Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (22-12-2014, 18:04)
Gəncədə yeni "Surət Hüseynov" kabusu PEYDA OLUB

Qafqaz Xəbər Agentliyinin (qafqaznews.az) xeyli vaxtdır haqqında bəhs etdiyi Gəncə univermağı barədə redaksiyamıza yeni məlumatlar daxil olub. Qısa xatırlatma üçün bildirək ki, vaxtilə Andro ləqəbli Bədirbəyli Məzahirin Moskvada çeçen və gürcü iş adamlarına atdığı 1 milyon dollardan artıq pulun hesabına qanunsuz yolla özəlləşdirilən Gəncə Mərkəzi univermağı sonradan bəzi işbazların cinayət mərkəzinə çevrilib.


Beləki bəzi xarici ölkələrdən qaçaqmal yolu ilə ölkəmizə gətirilən müxtəlif adda məhsullar bu univermaqda heç bir maneə olmadan satılır. Bu azmış kimi univermağa daxil olan külli miqdarda icarə haqları, yüzlərlə icarədarın aylıq qazancı vergidən yayındırılır.

Daxil olan yeni məlumata görə, univermaqda “qara mobil telefon satışına” Daşkəsəndən olan ata-oğul Bəxtiyar və Ceyhun nəzarət edirlər.

Beləki univermağın 1-ci mərtəbəsində Ceyhun telefonların “optovoy” satışı ilə məşğul olur. Univermağın qabağında isə “Superfon” şirkəti telefon və aksesuarlarının topdan satışını təşkil edir.

Ceyhunun “optovoy” satıcıları hər ay qeyri-leqal telefon satışından 150 min manat gəlir əldə edirlər. Amma bu boyda qazanca baxmayaraq həmin ticarət obyektlərinin heç birində nə kassa aparatı , nə də post-terminal quraşdırılıb.

Andro qonşu Gürcüstana qaçandan sonra univermağın əsl sahibinə çevrilən Vüqarın öz yaxın əhatəsinin yanında dediyinə görə, univermaqdakı baş verən qanunsuzluqlara görə o, hər ay şəhərdəki qurumlara 100 min manat rüşvət paylayır.

Bundan başqa Vüqarın “optovoy” qızıl satanları univermaqda sözün həqiqi mənasında at oynadırlar. Çünki vergi, prokurorluq, polis və digər icra orqanları bunların qanunsuz əməllərini yoxlaya bilmir.

Bir daha qeyd edirik ki, qaçaqmalçılıq yolu ilə ölkəmizə daxil olan telefon, telefon aksesuarları, qızıl-zinyət əşyaları univermaqda satılır.

Vüqar univermağın qızıl şöbələrində yeni qayda qoyub. Qızıl alışını yalnız özü və ona yaxın adamlar edə bilər. Yəni “lom qızıl”ı , əldə satılan qızıl məmulatları, brilliant daşları yalnız Vüqara məxsus qızıl şöbələri ala bilər, digərləri ala bilməz.

Univermaqda telefonun topdan satışı ilə məşğul olan ata-oğul Ceyhun və Bəxtiyar hər ay külli miqdarda gəlir əldə etməsinə və 18 faiz ƏDV-yə düşməsinə baxmayaraq bəzi strukturlarla gizli sövdələşərək vergidən yayınırlar.

Həm də univermaqda topdan satılan telefonlara heç bir zəmanət verilmir.Buradakı “qara telefon bazarında” olan vəziyyət dəhşətlidir. Burada hökm sürən söyüş , aldatma, nalayiq hərəkətlər, tərbiyəsiz davranışlar əsl qaraçı bazarını xatırladır.

Univermaqda oğurluq telefon satışı ilə bağlı polisə material daxil olanda isə təhqiqatçı materialı qırağa tullayır ki, Vüqar bizim rəisin dostudur. Yazıq şikayətçi isə qalır çıxılmaz durumda. Və univermaqda cinayətkar şəbəkə öz işini davam elətdirir.

Beləliklə univermaqdakı topdan qızıl satanlar, telefon və aksesuarı topdansatanlar, həmçinin “Superfon” dükanı və s. ayda külli miqdarda gəlir əldə edirlər. Şəhərin Vergilər Departamenti isə bu boyda gəlirə nəzarət eləmək əvəzinə ayda 300-500 manat qazanan sıravi sahibkarların yaxasından əl çəkmir.

Onda istər-istəməz sual doğur ki, müvafiq orqanlar külli miqdarda vergidən yayınmaya niyə göz yumurlar?

İcazə verin sizdən şübhələnək, bəylər, ağalar…

Bütün bunlardan sonra üzümüzü tuturuq Gəncənin İcra hakimiyyətinə, vergilər idarəsinə, Sosial Müdafiə Fonduna, Əmək Müfəttişliyinə, Əyyar Palatasına və ən əsası şəhərin hüquq-mühafizə orqanlarına ki…

Bu boyda qanunsuzluğa niyə göz yumursunuz? Məqsədiniz nədir? Bu qanunsuzluqlara qarşı nə vaxt tədbir görüləcək?

Çünki Gəncə şəhərində bu univermaqdan başqa heç bir ticarət mərkəzi kassasız, vergisiz, sosial müdafiəsiz işləmir.

Bunun sirri nədir? Axı, ayda 350 min manat təmiz gəlir əldə edən təhsilsiz adam olan, siyasi səbatsız Vüqarın fikrindən sabah çox şeylər keçə bilər…

O, sabah hətta özündən asılı olmadan kimlərinsə təsirinə düşə bilər…başqalarının əlində alətə çevrilə bilər. Başa düşürsünüz..?

Axı, son 20-25 illik yaxın tariximiz, Surət Hüseynov məsələsi bizə dərs olmalıdr…

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024