Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem / Karusel / Redaktor seçimi (4-02-2018, 09:54)
“Kapital bank”ın Suraxanı filalında özbaşınalıq: ŞİKAYƏT VAR

 “Kapital bank”ın Suraxanı filalında özbaşınalıq: ŞİKAYƏT VAR

ölkəmizin bank sektorunda problemlər bitib-tükənmək bilmir. Bu sahənin hazırkı vəziyyəti o qədər də ürəkaçan deyil. Məlum olduğu kimi, bu gün ölkəmizdə fəaliyyət göstərən bankların bir çoxu yüksək faiz dərəcələri ilə kredit verir, həmçinin kreditlərin verilməsi məsələsində müştəriləri süründürməçiliyə məruz qoyurlar.
Əmanətlərin qorunması məsələsində də müxtəlif problemlər nəzərə çarpmaqdadır. Bəzi banklar əmanətçiləri aldadaraq onların pulunu mənimsəyir və ya əmanətçilər pullarını geri götürmək istəyəndə yubanma halları ilə qarşılaşırlar. Əlbəttə, bu kimi neqativ halların qeydə alınmaması üçün bir sıra tədbirlər həyata keçirilir. Lakin banklardakı ümumi abu-hava qənaətbəxş hesab olunmur. Hətta ölkənin ən iri və nüfuzlu banklarında belə müştərilərin incidilməsi hallarına yol verilir. Kapital Bankın Suraxanı  filialında hökm sürən problemlər və vətəndaşların incidilməsi  barədə Mediatv.az-ın redaksiyasına ciddi məlumatlar daxil olub.Daxil olmuş məlumatda bildirilir ki, Bakı şəhərində yaşayan və Cəlilabad rayonunda qeydiyyatda olan bir vətəndaşın pensiya kartının vaxtı 2017-ci ilin avqust ayında bitir. O noyabr ayında Cəlilabad rayonunda olan zaman yeni hazırlanmış plastik kartını götürmək üçün Kapital Bankın Cəlilabad filialına müraciət edir.Cəlilabad filialında kartın hazır olduğunu vətəndaşa bildirirlər,lakin vətəndaşın şəxsiyyət vəsiqəsinin vaxtı bitdiyi üçün plastık kartını götürə bilmir.Vətəndaş şəxsiyyət vəsiqəsini dəyəşdikdən sonra 15.12.2017-ci il tarixdə Kapital Bankın Suraxanı filialına müraciət edir.Müvafiq qanunvericiliyə əsasən hər bir vətəndaşın müraciətinə bir ay müddətinə baxılıb cavablandırılmalıdırlar.Lakin bu vətəndaşın müraciətindən 40 gündən çox vaxt keçməsinə baxmayaraq heç bir cavab yoxdur.Vətəndaşa hələ iki həftə də gözləmək məsləhət olunur.Mediatv.az olaraq bu məsələyə aydınlıq gətirmək üçün bankın Suraxanı filialının müdiri Hikmət müəllimlə əlaqə saxladıq.Filial müdiri suallarımızı cavablandırmaq istəmədi.Görünür göstərilən xidmətin aşağı olması vətəndaşların incidilməsi filial müdirini heç də narahat etmir.Yəqin ki belə hallar Kapital Bankın Suraxanı filialında adi hal alıb. 

  Vüqar

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024