metrlə icarəyə verilir ki, bu da ticarətçiləri asan aldatmaq üçündür. Piştaxtanın hər metrinə görə icarəçidən 1000 manat nağd pul alınır, hərçənd, həmin pulun icarə haqqı kimi 200-250 manatı mədaxil edilərək mühasibatlıqda rəsmiləşdirilir:

“2000-2500 nəfərin işlədiyi Moskva univermağında biz bildiyimiz və eşitdiyimiz cəmi 200 nəfərə yaxın vergi ödəyicisi var və onların da ödədikləri vergi haqqları ödəməli olduqları pulun heç beşdə birini də eləmir. Pulların toplanmasına heç bir rəsmi səlahiyyəti, işçi kimi müqaviləsi olmayan, yalnmız pul saymağı yaxşı bacaran “inzibatçılar” Elman, Mövlud, “xəzinədar” Elnur kimi şəxslər cəlb olunublar. Onlar hər ay orta hesabla 2 milyon manat civarında icarə haqqı toplayıb milliyyəti belə dəqiq bilinməyən, nəinki Azərbaycan, heç rus dilində belə adlarını yaza bilməyən qardaş-bacıya verirlər. Onlar isə öz növbələrində bahalı brendli maşın kolleksiyalarını zənginləşdirir, mənzillərinin sayını artırırlar. Məlumata görə, həmin şəxslərin Dubayda və Türkiyədə villaları, biznesləri vardır. GTSC-nin direktoru (“qardaş”) vəhabi qruplaşmalarına xidmət edir, qız isə...”

Hərçənd, müəssisə rəhbərlərini də aldadan, öhdələrindən gələ bilmədikləri şəxslər vardır. İnformator qeyd edir ki, administratorların açıqlanmayan hesabatlara görə hər üçünün başqa adamların adına 5-6 ədəd polkaları var: ”Bundan əlavə, hər birinin zərgər (qızıl əridənlər) əlaltıları var ki, hamısının istehsal etdiyi məmulatın tən yarısı yaxşı halda mis, pis halda isə dəmir mıxlardır. Məmulatlar yoxlamadan keçmədən satışa çıxarılır, bütün problar hamısı saxta yolla elə univermağın içində sexlərdə plomblanır. Univermağın filialı kimi tanınan, Hüseynbala Əliyev küçəsində yerləşən və sahəsi 100-120 m2 olan şirniyyat sexi ər-arvad kimlərinsə icarəsində olub. Analıqları rəhmətə gedəndən sonra “qardaş – bacı” belə qərara gəlirlər ki, həmin cütlüyü biznesdən kənarlaşdırsınlar. Lakin, 20 illik icarəçi kimi işləyən həmin şəxsləri Elmangil işdən çıxara bilməyiblər və bildiyimizə görə həmin tikili indiyə kimi də boş qalıb”.

Redaksiya olaraq öz növbəmizdə xatırladırıq ki, “Moskva” univermağında əvvəllər qarətlər və yanğınlar baş verib və həmişə də malları oğurlanan və yanan ticarətçilər köməksiz duruma düşüb, sığorta pulunu ala bilməyiblər. Zərərçəkən mal yiyələrinin haqlı tələbləri KİV-ə çıxıb, lakin etirazlarına məhəl qoyan olmayıb.
//azinfo.tv//
шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024